Daily Archives: 15.01.2017

Ə.TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 15 YANVAR 1990

Стандартный
Ə.TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 15 YANVAR 1990

15 yanvar 1990. Səhər Moskvadan 120 dəqiqəlik verilişdə Bakıda küçələrin ahənginin pozulmasıvə 35 nəfər erməninin öldürülməsi deyil-di. “Qitələr, hadisələr” verilişində Qüdrət Əbdülsəlimzadədanışdı və o, Milli Müdafiə Şurasını alqışladı. Qeyd etdi ki, Bakıda “hərəkət etmək” odu söndürübkülü ilə oynamağa bənzəyir. Odur ki, sərhədlərə gedib orada düşmənə qarşı mübarizə aparmaqlazımdır.Şəhər bu gün də çox gərgin olub. Tutulan erməniləri “Şəfəq” kino-teatrının binasına doldurublar.Şərt qoyublar ki, haçan bizimkiləri ermənilər buraxsalar onda biz də erməniləri buraxacağıq.Şəhərdə çoxlu hərbçi var. Deyilənə görə, çoxlu erməni öldürülüb (təx. 30 nəfər). Axşam“Vremya”da tamamilə bizim əleyhimizə danışıblar — həmişə olduğu kimi. Read the rest of this entry

Реклама

ŞƏHİDLƏR: QUBADLILI VASİLİ ƏLİYEV

Стандартный

vasili_%c9%99liyev

Vasili Əhməd oğlu Əliyev — Azərbaycanın Milli QəhrəmanıQarabağ müharibəsi şəhidi.

Vasiliy Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Polis sıralarında qulluq edirdi.

Qarabağ uğrunda savaş başlayanda öz işi ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanır. Vasiliy ilk gündən özünü qızğın döyüş yerlərinə atırdı. Buna səbəb onun torpağımıza göz dikən düşmənə qarşı olan böyük nifrət və qəzəbi idi. Nəhayət, bu nifrət onu Topağac yüksəkliyi uğrunda gedən qızğın döyüşlərə gətirib çıxarmışdı. Lakin onun cəsarətli döyüşü yağı düşmənin gözündən yayınmadı. O, bu döyüşdə həlak oldu. Lakin onun bu şücaəti Azərbaycan Respublikasının Prezidentinin 11 may 1993-cü il fərmanı ilə «Azərbaycan milli qəhrəmanı» adına layiq görüldü.