Daily Archives: 16.01.2017

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 16 YANVAR

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 16 YANVAR

16 yanvar 1990. “Qitələr, hadisələr” verilişində Qabil Hüseynov fövqəladə vəziyyəti pislədi vəbirtərəfli olduğunu qeyd edib dedi ki, Ermənistan kənarda qalıb, halbuki əsas irtica mənbələrioradadır. Qabil Hüseynov xalqı yaramaz hərəkətlər etməkdən çəkinməyə çağırdı. Bugünkü“İzvestiya” qəzetindəki və “Zaman” proqramındakı qərəzli xəbərləri, Qorbaçovun bir dəfə də olsunburada olmamasını tənqid etdi: Nə üçün Er-mənistanda zəlzələ olan kimi rəhbərlik ora tez getdi?Məgər milli fəla-kət təbii fəlakətdən az acınacaqlıdır?O verilişdən sonra Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov fövqəladə vəziyyətin düzgünlüyündəndanışıb dedi ki, ayrı-ayrı yerlərdə pozğunluq təhlükəsi, qanuna zidd hərəkət olarsa hər cür tədbirlərəəl atılacaq.“Günün ekranı”nda SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Yevgeni Primakovdan Alı Mustafayev müsahibə aldı. O, yalnız “çalışırıq” deməklə kifayətləndi. Sonra Ayaz Mütəllibov yenidən fövqəladəvəziyyətin düzgünlüyündən danışdı. Neftayırma zavodunun fəhlələrinin hamısı Mərkəzi pisləyib,onun qəti iş görmədiyini dedilər.Tatar Ravil Baqadinov çox yaxşı danışdı (əvvəl azərbaycanca, sonra rusca). Mərkəzi televiziyanı,qəzetləri pislədi.“Vremya” yenə birtərəfli olub.“Vremya”dan sonra “Aktual ekran” oldu. Birinci Bakı şəhər partiya komitəsinin I katibi MüslümMəmmədov danışdı və dedi ki, fövqəladə vəziyyətə qarşı çıxanlar, onu pisləyənlər var. 7-cimaddəyə qarşı çıxırlar. Bu maddədə deyilir ki, əgər lazım olarsa Bakıda, Gəncədə, Xanlarda vəbaşqa yerlərdə komendant saatı olacaq respublika Ali Soveti-nin qərarı ilə. (Təkrar etdi ki, “lazımolarsa”…). Read the rest of this entry

Реклама