ŞƏHİDLƏR: ZƏNGİLANLI QAYTARAN ABBASOV

Стандартный

qaytaran_abbasov

Qaytaran Abbasov (d. 12 yanvar 1964Zəngilan — ö. 16 may 1993Zəngilan) — Azərbaycan Milli Ordusunun əsgəri, 1-ci Qarabağ müharibəsinin şəhidi.

 Qıraq Müşlan kəndində anadan olub. 1979-cu ildə Zəngilan Qıraq Müşlan kənd tam orta məktəbində orta təhsilini başa vurub. Daha sonra Qaytaran Abbasov 114 saylı texniki peşə məktəbində təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra Abbasov Mingəçevir şəhərində elektrik quraşdırma idarəsində çalışıb.

Qaytaran Abbasov ailəli idi. Sona adlı bir qızı yadigar qalıb.

Qaytaran Abbasov 12 dekabr 1992-ci il tarixində Azərbaycanın ağır günlərində Milli Ordunun sıralarına könüllü olaraq qatıldı. Qaytaran Abbasov həmin il AğdamTərtərQubadlı və Zəngilan rayonu uğrunda gedən döyüşlərdə döyüşdü. 1992-ci ildə Qaytaran Abbasov «Zəngilan» Batalyonunda döyüşüb. Qaytaran Abbasov 16 may 1993-cü ildə 29 yaşında Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəlpə yarası alaraq qəhrəmancasına şəhid olub.

Qaytaran Abbasov Zəngilan rayonunda Şəhidlar xiyabanında dəfn olunub.

vikipediya

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.