9 YANVARDA HƏLAK OLANLAR: BEYLƏQANLI MİLLİ QƏHRƏMAN NAZİM QULİYEV

Стандартный

QULİYEV NAZİM.jpg

Quliyev Nazim Qabil oğlu 7 fevral 1967-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olmuşdur. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Xidmətini başa vurduqdan sonra isə doğma yurda qayıdır.

1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərlə barışa bilməyən Nazim könüllü müdafiə dəstələrindən birinin tərkibində döyüşlərə atılır. Nazim 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur. Füzuli rayonunda rəşadətlə vuruşan Nazim onlarla yaralını, dinc sakini təhlükəsiz əraziyə çıxara bilmişdi. O, CuvarlıTuğMəlikcanlıArış kəndlərində rəşadətlə vuruşmuşdur. 9 yanvar 1992-ci il Kovşad kəndi uğrunda ağır döyüşlər gedirdi. 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə yeriyir ilk həmlədə düşmənin iki nöqtəsi susdurulur. Əsgərlərimiz və texnika buradan çıxarıla bilir. Lakin Nazim bu döyüşdə 27 yaşında həlak olur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

vikipediya

Реклама

Обсуждение закрыто.