Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 8 YANVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 8 YANVAR 1990

8 yanvar 1990. Dünən konfransda yaradılmış AXC-nin yeni Məclisi bu gün Cəbhənin öz qərargahında22 yığışaraq14 nəfərlik yeni İdarə Heyətini seçib. Üzvləri bunlardır: Arif Paşayev, Vurğun Əyyubov, DilarəƏliyeva, Etibar Məmmədov, Kərbəlayı Əlikram Əliyev, İsa Qəmbərov, Yusif Sə-mədoğlu, PənahHüseynov, Rəhim Qazıyev, Sabir Rüstəmxanlı, Sabit Bağırov, Tofiq Qasımov, Firidun Səməndərov,Hikmət Hacızadə.İkinci mərtəbədə Məclisin yığışdığı böyük iclas zalı bizim “Azadlıq” qəzeti yerləşən mərtəbədə vəlap qonşuluğumuzda olduğu üçün tez-tez baş çəkib yeni məlumatlar toplayırdıq. Buraya “əsl”cəbhəçilərdən başqa kənar adamları buraxmırdılar, ona görə də “öz” jurnalistlə-rimizdən savayıbura qalxanlar az idi. Məclisin gedişi ilə maraqlananlar içərisində Neməti də gördüm — seçilmədiyinibiləndə yaman pərt olmuşdu.11 yanvar 1990.23 Vəziyyət çox pisdir. “Planetimizin mənzərəsi” verilişində icmalçı QabilHüseynov heç bir xarici ölkədən yox, yalnız öz respublikamızın vəziyyətindən danışdı. Qeyd etdi ki,bu işdə təqsirkar Moskvadır. Lap axırda dedi ki, xalqımız yırtıcı, hiyləgər, məkrli, canavar təbiətlidüşmənə qarşı Cəbhənin bayrağı altında birləşməlidir.

“Günün ekranı” proqramı da çox üsyankar oldu. Volodarski adına tikiş fabrikinin partiya təşkilatkatibi danışdı və bildirdi ki, ermənilərin havadarı Moskvadır. Başqa 10-15 nəfərə yaxın adamdanmüsahibə alındı. Xalqı sıx birliyə çağırdılar. (Qəribədir — Vəzirov bu çıxışlara necə icazə verir?!). SƏNƏDLƏNKƏRAN XALQ CƏBHƏSİNİN YERLİ RADİO İLƏ ƏHALİYƏ MÜRACİƏTİ Hörmətli xanımlar və bəylər!Lənkəran Xalq Cəbhəsi DQMV məsələsi, respublikanın suveren hüquqlarına hörmət edilməsi iləəlaqədar olaraq yanvarın 11-dən bütün hakimiyyət orqan-larının, şəhər və rayon partiyakomitələrinin, DİŞ-in fəaliyyətini dayandırır. Müvəqqəti Müdafiə Komitəsi aşağıda sadalanan ədalətli tələblər həyata keçirilməyincə onahəvalə olunmuş vəzifələri yerinə yetirməyi qərara alır:1. Müvəqqəti Müdafiə Komitəsi respublikanın mərkəzi və rayonun yerli hakimiyyət orqanlarınıtanımır, çünki onlar Azərbaycan xalqının şərəf və ləyaqətini, SSRİ Konstitusiyasının 76-cımaddəsində təsbit olunmuş respubli-kanın suverenlik statusunu lazımınca müdafiə etmir.2. Respublikanın Ali Soveti təcili olaraq DQMV-nin muxtariyyətini ləğv etməli və onun yerinərespublika mərkəzi orqanlarının tabeliyində olan rayonlar yaradılmalıdır.3. Ölkənin və respublikanın mərkəzi orqanları, xüsusilə də yerli orqanlar Azərbaycan xalqınınmilli şərəf və ləyaqətinin müdafiəsi üçün konkret qərarlar qəbul edib müvəqqəti tədbirlər həyatakeçirən kimi bizim tələblər qüvvədən düşmüş sayılır. Yuxarıda sadalanan tələblər yerinəyetirildikdən sonra Müvəqqəti Müdafiə Komitəsi öz səlahiyyətlərini qanuni hakimiyyət orqanlarınatəhvil verəcək.Vətən qeyrətini, namusunu çəkmək vaxtı çatmışdır. Vətən övladları bir nəfər kimi birləşməlidir. Ya ölməli, ya da qalib gəlməliyik.

 

Обсуждение закрыто.