Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 14 YANVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 14 YANVAR 1990

14 yanvar 1990.

Dünən mitinq gedən vaxt şəhərdə ermənilərə qarşı sərt hərəkətlər başlayıb.Milislər işə qarışmayıb. Tutulanlar yoxdur. Bu gün də ermənilərə qarşı camaatın münasibəti çoxkəskindir — onları şəhərdən çıxarırlar.“Günün ekranı”nda şərhçi Şirməmməd Hüseynov Ermənistanda çıxan rusca “Kommunist”qəzetindəki Azərbaycan əleyhinə yazıdan danışdı.“Ağsaqqal sözü” verilişində Bəxtiyar Vahabzadə xalqa müraciət edib bildirdi ki, sakit olaq. O,ləzgilərə də toxunan belə söz işlətdi ki, indi-yədək ermənilərə, ləzgilərə özümüzdən fərqqoymamışıq. (Bizim qonşumuz ləzgi Zeynal müəllimgilə bu söz bərk toxunub. Yoldaşı dedi ki, biz dəmüsəlmanıq. Nə üçün Bəxtiyar müəllim ləzgilərin adını ermənilərlə birgə çəkib? Mən dedim ki, yəqinhirsli olub, bəlkə də Rəsul Həmzətova görə belə deyib).“Vremya” verilişində (“7gün”) ruslar yenə birtərəfli danışdılar. Guya Xanlarda ilk dəfəazərbaycanlılar erməniləri öldürüblər. Qeyd edil-di ki, 21 erməni öldürülüb.Bugünkü “Azadlıq”da Ədalətin Qorbaçova qarşı yazdığı “Göy muncuq siyasəti” məqaləsi,“Azərbaycan KP MK katibi Həsən Həsənovun 8 yanvar 1990-cı ildə Bakı şəhərində keçirilmiş partiya-təsərrüfat fəallarının yığıncağında çıxışı” (rus dilində) geniş şəkildə verilib, başqa təhlili yazılar dərcedilib.

Реклама

Обсуждение закрыто.