«APREL ŞƏHİDLƏRİ»: ŞƏMKİRLİ TƏBRİZ ƏSGƏROV

Стандартный

t%c9%99briz_%c9%99sg%c9%99rov

Təbriz Hamlet oğlu Əsgərov (d. 12 yanvar 1993ŞəmkirAzərbaycan — ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» III dərəcəli medalı ilə təltif edilib.

Təbriz Əsgərov 1993-cü ilin 12 yanvar günündə Şəmkir şəhərində anadan olub. 2010-cu ildə Təbriz Əsgərov Şəmkir şəhəri Nizami Gəncəvi adına tam orta məktəbi bitirib.

Çavuş Təbriz Əsgərov 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə Təbriz Əsgərov Şəmkir rayonunun Morul kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və çavuş Əsgərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

vikipediya

Обсуждение закрыто.