Yavər Həsənov — Qarabağ müharibəsi şəhidi. Read the rest of this entry
Daily Archives: 07.01.2017
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 7 YNVAR 1990

7 yanvar 1990. III konfransın davamı 11.20. Sədr V. Səmədoğlu yığıncağı açır. Milli himn çalınır. Hamı ayağa durur, yumruqlarıdüyür.Himndən sonra Vaqif bəy dünən zalda, dəhlizdə siqaret çəkilib atılmasını pislədi. Sonra AXC konfransını Ali Sovetin sessiyasına bənzəməməyə çağırdı. Qətnamə hazırlamaq üçün “Azadlıq”qəzetinin əməkdaşlarını təklif etdi.Murtuz Ələsgərov (prof.) ciddi reqlament gözləməyi təklif etdi. Fərəc Quluyev (Naxcıvan XC):- Sərhədlər götürülüb. 3 tələbimiz vardı: birinci — Cənubla gediş-gəliş olmalıdır. Simlərgötürülməli, torpaqlar əkilməli, Qars müqavilə-si yerinə yetirilməlidir.21 Azər günü münasibətilə 12 dekabrda mitinq keçirdik. 31-inə qədər hökumətə vaxt verdik.Generallarla görüşdük. Türkmənçay müqaviləsi etibarsızdır, çünki Azərbaycan xalqı onda iştirak etməyib.Biz yenidənqurmaya kömək edirdik. Sovetin çörəyi dizinin üstündədir. Dedik ki, bizə qarşı gücişlədilsə silahlı müqavimət göstərəcəyik. Çadırlarda boş yeşiklər yığmışdıq — guya silahdır. Dedik ki,300 nəfə-rimiz qırılsa da mübarizəni sonadək davam etdirəcəyik.Polkovniklə bir yerdə sərhədi keçdik. Mən yolda ona dedim ki, silah-lıyam, camaata güllə atılsamən səni güllələməli olacağam.Zabitlərə, onların ailəsinə qarşı heç bir kobudluq olmayıb. Simlər yandırılmamışdı. Moskva biziçox pis qələmə verdi. Biz etirazımızı Moskvaya bildirdik, dedik ki, narkomanlar Qorbaçov vəqulbeçələridir.Culfada bir nəfər çayı keçərkən boğulub. Başqa heç bir hadisə olma-yıb.Vəzirov Naxçıvana gələndə bizimkilər qatarı saxlayıblar. Danışmağa gələndə özünü naza qoyub.Ancaq onu girov götürəcəyimizi dedikdə əlacsız qaldı. Boynuna aldı ki Moskvanın mövqeyi yanlışdır.O bilmirdi ki, səsi yazılıb. Bizə dedilər ki, dövlətə 35 milyon manat ziyan vurmusunuz, biz isə dedikki, dövlət xalqa 1 milyard ziyan vurub.Biz öz həyatımızla risk edib hərəkatda gedirik; bu zalda bir-birimizin dalınca danışmaqdan əlçəkək.Bu gün narkoman da, kommunist də, Xalq Cəbhəsi də birləşməlidir. İlk dəfə açıq mübarizəyəgirişdiyimiz vaxtda parçalanmaya yol verə bilmərik. Axır ki, birləşdiyimiz bir vaxtda özümüzü özəlimizlə vursalar bir də özümüzə gələ bilmərik. Özünə siyasi karyera qazanmaq istəyənlər bilməlidirki, ən böyük qəhrəmanlar adsız qəhrəmanlardır. Bizə nəticə lazımdır. (Sürəkli alqışlar).Vaqif bəy: Sədr müqəvva deyil. Biz də AXC üzvüyük. Biz də fikrimizi bildirə bilərik.İndi İH üzvləri danışacaq. Müzakirələrə 84 adam yazılıb. Bütün Azərbaycan mübarizədə öncəbhədir, ancaq Azərbaycanın özündə də ön cəbhə-lər var.Mən xahiş edirəm ki, yalnız sərhəd rayonlarının nümayəndələri danışsın.Xaricdə də danışırlar ki, AXC dağılır. Mən sizə tam məsuliyyətlə deyirəm ki, AXC SSRİ-də ən güclüCalq Cəbhəsidir.Litva Xalq Cəbhəsi 3 yerə bölünüb.Pribaltikanın başqa XC-ləri də parçalanıb. Gürcüstanda da XCindi, demək olar ki, yoxdur. Hamını bizim birliyimiz qorxudur.11.49. Sabit Bağırov. (Mənsur Əliyev ayağa durub qonaqlara söz verməyi tələb etdi. Vaqif bəydedi ki, bura AXC konfransıdır, siz də qonaq. Mənə mane olmayın. Sizə də söz veriləcək. İndi isəoturun. Mənsur da “baş üstə” deyib oturdu).- Mən Xalq Cəbhəsinin işlərində — sənədlərin hazırlanmasında iştirak etmişəm. Zərdüştlə birgəiqtisadi komissiyada varam. Dünən İsa bəy oxuyan sənədlə mən də tam razıyam; o 7 nəfərdən biridə mənəm. İqtisadi məsələlərlə bağlı vaxt yoxluğu üzündən İsanın deyə bilmədiyi şeyləri mənoxumaq istəyirəm…………………………………………………2) İqtisadi müstəqillik, icarə və b. haqqında qanunlar işləyib hazırlamalı, AS-də qəbuletdirməliyik.3) Ermənistanla bütün iqtisadi əlaqələri kəsməliyik.4) İttifaq müəssisələri respublika tabeliyinə keçirilməlidir.(Sonra “Azadlığ”ın 3-üncü nömrəsində çıxan maddələri davam etdirdi).Azı 30% ehtiyat respublikada qalmalıdır.İttifaqın bir çox aktları dayandırılmalıdır.( 5 dəqiqə əlavə vaxt istədi, verilmədi).12.00. Hikmət Hacızadə:
Для отправки комментария необходимо войти на сайт.