Daily Archives: 08.01.2017

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 8 YANVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 8 YANVAR 1990

8 yanvar 1990. Dünən konfransda yaradılmış AXC-nin yeni Məclisi bu gün Cəbhənin öz qərargahında22 yığışaraq14 nəfərlik yeni İdarə Heyətini seçib. Üzvləri bunlardır: Arif Paşayev, Vurğun Əyyubov, DilarəƏliyeva, Etibar Məmmədov, Kərbəlayı Əlikram Əliyev, İsa Qəmbərov, Yusif Sə-mədoğlu, PənahHüseynov, Rəhim Qazıyev, Sabir Rüstəmxanlı, Sabit Bağırov, Tofiq Qasımov, Firidun Səməndərov,Hikmət Hacızadə.İkinci mərtəbədə Məclisin yığışdığı böyük iclas zalı bizim “Azadlıq” qəzeti yerləşən mərtəbədə vəlap qonşuluğumuzda olduğu üçün tez-tez baş çəkib yeni məlumatlar toplayırdıq. Buraya “əsl”cəbhəçilərdən başqa kənar adamları buraxmırdılar, ona görə də “öz” jurnalistlə-rimizdən savayıbura qalxanlar az idi. Məclisin gedişi ilə maraqlananlar içərisində Neməti də gördüm — seçilmədiyinibiləndə yaman pərt olmuşdu.11 yanvar 1990.23 Vəziyyət çox pisdir. “Planetimizin mənzərəsi” verilişində icmalçı QabilHüseynov heç bir xarici ölkədən yox, yalnız öz respublikamızın vəziyyətindən danışdı. Qeyd etdi ki,bu işdə təqsirkar Moskvadır. Lap axırda dedi ki, xalqımız yırtıcı, hiyləgər, məkrli, canavar təbiətlidüşmənə qarşı Cəbhənin bayrağı altında birləşməlidir.

Read the rest of this entry

Реклама