Ə.TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 15 YANVAR 1990

Стандартный
Ə.TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 15 YANVAR 1990

15 yanvar 1990. Səhər Moskvadan 120 dəqiqəlik verilişdə Bakıda küçələrin ahənginin pozulmasıvə 35 nəfər erməninin öldürülməsi deyil-di. “Qitələr, hadisələr” verilişində Qüdrət Əbdülsəlimzadədanışdı və o, Milli Müdafiə Şurasını alqışladı. Qeyd etdi ki, Bakıda “hərəkət etmək” odu söndürübkülü ilə oynamağa bənzəyir. Odur ki, sərhədlərə gedib orada düşmənə qarşı mübarizə aparmaqlazımdır.Şəhər bu gün də çox gərgin olub. Tutulan erməniləri “Şəfəq” kino-teatrının binasına doldurublar.Şərt qoyublar ki, haçan bizimkiləri ermənilər buraxsalar onda biz də erməniləri buraxacağıq.Şəhərdə çoxlu hərbçi var. Deyilənə görə, çoxlu erməni öldürülüb (təx. 30 nəfər). Axşam“Vremya”da tamamilə bizim əleyhimizə danışıblar — həmişə olduğu kimi.

 

Axşam televiziyada Ə.Vəzirovun Bakı soyuducular zavodunun fəhlələ-ri ilə görüşünü verdilər.Burada çıxış edən I katib silah işlətməyi bacaran bütün gəncləri könüllülər dəstəsi yaratmağaçağırdı və onlara silah da veriləcəyini bildirdi.Açığı, ermənilərin qayıtmasına görə camaata muştuluq verən Vəziro-vun onlarla döyüşə dəstələrgöndərəcəyinə inanmaq mənə çox çətin gəlir. Allah eləsin ki, gec də olsa ağıllansın! SƏNƏDLƏR “Məhz partiya komitələri könüllülərin siyahısını tuturdu. Açıq-aydın görünür ki, böyük birprovokasiya hazırlanır.Ancaq AXC-nin radikal qanadı hakimiyyət uğrunda mübarizədən vəcdə gələrək bu tələyə düşdü,bununlada yalnız AXC-ni deyil, Azərbaycandakı bütün milli-demokratik hərəkatı zərbə altına qoydu.[…] Bu böhranlı anda — yanvarın 9-u -19-u arasında respublika rəhbərliyi və Mərkəzin Bakıdakınümayəndələri: Y.Primakov və A. Girenko danışıqları əsasən AXC İdarə Heyəti ilə yox, sırf radikallardan ibarət Milli Müdafiə Şurası üzvləri ilə aparırdılar”.(Aydın Balaev. Azerbaydjanskoe naüionalğnoe dvijenie: ot “Musavata” do Narodnoqo Fronta.Bakı: Elm, 1992, 48-inci səh.). ***Bu gün SSRİ AS RH-nin “DQMV-də bəzi başqa rayonlarda fövqəladə vəziyyətin elan edilməsihaqqında” fərmanı qəbul edilib.24 7-ci maddədə Bakı və Gəncədə qadağan saatı qoyulmasıAzərbaycan AS RH-nə həvalə edilir.“Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlardafövqəladə vəziyyət elan edilməsi haqqında”SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı … 1. DQMV-nin, Azərbaycan SSR-in ona bitişik rayonlarının, Ermənistan SSR Gorus rayonununərazisində, habelə Azərbaycan SSR ərazisində SSRİ-nin sərhədləri boyunca sərhədyanı zonadafövqəladə vəziyyət elan edilsin…. 7. Azərbaycan SSR AS RH-nə təklif edilsin ki, … Bakı, Gəncə şəhərlərində və digər yaşayışməntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görsün.SSRİ Ali Sovetinin sədriM.Qorbaçov.Moskva, Kreml.15 yanvar 1990-cı il.(“Kommunist” qəzeti, 17.01.1990, N:14).Ayın 13-ündə Vilnüsdən (Litva) əliboş qayıdan Qorbaçov, görünür, bərk qəzəblənib, onlarınacığını da bizdən almaq istəyir.

 

Реклама

Обсуждение закрыто.