ŞƏHİDLƏR: QUBADLILI VASİLİ ƏLİYEV

Стандартный

vasili_%c9%99liyev

Vasili Əhməd oğlu Əliyev — Azərbaycanın Milli QəhrəmanıQarabağ müharibəsi şəhidi.

Vasiliy Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Polis sıralarında qulluq edirdi.

Qarabağ uğrunda savaş başlayanda öz işi ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanır. Vasiliy ilk gündən özünü qızğın döyüş yerlərinə atırdı. Buna səbəb onun torpağımıza göz dikən düşmənə qarşı olan böyük nifrət və qəzəbi idi. Nəhayət, bu nifrət onu Topağac yüksəkliyi uğrunda gedən qızğın döyüşlərə gətirib çıxarmışdı. Lakin onun cəsarətli döyüşü yağı düşmənin gözündən yayınmadı. O, bu döyüşdə həlak oldu. Lakin onun bu şücaəti Azərbaycan Respublikasının Prezidentinin 11 may 1993-cü il fərmanı ilə «Azərbaycan milli qəhrəmanı» adına layiq görüldü.

Обсуждение закрыто.