Fəxrəddin Seyfəddin oğlu Qurbanlı (d. 13 yanvar 1994; Bakı, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Read the rest of this entry
Daily Archives: 13.01.2017
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 13 YANVAR 1990

13 yanvar 1990. Gündüz saat 2-də mitinq olub. Mitinqdə vəziyyətin çox ağır olduğu qeyd edilib.Nemət, Əbülfəz bəy, Kərbəlayı Əlikram və b. danışıb. Mitinqdə Milli Müdafiə Şurası yaradıldığı elanedilib. Milli Müdafiə Şurası sədrinin Əbülfəz bəy, üzvlərinin Etibar Məmmədov, Nemət Pənahov vəRəhim Qazıyev olduğu qeyd edilib.Nemət öz zavodlarında — Şmidt zavodunda silah istehsal olunmasına başlandığını bildirib.Mitinq belə qərarlar çıxarıb:1. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilməlidir.2. Ermənistanla bütün əlaqələr kəsilməlidir.3. ……………………………..“Günün ekranı”nda mitinq və Əbülfəz müəllim göstərildi. Çıxışın-dan az verdilər. Sonra KərbəlayıƏlikram çıxış edib xalqı sakitliyə, birliyə çağırdı.“Günün ekranı”ndan əvvəl isə Vəzirovun soyuducular zavodunun fəhlə-ləri ilə görüşünü vənitqini verdilər. Artistlik edirdi yenə də. Bir qadın iki dəfə ayağa qalxıb sualllar verdi:1. Biz bilirik, gəlib çox iş görmüsünüz. Bizə Qarabağdan danış!2. Siz birlikdən danışırsınız, amma Xalq Cəbhəsinin adını çəkmir-siniz. Bunu necə başa düşək? SƏNƏDAXC İDARƏ HEYƏTİNİN QƏRARI Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyəti Respublika Hərbi Müdafiə Şurası-nın yaradılmasınılazım bilir. Şuranın işini təşkil etmək, onun respublika rəhbərliyi arasında əlaqələri, gedənproseslərdə AXC-nin ümumi siyasi rəhbərliyini təmin etmək məqsədilə AXC-nin Sədri ƏbülfəzƏliyevə, İdarə Heyətinin üzvləri Etibar Məmmədova və Rəhim Qazıyevə lazımi səlahiyyət verilir.İclasın sədri S. Bağırov(“Azadlıq” qəzeti, 14.01.1990, N:2).
Для отправки комментария необходимо войти на сайт.