Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 7 YNVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 7 YNVAR 1990

7 yanvar 1990. III konfransın davamı 11.20. Sədr V. Səmədoğlu yığıncağı açır. Milli himn çalınır. Hamı ayağa durur, yumruqlarıdüyür.Himndən sonra Vaqif bəy dünən zalda, dəhlizdə siqaret çəkilib atılmasını pislədi. Sonra AXC konfransını Ali Sovetin sessiyasına bənzəməməyə çağırdı. Qətnamə hazırlamaq üçün “Azadlıq”qəzetinin əməkdaşlarını təklif etdi.Murtuz Ələsgərov (prof.) ciddi reqlament gözləməyi təklif etdi. Fərəc Quluyev (Naxcıvan XC):- Sərhədlər götürülüb. 3 tələbimiz vardı: birinci — Cənubla gediş-gəliş olmalıdır. Simlərgötürülməli, torpaqlar əkilməli, Qars müqavilə-si yerinə yetirilməlidir.21 Azər günü münasibətilə 12 dekabrda mitinq keçirdik. 31-inə qədər hökumətə vaxt verdik.Generallarla görüşdük. Türkmənçay müqaviləsi etibarsızdır, çünki Azərbaycan xalqı onda iştirak etməyib.Biz yenidənqurmaya kömək edirdik. Sovetin çörəyi dizinin üstündədir. Dedik ki, bizə qarşı gücişlədilsə silahlı müqavimət göstərəcəyik. Çadırlarda boş yeşiklər yığmışdıq — guya silahdır. Dedik ki,300 nəfə-rimiz qırılsa da mübarizəni sonadək davam etdirəcəyik.Polkovniklə bir yerdə sərhədi keçdik. Mən yolda ona dedim ki, silah-lıyam, camaata güllə atılsamən səni güllələməli olacağam.Zabitlərə, onların ailəsinə qarşı heç bir kobudluq olmayıb. Simlər yandırılmamışdı. Moskva biziçox pis qələmə verdi. Biz etirazımızı Moskvaya bildirdik, dedik ki, narkomanlar Qorbaçov vəqulbeçələridir.Culfada bir nəfər çayı keçərkən boğulub. Başqa heç bir hadisə olma-yıb.Vəzirov Naxçıvana gələndə bizimkilər qatarı saxlayıblar. Danışmağa gələndə özünü naza qoyub.Ancaq onu girov götürəcəyimizi dedikdə əlacsız qaldı. Boynuna aldı ki Moskvanın mövqeyi yanlışdır.O bilmirdi ki, səsi yazılıb. Bizə dedilər ki, dövlətə 35 milyon manat ziyan vurmusunuz, biz isə dedikki, dövlət xalqa 1 milyard ziyan vurub.Biz öz həyatımızla risk edib hərəkatda gedirik; bu zalda bir-birimizin dalınca danışmaqdan əlçəkək.Bu gün narkoman da, kommunist də, Xalq Cəbhəsi də birləşməlidir. İlk dəfə açıq mübarizəyəgirişdiyimiz vaxtda parçalanmaya yol verə bilmərik. Axır ki, birləşdiyimiz bir vaxtda özümüzü özəlimizlə vursalar bir də özümüzə gələ bilmərik. Özünə siyasi karyera qazanmaq istəyənlər bilməlidirki, ən böyük qəhrəmanlar adsız qəhrəmanlardır. Bizə nəticə lazımdır. (Sürəkli alqışlar).Vaqif bəy: Sədr müqəvva deyil. Biz də AXC üzvüyük. Biz də fikrimizi bildirə bilərik.İndi İH üzvləri danışacaq. Müzakirələrə 84 adam yazılıb. Bütün Azərbaycan mübarizədə öncəbhədir, ancaq Azərbaycanın özündə də ön cəbhə-lər var.Mən xahiş edirəm ki, yalnız sərhəd rayonlarının nümayəndələri danışsın.Xaricdə də danışırlar ki, AXC dağılır. Mən sizə tam məsuliyyətlə deyirəm ki, AXC SSRİ-də ən güclüCalq Cəbhəsidir.Litva Xalq Cəbhəsi 3 yerə bölünüb.Pribaltikanın başqa XC-ləri də parçalanıb. Gürcüstanda da XCindi, demək olar ki, yoxdur. Hamını bizim birliyimiz qorxudur.11.49. Sabit Bağırov. (Mənsur Əliyev ayağa durub qonaqlara söz verməyi tələb etdi. Vaqif bəydedi ki, bura AXC konfransıdır, siz də qonaq. Mənə mane olmayın. Sizə də söz veriləcək. İndi isəoturun. Mənsur da “baş üstə” deyib oturdu).- Mən Xalq Cəbhəsinin işlərində — sənədlərin hazırlanmasında iştirak etmişəm. Zərdüştlə birgəiqtisadi komissiyada varam. Dünən İsa bəy oxuyan sənədlə mən də tam razıyam; o 7 nəfərdən biridə mənəm. İqtisadi məsələlərlə bağlı vaxt yoxluğu üzündən İsanın deyə bilmədiyi şeyləri mənoxumaq istəyirəm…………………………………………………2) İqtisadi müstəqillik, icarə və b. haqqında qanunlar işləyib hazırlamalı, AS-də qəbuletdirməliyik.3) Ermənistanla bütün iqtisadi əlaqələri kəsməliyik.4) İttifaq müəssisələri respublika tabeliyinə keçirilməlidir.(Sonra “Azadlığ”ın 3-üncü nömrəsində çıxan maddələri davam etdirdi).Azı 30% ehtiyat respublikada qalmalıdır.İttifaqın bir çox aktları dayandırılmalıdır.( 5 dəqiqə əlavə vaxt istədi, verilmədi).12.00. Hikmət Hacızadə:

— Mən Xalq Cəbhəsində ilk günlərdən varam. Mətbuatın yaranmasında iştirak etmişəm.İndi isə AXC-də vəziyyət haqqında danışmaq istəyirəm. Bəzi nüma-yəndələr kəskindanışmamağa, ad çəkməməyə çağırırlar. Ancaq bura mitinq yox, bizim parlamentdir. Burada kəskindanışmasaq sonra gec olar.Bəlkə də bu mənim son çıxışımdır, ona görə hər şeyi deyəcəyəm. Qabaqca Zərdüşt Əlizadəbaşladı, sonra şəxsi populyarlıq naminə Nemət və Etibar başladılar Xalq Cəbhəsini dağıtmağa. (Səs-küy. Etirazlar. Bəziləri isə dedilər:“Qoy danışsın”).Noyabr hadisələrində mən də iştirak etmişəm. O vaxt tətil etdik, şəxsən mənə də töhmətverdilər.İşdən çıxarılanlara nə kömək edə bildik? O vaxtdan fikrimdə dönüş yarandı ki, iş görəndəfikirləşməliyik.AXC Proqramı İngiltərədə ingiliscə çıxıb.Deyirlər ki, demokratiya yerinə milli azadlıq hərəkatı başlayıb. Yox, demokratiya uğrundamübarizə elə milli azadlıq hərəkatıdır.Ana, Vətən uğrunda vuruşacağıq! (Sürəkli alqışlar).Vaqif: Mən “ad çəkilməsin” deməmişəm.12.10. Nəcəf Nəcəfova söz verilir:- Vaxt azdır. 16 iyulda İH-nə seçilmişəm. 3 nömrəmiz çıxıb, azdır.8 Ağamalı Sadiqin xidmətiçoxdur; “Bülleten”in üç nömrəsi onun əməyi ilə çıxıb. Məncə, redaktor İH-nin üzvü olmamalıdır.9Gündəlik işlər görmüşəm.İki kəlmə də XC-dəki vəziyyətdən danışmaq istəyirəm. Bəzən “parla-ment mədəniyyəti” ifadəsiişlədirlər. Bizdə parlament olmayıb deyə bu mədəniyyət də olmayıb; bu bizim İH iclaslarında damüşahidə olunur. Hərənin bir fikri var: 15 nəfər fikir söyləyir, 4 nəfər isə başqa rəydə olur. Qərarnecə çıxarılmalıdır — səs çoxluğu ilə. Bunu pozan da, çox təəssüf ki, Etibar bəy oldu. Kim başqa fikirsöyləyirsə biz tələsib ona “xain” deyirik. Gəlin tələsməyək. Bura XC-nin qaymaqları yıışıb. Zərdüş-tün vaxtilə böyük əməyi olub, sonra nə edib — deyə bilmərəm. Etibarın da böyük əməyi olub, pisişlərini də deməliyik. Nemət meydanı 14 gün saxlayıb, sonra əyib. Məncə, adamlara bu mövqedənqiymət verilməlidir. Onları “xain” adlandırmağa tələsməyək. (Alqışlar).12.19. Zərdüşt Əlizadə: Keçənilki hərəkatımızın nəticəsi olaraq ABŞ-ın “Nyusuik” jurnalı keçən ilbizi “ilin xalqı” elan edib. (Al-qışlar). Ancaq keçən il “ilin adamı” isə Qorbaçov olub. Bu daqanunauyğundur.Yenidənqurma olmasaydı AXC də olmazdı.Proqram və Nizamnamənin yaranmasında iştirak edən adam kimi, XC yaranan ilk gündəntəbliğatçı kimi XC-də iştirak etmişəm.Cəlilabad hadisələri XC Nizamnaməsinə, Proqramına uyğun gəlmir. Düzdür, Pribaltika XC-lərindədə ayrılıqlar var, ancaq onlar bir-birini mədəni şəkildə dinləyir. Cəlilabad məsələsi ilə buna görə razıdeyiləm ki, başqa rayonlarda da katib dəyişmək istəyirlər. Katib dəyişməklə məsələ qurtarmır.Hakimiyyətdə, parlamentdə hakimiyyəti ələ almalıyıq. Məsələ bu cür qoyulmalıdır.(Qurtardı, əlavə vaxt istədi. Vaqif bəy qabaqca dedi ki, reqlament səsə qoyulub. Sonra 5 dəqiqəəlavə vaxt verilməsini səsə qoydu. Yenə yerdən eti-razlar oldu).12.24. Zərdüşt səs-küy altında danışmağa başlayır: “Nyusuik”in bu nömrəsində Polşadan, ADR-dən danışılıb. Gələn nömrədə Azərbaycandan məlumat verəcəyik. Biz istəyirik ki, AzərbaycandaAlmaniya, Polşa variantı olsun, Rumıniya variantı yox. Mən qandan qorxuram. (Yerdən bərk səs-küy).AXC seçkili orqanlarının yığıncaqlarını müəyyən adamlar həmişə belə pozmağa çalışıblar.Mitinqlərdə zorakılıq işlədilməsindən deyildi. Ancaq keçən il AXC adından pul da yığıldı. Topxana ilə xalqı XC ideyasından uzaqlaşdırdılar. Bunu Mərkəzi Komitə etdi. Kim? FuadMusayev, Vəli Məmmədov, Vəzirov. Rafiq ƏliyeviçƏliyev fəxrlə deyir ki, XC-ni mən parçaladım.Deyirlər ki, mən Bəyin əleyhinə danışmışam. Onun seçilməsi demok-ratik yolla olmayıb.Mənə təzyiq edirlər. Mən belə güman edirəm ki, bu, 70-80-inci illərdə JEK-dən KQB-yə qədərbütün hakimiyyəti öz əlinə alan mafiyanın işidir.(Zərdüşt “El gücü — sel gücü” deyərək kürsüdən düşür).12.26. Söz Etibara veriləndə sürəkli alqışlarla qarşıladılar.Etibar Məmmədov: İH üzvləri nitq söyləməli deyil, hesabat verməlidir.(Nemət ayağa qalxıb təklif etdi ki, İH üzvlərinə yarım saat vaxt verilsin. Bu təklif keçmədi).Mən təşəbbüs qrupunun, İH-nin üzvü olmuşam. Mitinqlərin keçiril-məsində iştirak etmişəm.İttihamlar belədir ki, Etibar, Nemət, Rəhim XC-ni parçalayırlar. Fikir verin: İsanın da, Zədüştündə, Hikmətin də çıxışlarında o söz vardı ki, bəlkə bizim son çıxışımız oldu. XC-ni parçalamaqqabaqcadan planlaşdırılıb. Sabit də məhz əslində öz proqramlarını oxudu. Bu böhranlı anda XC-niparçalamaq xəyanətdən başqa bir şey deyil. Hikmət dedi ki, Nemət və Etibar XC-ni dağıtmaq

 

isəyirlər. Mən də ad çəkmək istəmirdim. Hikmət bəy bilsin ki, milli azadlıq hərəkatı milli demokra-tikinqilab da edir.Bunlar deyir ki, xalq demokratiyanı başa düşmür. Onların demokrati-yası elita modelidir — 15nəfərin demokratiyası, xalqın taleyini 15 nəfərin demokratik şəkildə həll etməsi. Onlarındemokratiyası Pribal-tika, Avropa modelidir. Ancaq biz Şərqik. Avropanın öz modeli, bizim özmodelimiz olmalıdır. (Alqışlar).Noyabrda biz mitinqdə deyəndə ki hərəkatımız milli-azadlıq hərəka-tına keçib, o vaxt mənədedilər ki, boynuna almalısan ki, sən XC-ni dağıt-maq istəyirsən, XC-dən çıx. Mən dedim ki, bunuMeydanda deyərəm. Razı olmadılar.Tətillər. Həmin bəylər laboratoriyada inqilab etmək istəyirlər. Onların heç biri nə zavodda olub,nə dəmiryolunda. Yalnız əmr verməyi bacarırlar. Sonra bizi ittiham etmək istəyirlər.Dəmiryoluna kömək üçün 60 min pul lazım idi. Yusif bəyə müraciət etdik. O da dedi ki, İsa icazəvermir, deyir ki, hələ bilinmir ki, biz onlarla gedəcəyik, ya yox. Sonra dedilər ki, 30 min siz verin, 30min biz.Dedik ki, əgər konfransda seçilməsək nə edəcəyik? Sabit dedi ki, dəstə yığıb XC-yə qarşımübarizə aparacağam.Mən deyirəm ki, hərəkatımız milli hərəkatdır, Cəbhəmizin adı da Milli Cəbhə olmalıdır. (Sürəklialqışlar).12.53. Vaqif bəy: Məndən soruşdular ki, niyə dünən danışan Etibara söz verdiniz? Dünən o, AXC-də vəziyyətdən danışdı, bu gün isə hesabat verdi.12.54. Leyla İslam qızı Yunusova. (Onun danışmasını çox adam istəmir. Leyla dedi ki, kişisiniz,məni dinləyin 5 dəqiqə).- Hesabat vermək mənim borcumdur.Bu iki il ərzində mən iki məqalə Fransada, iki məqalə Amerikada, başqa yerlərdə çıxıb. (Ruscaoxuduğu üçün azərbaycanca çox pis danışır, nə demək istədiyi də çox vaxt aydın olmur).Pribaltika və Moskvada da bir sıra yazılar çıxıb. ABŞ, Kanada, İngiltərə, Danimarka, İsveç vəbaşqa ölkələrlə əlaqəmiz var.Ölkənin başqa şəhərlərindəki demokratik hərəkatla əlaqəmiz var.Mən indi başa düşürəm ki, niyə Zərdüştlə Leyla Yunusova xalq düşməni çıxıb. Ona görə ki, bizqırmızı faşist ölkəsində yaşayırıq.Azərbaycanda adamı düşmən etmək üçün deyilməlidir ki, o, erməni ilə qohumdur. Deyirlər ki,Leyla xanım Qriqoryantsla əlaqə saxlayır. Bu kimə lazımdır?Azərbaycan üç respublikadan biridir ki, bilinmir orada seçkilər nə vaxt keçiriləcək. Mən ölü, sizdiri — bu qurultaydan, konfransdan sonra Raxman10 biləcək ki, nə vaxt seçki olacaq. (Yerdən: “Sizinəlinizlə!”).Gəlin elə edək ki, bu XC-də bir daha faşizm yaratmayaq. Adama ləkə yaxmayaq.Biz niyə gərək adımızı11 dəyişək? Bu, xalqın hərəkatı olmalıdır. Çox sağ olun. (Alqışlar).13.06. Vaqif bəy: İH üzvləri ilə fasiləyədək qurtaraq. Üç nəfər qalıb. 15 dəqiqəyə onlar danışsın.13.07. Sülhəddin Əkbərov (AXC Naxçıvan şöbəsi İH üzvü). (Səs-küy var zalda).- AXC-də yaranmış bugünkü böhranlı vəziyyət dünya sosialist siste-mində yaranmış böhranlabağlıdır.Böhranın bir səbəbi AXC-də vahid ideologiyanın olmamasıdır. Onun Proqramı ölkədə, dünyasosializm sistemində gedən proseslərə əsaslanır. Proqram Vahid Azərbaycan konsepsiyası üzrəgetməlidir.Şəxslərə görə yaranan qruplaşmalar AXC-də hakimiyyəti ələ keçir-məkdən başqa bir şey deyil.Radikallar (milli azadlıq hərəkatı tərəfdarları) işdə mühafizə-kardır, yeni qüvlərə imkan vermirlər.Məncə, vahid ideologiya yaransa birlik yaratmaq olar.AXC-dən qabaq gizli təşkilatda olmuşam. İH üzvü olmuşam, istefa vermişəm. İndi Naxçıvan XC-dəyəm. Məncə, Az.KP Sov.İKP-dən ayrılmalı, komsomol, həmkarlar ittifaqı da müstəqil olmalıdır.Bizdə millilik və demokratiya olmalıdır. Məmmədəmin Rəsulzadə deyir ki, milli azadlıq yoluMəkkə yoludur. Hər xəbis fikir bu yolda təmiz-lənməlidir. Mən sizi birliyə çağırıram.13.20. İsa Qəmbərov:- Dünən vaxtınızı həddən çox aldığım üçün üzr istəyirəm.Bəzi rayonlara gedib, bəzi işlir görmüşəm. Təşəbbüs mərkəzinin yaranmasında iştirak etmişəm.Siyasət çox ciddi şeydir. Dahi Mirzə Cəlilin “Politika nədir?” məqa-ləsində deyilir ki, politikasaman altından su buraxmaqdır. Bizim bəzi dostlarımız da saman altından su yeridirlər.Pul məsələsi. Yusif bəyin hesabından Naxçıvan dəmiryolçularına 30 mindən çox pul göndərilib.Biləcəri d/y üçün də pul hazırdır. Yusif Səmədoğlu öz hesabındakı pul haqqında hesabatı yəqin ki,“Azadlıq” qəzetin-də çap etdirəcək ki, şübhə qalmasın.Siyamək məsələsindən Nemət çox danışdı. Bu haqda, ona yardım üçün də iş görmüşük. Bizədedilər ki, mane olsanız Siyaməkin məhkəməsini Moskvaya aparacağıq. Bunu eşidən kimi HikmətHacızadə və Leyla Yunusova o saat etiraz etdilər. Bu iş Nemətə tapşırıldı.

 

 

16.15. Abbas Abdulla Qarabağdan danışmaq üçün yazıçı Sabir Əhmədo-va söz verir.- Ermənilərdə iş çoxdur, bizdə söz.Dağlıq Qarabağ bu saat büsbütün Ermənistanın əlindədir. Bunu bütün məsuliyyətimlə deyirəm.(Maraqsız, ümumi sözlərlə danışır, ona görə də çıxışını dinlə-yənlər azdır).16.25. Xaliq Hacıyev: Bu konfrans xüsusi konfransdır. Burada AXC yenidən yaradılmalıdır. DağlıqQarabağın, Kəlbəcərin, heç yerin nümayən-dələrinə söz verməməliyik — sağlam siyasi təşkilatyaradıb onları dinləyə bilərik. (Alqışlar).16.29. Etibar Məmmədov: Gündəliyə keçmək gərəkdir. Orada da 4 məsələ var. Seçkiləri Məclisdədə müzakirə etmək olar. (Səsə qoyulur, razılaşır-lar).Culfadan Ramiz Tağıyev: Özünü reklam edənlərə söz verilir, dəmir-yolçuların nümayəndəsinə isəyox. Culfa Xalq Cəbhəsi belə Xalq Cəbhəsi tanımır. Mən çıxıb gedirəm.Birisi: Sədrimiz yorulub. Ona Sabirabad və Zəngilan XC üzvlərindən köməkçi vermək gərəkdir.A.Abdulla: 20 dəqiqəlik fasilə. Fasilədən sonra mən istefa verəcə-yəm. Ancaq məhz niyəSabirabaddan köməkçi?16.33. FasiləXalid Muxtarov (fasilədə): Xahiş olunur ki, hamı 1 nəfər kimi zalı tərk etsin, zal təmizlənəcək.(Birisi dedi ki, deyəsən, zalda silahlı adamlar var — boşaldırlar ki, qayıdanda yoxlayıb buraxsınlar).İçəridə bir-biri ilə mübahisə edən böyük qruplar yavaş-yavaş bayıra çıxmağa başlayır.Qoca bir kişi mikrofona yaxınlaşıb nəsə qışqırır, ancaq mikrofonu kəsdikləri üçün heç nə danışabilmir, səsi eşidilmir.18.00. Fasilədən sonraSədr Vaqif Səmədoğludur.Mən bir qədər gecikmişdim. İçəri girəndə Rahim Hacıyev (Xaliqin qardaşı) bəzi sənədlərioxuyurdu.(Gecikməyimə səbəb o oldu ki, adamları çox ciddi yoxlayıb sonra içəri buraxırdılar.Dəvətnamədən başqa pasporta da baxırdılar).Vaqif: Bu sənədlərlə bağlı kimin təklifi olsa 3 gün ərzində “Azad-lıq” qəzetinə gətirsin, oradadüzəlişlərdən sonra çap olunacaq.Siyamək bəy bəzi təklifləri verib:1) Xalq Cəbhəsinin Cənub şöbəsi yaradılsın. Biz cənublular buna kömək edərik.2) “Azadlıq” qəzeti ərəb əlifbasında çevrilib İrana göndərilsin.16 (Alqışlar).Başqa bir təklif var ki, AXC-nin adı Şimali Azərbaycan Xalq Cəbhəsiolsun. (Bu təklifi Qalib Hidayətovla mən irəli sürmüşdük). Ancaq gündə-likdən çıxmamaq üçün bunusonra müzakirəyə vermək olar. Gündəlikdəki ikinci məsələ ilə bağlı olaraq universitetdən ƏliKərimova17 söz verilir.18.15. Əli Kərimov: AXC-də bu gün baş verən proseslərin çoxuna səbəb Nizamnamənin kamilolmamasıdır. Yeni Nizamnaməni hüquqçular işləyib hazırlayıb. (Yerdən: “Nizamnamə layihəsi çapolunmayınca ondan danışmaq düz deyil”).Bu gün biz Nizamnamədə ciddi dəyişikliklər etməsək təşkilati iş apara bilmərik.Biz rayonlarda dayaq dəstələrinə toxunmuruq. “Azadlıq” qəzetində layihə dərc ediləcək. (Vaqif bəy camaatı sakitləşdirdi).Xalq Cəbhəsinə iki nəzər var: onu geniş hərəkat kimi görmək və par-tiya kimi görmək. Milliazadlıq hərəkatı əks olunmalıdır. Rayonların muxtariyyəti18 məsələsi nəzərdə tutulmalıdır.Bir də, Məclis əsl qanunverici, İH isə icraedici orqan olmalıdır.Əsas müddəalar: ali orqan 2 ildə bir seçilən qurultaydır. (Qurultayın səlahiyyətlərini sadaladı.Sonra Məclisə keçdi).18.46. İsa Qəmbərov: Nizamnamə layihəsinin müəllifləri kimdirsə bilək.Əli Kərimov: Qulamhüseyn müəllim,19 Fuad müəllim,20 tələbələr — mən də daxil olmaqla -iştirak etmişik. Suverenlik haqqında Konstitusiya qanununu da bu hüquq komissiyası hazırlayıb. O,başqa sənədlərin də müəl-lifidir. (Alqışlar).18.50. Murtuz Ələsgərov (prof.): Respublikanın suverenliyi haqqında Konstitusiya qanununumənim başçılıq etdiyim bu komissiya hazırlayıb. Konstitusiyanın alternativ layihəsini dəhazırlamışıq. Başqa sənədlərin layihələrini də hazırlayırıq.21Ancaq bu Nizamnamə layihəsinin mətni ilə tanış deyiləm. Tanış olacağam.Həm Məclis, həm də İdarə Heyəti fəaliyyətə başlamalıdır. Bu layihəni qəbul etməsək yeni heyətseçə bilmərik. “Azərbaycan”da çap olunsun. (Alqışlar).18.55. Mənsur Əliyev (yerdən): Milyonerlər çıxıb Xalq Cəbhəsindən danışır.(O bərk hirslənib, bərkdən danışır. Zalda qarışıqlıq düşür. Axırı, ona söz verirlər).18.56. Mənsur Əliyev: Keçən il də Xalq Cəbhəsini dəyişdilər. Bu gün hərəkata milli məzmunvermək istəyirlər.

 

Xalq Cəbhəsi keçən il o bayrağı götürməyə qorxanda ilk dəfə Yaşar əlinə götürmüşdü. Altı ayhəbsdə yatdı. İndi o, bayırda qalıb, ona dəvət-namə də verilməyib. İndi bəzi ziyalılar XC-dəndanışırlar.Bu Nizamnamə layihəsi Çauşeskunun layihəsidir.(İsmayıl Təriqpeyma da yerindən durub nəsə deyir).Vaqif: Aranı qonaqlar qarışdırır. Burada təxribat var. Sizi sakit-liyə çağırıram. (Mənsur Əliyevçıxıb gedir). Başqa sənəd haqqında danış-maq üçün Tamerlan bəyə söz verilir.19.00. Tamerlan Qarayev: Bu qədər təklifi birdən-birə qəbul etmək çətin olar. (O, başqaNizamnamə layihəsi oxudu).T.Qarayev suallara cavab verdi.19.17. Bəhlul Abdullayev: Dəvətnamədə yazılıb ki, Nizamnamədə “dəyişikliklər və əlavələr”. İndiisə iki ayrı-ayrı layihə təqdim olunur. Niyə?Vaqif: Mən hazırlanmada iştirak etməmişəm. Yaxşı olar ki, İH-dən kimsə izahat versin.19.20. Etibar Məmmədov: Təşkilat komitəsi üzvlərinin başı qarı-şıq oldu.Bu, düzgün deyil — məncə, biz indi Məclisi seçməliyik, sədri seçmə-liyik, onların səlahiyyətlərinimüəyyənləşdirməliyik. Sonra İH seçil-məlidir. (Etibar yerlərdən gələn suallara cavab verdi).19.24. Tofiq Qasımov: Burada təqdim olunan I layihədə monarxiya təklif olunur — sədrə əslindəprezidentlik istənilir. II layihədə demokra-tik ünsürlər var. Onlar qəzetdə çap olunmayınca nəinkiqəbul edilə bilməz, heç bir dəyişiklik də olmaz.19.26. Ramiz Tağıyev (Culfa XC): Əsas dava sədrin səlahiyyəti üstün-dədir. Sədrə prezident kimisəlahiyyət verək, öz kabinetini təşkil etsin. (Alqışlar).Başqa birisi danışır. Aydın olmur ki, nə demək istəyir.Sədr müddətsiz olmalıdır.19.35. “Tövbə” cəmiyyətinin sədri Əbdül qədeş: Bu səs-küy ondandır ki, Allaha inanmırıq. Ə, birsalavat çevirin.(“Tövbə” cəmiyyətinin fəaliyyətindən danışdı).Qurandan danışırlar, səs salırsınız. Proqramdan danışırlar, səs salırsınız. Sizə nədən danışsınlar?AXC Nizamnaməsinə artırmaq gərəkdir ki, AXC tərkibində islam təşkilatı da var. Niyəqorxursunuz? İslam deyilsiniz? Müsəlman deyilsi-niz? Müsəlman respublikasında yaşamırsınız?İH üzvləri də tövbəkar olmalıdır ki, yalan danışmasınlar, mafiyaya uymasınlar. (Alqışlar).İstər Məclis, istər İH üzvləri “Tövbə”dən keçməmiş seçilməsin-lər. Mən tələb edirəm ki, bu saatsəsə qoyulsun. (Vaqif bəy bunun Məclisin iclasında səsə qoyula biləcəyini dedi).Vaqif: 20 nəfər Nizamnamə ilə bağlı çıxışa yazılıb. Bu haqda qəti qarara gəlməliyik.Fəzail: Bu, mühüm məsələdir. AXC-ni iflic vəziyyətindən qurtar-malıyıq.Bu gün, təəssüf ki, çıxış edənlər Cəlilabad və Naxçıvan hadisələ-rinə düzgün siyasi qiymətvermədilər.Üç məsələyə diqqət yetirilməlidir:1) sədrin səlahiyyəti;2) İH seçilməlidir. Kim seçməlidir? Konfransmı?3) Məclis seçilməlidir. Kim seçməlidir?Təşkilat məsələsində bayrağın 3 rəngi əks olunmalıdır.Əli Kərimov: Razıyam ki, çap edilməmiş layihəni qəbul etmək düz deyil, ancaq çox məsələlər üst-üstə düşür. Bu gün heç olmazsa sədrin və Məclisin seçilməsinə aid maddələri bənd-bənd qəbuledək.Lənkəran XC nümayəndəsi: Məclis rayon nümayəndələrindən təşkil olunsun.İh-ni Məclis seçsin.Əbülfəz bəyi hamımız danlayır, sevirik. Ancaq kim bilir ki, ondan sonra seçilən də demokratikolacaqmı? Ona görə mən sədrin səlahiyyətinin belə genişlənməsinə razı deyiləm.Xaliq: Torpağımız işğal olunur, işğal dairəsi gündən-günə geniş-lənir. Ancaq burada nə iləməşğuluq? Burada təxribat gedir.Suverenlik haqqında Konstitusiya qanununu qəbul etmişik. Ancaq onu həyata keçirəmk üçün heçbir iş görməmişik. Bizə bu saat lazımdır ki, İh seçək, Qarabağa hücum edək.Fuad Ağayev: Layihələr çap olunsun “Azadlıq”da.Vaqif: Əbülfəz bəyin çıxışından sonra çıxışlar kəsilir.Əbülfəz bəy: Məsələni mürəkkəbləşdirməyək. Məclis yoxdur. Hər rayonda konfrans çağırılsın.Əsas məsələ Məclisin üstündə qurulmalıdır. Azərbaycan xalqının taleyini 15 nəfərlik İH yox, 90-100nəfərlik Məclis həll etməlidir. İH onun qərarlarını yerinə yetirməlidir. Bəlkə indi hüquqşünaslaroturub 2 layihəni birləşdirsinlər. Sabah çap edək, yayaq. Məclisi elə etmək lazımdır ki, xalqın XalqCəbhəsindən narazılığı olmasın.Vaqif: Dəqiqləşdirin.Əbülfəz bəy: İH mərkəzdən olmalıdır, çünki o gündə yığılır — rayondakı adam iclasa necə gələcək?Vaqif: Deməli, belə qərara gəldik ki, 2 layihə birləşdirilsin?

 

Bəy: Qalsın.Sabir Rüstəmxanlı: Mən yerdən dedim ki, dağıtdınız. Bunu Əbülfəzə üz tutub deməmişəm.İH iki, hətta üç dəstəyə ayrılıb.Bir-birinin qarşısında günahlarını etiraf etmədilər.Mən özümü XC-nin sıravi üzvü sayıram. Bu gün bura mandatsız gəlməyimi özümə qarşıetinasızlıq sayıram.Xalqın içində yara var. Onu götürməliyik.Məclis hər rayon nümayəndələrindən təşkil olunmalıdır.(Xanlar XC başçısı Əli bəy, Culfa XC nümayəndəsi və başqaları danışmaq istəyir. Camaatın birçoxu yerini tərk edir. Zalda qarışıqlıq).Əbülfəz bəy: Məclisi seçmək olar.Səfər Alışarlı: Köhnə Nizamnamə də, yeni təklif olunan da həm sədri, həm də Məclisi seçməyəimkan verir.Bir qadın “kasıb olmasına baxmayaraq xoşbəxt millət”inə müraciət etdi, birliyə çağırdı. Çox uzunvə məzmunsuz sözlər yığını irad etdi. Yerdən əl çalıb çıxışını kəsməyə dəvət etdilər. Vaqif bəy onuzorla “reqlament” deyə-deyə mikrofondan ayıra bildi.Vaqif bəy: Rayon təşkilatları konfransları olanda mən seçki mərhə-ləsinə qalmamışam. Xahişedirəm ki, seçkidən başı çıxan səlahiyyətli adam sədrlik etsin. 15 dəqiqə fasilə elan olunur.Rəhim Qazıyev: Xahiş edirəm çıxmayın, bir dəqiqə qulaq asın. Laçın, Qubadlı adamını buradasaxlamaq cinayətdir. Kimi istəyirsiniz seçək.Fəhmin: Hər fasilə saat yarım çəkir. Mən təklif edirəm ki, çıxma-yaq, təşkilat məsələsinə indibaxaq.Abbas Abdulla: Sədr fasilə elan edib. (Camaat fasiləyə çıxır).Bundan qabaqkı fasilədə dəhlizdə mənə radionun əməkdaşı Qalib Hi-dayətov dedi ki, içəribirtəhər girmişəm, dəvətnaməm yoxdur. Gecə saat 3-də bir fikrə oyanmışam — heç olmazsa AXC“Şimali Azərbaycan Xalq Cəbhəsi” adlanmalıdır. Qəzetiniz isə gərək “Şimali Azərbaycan XalqCəbhəsinin orqa-nı” adlansın. Mən içəri keçə bilməyəcəyəm, xahiş edirəm bunu sən çatdır. Bu vaxtVaqif Səmədoğlu ilə görüşdük. Qalib fikrini ona söylədi, o bəyəndi. Mən dedim ki, Qalib, sən yaz,mən içəri verim. O hər ikimizin adından bu təklifi yazdı.Bir azdan Nəcəf bəyi də gördük. O da Qalibin fikrinə “məntiq var” dedi. Mən elə içəri girəndə ilknövbədə Qalibin yazdığını sədr Vaqif Səmədoğluna verdim. O da sonra oxudu. Ancaq indi buvəziyyəti görəndə başa düşürəm ki, bu saat nümayəndələrin yadına nəinki Şimali Azərbaycan, heçAzərbaycan da düşmür; Hamını seçki maraqlandırır.İndi zalda yüzədək adam qalıb. Zərdüşt Əlizadə sağ tərəfdə bir dəstə ilə söhbət edir.Bəy isə qabaq cərgədə oturub, 2 nəfərlə danışır. Hiss edirəm ki, həyəcanlıdır. Gəzişindən də buduyulur. Heç vaxt inzibatçı olmayan bu adam məhz belə məsələlərdə qətiyyətsizdir. Yəqin ki, hərhansı fırıldaqçı, işbaz adam onun yerində olsaydı bir çox qəti addımlar atıb öz xeyrinə çox şeyetməyə çalışardı, ancaq Bəydə bu yoxdur.Xalid Muxtarov və Vaqif bəy zaldakılardan xahiş edirlər ki, təşkilat məsələsinə baxmaq üçüniçəridə yalnız mandatlılar qalsın; dəvətnaməlilərin zalı tərk etməsini xahiş edirik. Mən də mandatsızolduğum üçün 20.35-də zalı tərk edirəm. ***Bu gün Əbülfəz bəy yenidən Azərbaycan Xalq Cəbhəsinin sədri seçilib.

 

Реклама

Обсуждение закрыто.