
6 yanvar 1990.
ELMLƏR AKADEMİYASI NIN BİNASI.AXC-nin QURULTAY SƏLAHİYYƏTLİIII KONFRANSI (1) 12.13. Əbülfəz bəy konfransı açdı. O, “orta mövqeli” Vaqif Səmədoğlu və Abbas Abdullanınsədrliyini irəli sürdü. Bəyənildilər. Onlar yerləri-ni yuxarıda tutdular.Vaqif Səmədoğlu: Sədrlik mənə gözlənilməz oldu. Bəzi nümayəndələ-rimiz rayonlardan iqlimşəraitinə görə gələ bilməyiblər (bərk qar yağıb gecə). Cəlilabad və Naxçıvan nümayəndələrinisalamlayaq. (Alqışlar).Naxçıvan hadisələri (sərhəd dirəklərinin sökülməsi) müharibədən sonra ən böyük qələbəmizidir.Abbas Abdulla. Gündəlikdəki məsələlərdən danışdı.İsmayıllı XC nümayəndəsi Rasim Şərifov öz qətnamələrinin oxun-masını təklif etdi.Xəlil Rza: Konfransın 5 yazıçının dəvətnaməsini mandat saymasını xahiş edirəm.A.Abdulla: Bununla nizamnaməni pozmuruqmu?Mənsur Əliyev: AXC-yə daxil olmayan qeyri-rəsmi təşkilat nümayən-dələrinə mandat verilsin.A.Abdulla katiblərin (təklif olunan) adlarını oxudu. 3 nəfər: Xalid Muxtarov, Arzu Səmədov,Ələkbər Məmmədov yerlərini tutdular.(Birisi aranı qatmaq üçün mandatını cırıb qışqırdı, hay-küy saldı. Onu bayıra çıxardılar).Bir oğlan təklif etdi ki, hər şey dəqiq səsvermə ilə olsun, demokra-tiya pozulmasın.Bəhlul Abdullayev (Ədəbiyyat İnstitutu). Təklif etdi ki, üzvü səs salan nümayəndə heyəti zalı tərketsin.(Mandatını atan oğlan Mehdi Məmmədovla gəldi).Əbülfəz bəy sədrlərin seçilməsinə etiraz edənlərə dedi ki, sizin alqışları səsvermə kimi qəbuletdik. Miralim bəy sakit olsun. (Səs-küy salan o imiş).Xəlil bəy mandat tələb etdi.Etibar bəy izahat verdi ki, Yazıçılar İttifaqına rayon statusu verilməyib. Nümayəndələri rayonkonfransı seçir.Xəlil bəy: Etibar söz vermişdi ki, Yİ-na rayon statusu veriləcək. Olmayıbsa əhdə vəfasız çıxıb.Sonra hesablama komissiyası seçildi (açıq səsvermə üçün).Miralim (Cəlilabad): Sədrlər də, katiblər də demokratiyanı pozmaqla qoyulublar. Demokratiyapozulsa (bundan sonra da) konfransın taleyinin necə olacağını söyləmək çətindir.Abbas Abdulla V.Səmədoğlu və A.Abdullanın sədrliyini yenidən səsə qoydu. Vaqifə əksəriyyət səsverdi. A.Abdullaya etiraz edənlər çox oldu.Fəzail (mandat komissiyası): 193 nəfərə mandat verilib, 174-ü iştirak edir. Bəziləri…S.Alışarlı Etibarın sədrliyini irəli sürdü.S.Rüstəmxanlı camaatı sakitliyə çağırdı.Etibar: Mənim sədrliyim düz gəlmir. Səsvermə demokratik olmalı-dır. Ali Sovetdəki kimi olmasın.A.Abdulla: Gizli səsvermə üçün hesablama komissiyasına namizədlər seçmək gərəkdir.Birisi təklif etdi ki, A.Abdulla iclası apara bilmədiyi üçün sədrlikdən kənar edilsin. Səsə qoyulsun(qoyulmadı).Birisi təklif etdi ki, hesablayıcı komissiya üzvləri rayonlardan olsun.
Vaqif Səmədoğlu sədrliyə başladı (A.Abdulla çox bacarıqsızlıq etdi). Bizim heç birimiz AS-dəsədrlik etməmişik. Bizi it yerinə qoymadınız. Mən öz yerimi tərk edirəm. (Aşağı düşdü).Xanım: Burada səs salanlar əsasən bəylərdir. Sizi seçənlər bilsəydi ki belə səs salacaqsınız, siziseçməzdilər. Bəlkə də bəziləri bura səs salmağa gəlib. Vaqif bəydən xahiş edək ki, öz yerinəqayıtsın.(Əbülfəz bəy tribunanın yanında durub gözləyir).A.Abdulla səsverməni davam etdirir.Vaqif Səmədoğlu alqışlarla yenidən sədrliyə qaytarılır.Fəzail bəy (mandat komissiyasının sədri): 186 nəfərdən 176-sı iştirak edir. 150 qonaq dəvətolunub.Sabirabad XC nümayəndəsi: Açıq səsvermə ilə seçilənlərin mandatı etibar____sayılmalıdır.Təşkilat komitəsinin hesabatı üçün Etibar bəyə söz verilir. (Etibar harasa çıxıb. Bəy danışır onunyerinə).Bəy: Hər yan həyəcanlıdır. Ağdamda vağzalı partladıblar. 2 nəfər ölüb. (Etibar gəlir. Bəy yeriniona verir).Etibar: Təşkilat komitəsi İH-nin vəzifəsini öz üzərinə götürdü. Əsas işi konfransa hazırlıq oldu.Çox rayonlarda üzvlük haqqı qaydada olmadığı üçün qərara aldıq ki, 2 min nəfərə 3 nümayəndəgəlsin.Naxçıvanın nümayəndə heyəti gəlib çıxmayıb. TK bu gündən öz fəaliyyətini dayandırır. Yeniheyət seçiləcək.Etibar bəy suallara cavab verir.Vaqif bəy (sədr) zalda gediş-gəlişin kəsilməsini təklif edir.Əbülfəz bəy respublikada və AXC-də vəziyyət haqqında məruzə edir.(Dərin sakitlik çökür).- Azərbaycan ən ağır, sərt dövrünü yaşayır. Azərbaycanın ölüm, ya olum məsələsi həll olunur.Uzun müddət təpiklərin altında əzilmiş bir xalqıq.(Birisinin fikrini söyləyir — Rusiyada inqilabla bağlı).5-6 diktator vardı: Kirov, Sverdlovski, Orconikidze, Stalin, Dzer-jinski. Stalin onların hamısınaüstün gəldi. Sovet dövləti hərbi-polis sistemidir; o, mülki dövlətə keçəndə əziyyət çəkir. Xruşşovdövründəki yenilik yenə geriyə qayıtdı. Qorbaçov dövrününkü isə necə olacaqsa bilin-mir.İqtisadi vəziyyətimiz həddən artıq pisdir. Təxminən 300 minədək qaçqın var Azərbaycanda. Təkcə Ermənistandan gələnlər üçün təxminən 8 milyard vəsait gərəkdir.İctimai hərəkatda bizə nələr mane olur? Mafiya, Moskva, erməni diasporası. Azərbaycan xalqıarasında “gəlmələr” və “yerlilər” problemi yaradılır. Tutulan oğruların içərisində çoxlu başqa millətvar — Azərbay-canda yaşamayan.Mənzil məsələsi. Yerliləri qızışdırırlar ki, siz neçə il növbədəsi-niz, gəlmələr sizin evinizi alır.Psixoloji məsələlər var. Mesxet türkləri ilə bizdə psixoloji ayrı-lıqlar var. Azərbaycandan gedənermənilərlə yerlilər arasında da bu ayrı-lıq var. Hələ bizdə ümummilli psixologiya yaranmayıb.Xalq hərəkatı ilə yerli bürokratiyanın mübarizəsi güclənir. Milli azadlıq hərəkatı güclənir. Moskvabundan qorxur, aranı qızışdırır. Cəlilabad hadisələri əyani nümunədir. Cəlilabadlılar döyüşkənqüvvədir. Xalq istəyən adam niyə seçilməsin? Vəzirova, Polyaniçkoya nə qədər dedik, eşitmədilər.Dedilər ki, partiya siyasətimiz var. Deməli, siyasət odur ki, xalqı vuruşdursun. Moskvada söz olub ki,Azərbaycan milisi xalqla birləşib. Bu işi ortaya atdılar.2Xanlar məsələsi. Onun bir katibi var,3 Şahnazarovla oturub-durur. Camaat birləşib çıxarmaqistəyir, indi olub o, göydəndüşmə.Ağdamda vəziyyət içəridə həll olunub.Qubadlıda, Gədəbəydə və b. rayonlarda vəziyyətin gərgin olacağı gözlə-nilir. Onlarda katiblər XCyaratmağa qoymur.Laçından heç kəs keçə bilməz, hazırdırlar. Qubadlı isə qorxuludur. Xalqı fəaliyyət göstərməyəqoymurlar.Gürcüstan — Borçalı məsələsi ağırdır.Sovet ordusu daxilində aşılanma gedib. Son ildə 485 azərbaycanlı meyiti gəlib Azərbaycana. Bizətəcili milli ordu yaratmaq gərəkdir.Martadək respublikada sakitlik yaratmaq gərəkdir (seçkilər üçün).Kilsəni yandırırlar, evlərə girib oğurluq edirlər. Mart ayında seçkilərdə üstün gəlməyimizi Moskvada, yerli bürokratiya da istəmir. Partiya da aşılanır. Azərbaycanda bu, qüvvələrin çarpazlaşmasınagətirib çıxarır. Sov.İKP-nin dağılmaq vaxtı çatıb. Hər respublika öz partiyası-nı yaratmalıdır.AXC Azərbaycan Xalq hərəkatında aparıcı qüvvədir. Ziyalılar böyük iş görürlər. Yazıları, bilikləriilə kömək edirlər. “Azərbaycan” qəzetinin bu sahədə işi böyükdür. “Dirçəliş” partiyası ilə tanışolmuşuq. Status istəyir AXC daxilində. Tələbə İttifaqı yaranır. Ali məktəblərdə əyintilərin qabağınıonunla almaq olar.
“Çənlibel”, “Qurtuluş”, Qarabağa Yardım Komitəsi mütərəqqi təşkilat-lardır.Lazım olsa xalqı 1 ay tətilə saxlamağı bacarmalıyıq. Azərbaycanda çalışıblar ki, Orta Asiyadanmal gətirsinlər, Moskva qoymayıb. Türkiyə ət-yağ göndərmək istəyib, Moskva razılıq verməyib.Azərbaycanda ticarət mafiyası var, istəmir ki, Azərbaycana mal gəlsin.Sərhəd məsələsi. Burada heç bir qırğın yoxdur. İranla Sovet hökuməti arasında müqaviləyə görə,sərhəd düz çayın ortasından keçir. Hərbi nazirlik istədiyini edir. Biz hökumətin qanununu yox, hərbinazirliyin hərəkətlərini pozmuşuq. Ona görə də bizə bir şey deyə bilmirlər.Barannikov4 Azərbaycanın daxili işlər nazirinin ovaxtkı birinci müavini. 20 Yanvar qırğınındansonra ona Moskvada yüksək vəzifələr verildi. Hətta DİN işlədi, Rusiya təhlükəsizlik idarəsinə başçılıqetdi. deyir ki, o tərəfə (Cənuba — Ə.T.) 8 nəfər keçib, 2-si qayıtmayıb. Deyirəm ki, 3 milyon almanınqayıtmamasına nə deyirsiniz?Xalqa “narkoman” deyirlər. Deyirik ki, siz də ağıllı olmağı öyrənin.İndi deyirlər ki, icazə verin çaydan 5 km aralı sərhəd çəkək. Deyirik ki, bu şərtlə ki, Astaradanyolu açın. İran da razılıq verib.Bizim hüquqşünaslar hər məsələdə olduğu kimi burada da ləngidilər. Moskva bundan istifadəetdi.Bəy suallara cavab verdi. Türkiyədəki “Tərcüman” qəzetinin son 15-17-ci nömrələrində Azərbaycan Xalq hərəkatındanyazır, onu “20-ci əsrin Oğuz dastanı” adlandırırlar.Katiblər bəzən bicliklə Xalq Cəbhəsi üzvləri ilə qol-qola xalq içinə çıxır, onları bu cür ləkələyirlər.Nişanov Naxçıvana gedəcək. İran hökuməti heç bir nota verməyib (kon-sulluq deyib).İranla Ermənistan arasındakı müqavilə yalandır. Məqsəd Azərbaycan-la İranın arasını vurmaqdır. Türkiyə ilə aramızdakı 11 kilometrlik sərhəd sökülüb arada asfalt yol çəkiləcək. (Alqışlır).Xüsusi idarəçilik5 hələ ləğv olunmayıb. Moskva guya iki şeyə (XİK-nin ləğvinə, ErmənistanınDağlıq Qarabağı özünə birləşdirməsinə) öz münasi-bətini bildirmişdir. Ayın 5-ində bunu etməli idi.Hərbi cəhətdən bizə ən azı 1 ay fasilə gərəkdir. Tahir Əliyev məsələləri çox gözəl bilir. Laçında Arif bəy işləri çox gözəl aparır, ancaq sırf hərbçi deyil, Tahir bəy də ondan çox razıdır.Kəndlərin hamısının müdafiəsini təşkil etmək gərəkdir.Vaqif Səmədoğlu: Bəyə suallar Etibar bəylə İsa bəyin sonrakı çı-xışlarının vaxtını oğurlayır.Bəy: İrana gedən maşınları saxlayanda İran Moskvaya nota verir, Vəzirov da bizə yalvarır ki,onları buraxın.Vaqif bəy: AXC fəalları sərhəd hadisələri başlanan kimi xariciradiolara xəbər verib. Mənə elə gəlir ki, qurultay səlahiyyətli konfransdasərhəd haqqında dünya xalqlarına, BMT-yə bəyanat qəbul edib göndərməliyik. (Alqışlar). Moskva və Tehran çalışırlar ki, dünya ictimaiyyəti Şimalivə Cənubi Azərbaycanın varlığından xəbər tutmasın.Cəlilabada gəlincə, arzum odur ki, Naxçıvan MSSR-lə Azərbaycan SSR arasındakı sərhədgötürülsün. (Alqışlar).Söz verilir Miralim Bəhramova (Cəlilabad XC sədri): Minnətdaram ki, bizə xüsusi diqqət yetirilir,söz verilir.Əvvəki katibimiz qonağı fiziki şəkildə təhqir etdi. Xalq onu çıxarmağı tələb etdi. Fətəliyevinbaşçılığı ilə gələn komissiya düz mövqe tutmadı, sonra isə Polyaniçko. Qocamanov əvəlki katibinideyalarını davam etdirdi. Əhalinin müəyyən hissəsini qarşı-qarşıya qoymaq mümkün oldu. Yerlimafiyanın başçısı Əzizov xüsusi silahlar (armatur) hazırlat-dı. Dekabrın 8-ində xalq ayağa qalxdı.Kütləvi mitinq oldu. Üç rəhbər (katib, prokuror, milis) istefa verməyə məcbur oldu.Səyavuş Vəliməmmədov, Yasif Nəsirov, Nurəddin Yusifov, kurator Əliyev, Əlisahib Orucov … heçbir iş görməyib getdilər. Cəlilabad kommu-nistlərinə dedilər ki, siz kommunist deyilsiniz.Kommunistlər, veteran-lar, qəhrəman analar, Əfqanıstanda vuruşanlar ayrı-ayrılıqda yığıncaqkeçirib qərar çıxardılar, qulaq asan olmadı. Yalan məlumatlar verdilər ki, vəziyyət pisdir — buradahərbi vəziyyət olsun. Ayın 8-indən 22-sinədək mitinq, tətil etdik. Tələbimiz odur ki, xalq istəyən şəxskatib seçilsin. Ağsaqqallarımızı gözümüzün qabağında təhqir etdilər ki, xalq vuruşsun. Əhalini oradayalnız Xalq Cəbhəsi saxlayıb; 3 saat saxlamasaydıq bir dənə inzibati bina salamat qalmazdı.Ayın 22-sində Bəxtiyar Vahabzadə ilə Xeyrulla Əliyev rayona gəldilər. Bizə getdik, çay içdik.Sonra bizə rəsmi görüş tələb olundu.Bağlı qapı arxasında Xeyrulla Əliyevi katib seçdilər. 22 sutka Cəli-labad yatmadı. 3 gün də ondansonra — üst-üstə 25 gün. Yemədik, içmədik.Xeyrulla Əliyev camaat qarşısında çıxış edib dedi ki, Allahımız haqqı, bu iki manatla Cəlilabadagəlmişəm. Mən lap sonda çıxış etdim.Sonra mənə vəzifə təklif etdi.Milislər məni tutdular. Camaatı köməyə çağırmadım — qırğın ola bilərdi. Özüm birtəhər qaçıbqurtardım.