
6 yanvar 1990.
ELMLƏR AKADEMİYASI NIN BİNASI.AXC-nin QURULTAY SƏLAHİYYƏTLİIII KONFRANSI (1) 12.13. Əbülfəz bəy konfransı açdı. O, “orta mövqeli” Vaqif Səmədoğlu və Abbas Abdullanınsədrliyini irəli sürdü. Bəyənildilər. Onlar yerləri-ni yuxarıda tutdular.Vaqif Səmədoğlu: Sədrlik mənə gözlənilməz oldu. Bəzi nümayəndələ-rimiz rayonlardan iqlimşəraitinə görə gələ bilməyiblər (bərk qar yağıb gecə). Cəlilabad və Naxçıvan nümayəndələrinisalamlayaq. (Alqışlar).Naxçıvan hadisələri (sərhəd dirəklərinin sökülməsi) müharibədən sonra ən böyük qələbəmizidir.Abbas Abdulla. Gündəlikdəki məsələlərdən danışdı.İsmayıllı XC nümayəndəsi Rasim Şərifov öz qətnamələrinin oxun-masını təklif etdi.Xəlil Rza: Konfransın 5 yazıçının dəvətnaməsini mandat saymasını xahiş edirəm.A.Abdulla: Bununla nizamnaməni pozmuruqmu?Mənsur Əliyev: AXC-yə daxil olmayan qeyri-rəsmi təşkilat nümayən-dələrinə mandat verilsin.A.Abdulla katiblərin (təklif olunan) adlarını oxudu. 3 nəfər: Xalid Muxtarov, Arzu Səmədov,Ələkbər Məmmədov yerlərini tutdular.(Birisi aranı qatmaq üçün mandatını cırıb qışqırdı, hay-küy saldı. Onu bayıra çıxardılar).Bir oğlan təklif etdi ki, hər şey dəqiq səsvermə ilə olsun, demokra-tiya pozulmasın.Bəhlul Abdullayev (Ədəbiyyat İnstitutu). Təklif etdi ki, üzvü səs salan nümayəndə heyəti zalı tərketsin.(Mandatını atan oğlan Mehdi Məmmədovla gəldi).Əbülfəz bəy sədrlərin seçilməsinə etiraz edənlərə dedi ki, sizin alqışları səsvermə kimi qəbuletdik. Miralim bəy sakit olsun. (Səs-küy salan o imiş).Xəlil bəy mandat tələb etdi.Etibar bəy izahat verdi ki, Yazıçılar İttifaqına rayon statusu verilməyib. Nümayəndələri rayonkonfransı seçir.Xəlil bəy: Etibar söz vermişdi ki, Yİ-na rayon statusu veriləcək. Olmayıbsa əhdə vəfasız çıxıb.Sonra hesablama komissiyası seçildi (açıq səsvermə üçün).Miralim (Cəlilabad): Sədrlər də, katiblər də demokratiyanı pozmaqla qoyulublar. Demokratiyapozulsa (bundan sonra da) konfransın taleyinin necə olacağını söyləmək çətindir.Abbas Abdulla V.Səmədoğlu və A.Abdullanın sədrliyini yenidən səsə qoydu. Vaqifə əksəriyyət səsverdi. A.Abdullaya etiraz edənlər çox oldu.Fəzail (mandat komissiyası): 193 nəfərə mandat verilib, 174-ü iştirak edir. Bəziləri…S.Alışarlı Etibarın sədrliyini irəli sürdü.S.Rüstəmxanlı camaatı sakitliyə çağırdı.Etibar: Mənim sədrliyim düz gəlmir. Səsvermə demokratik olmalı-dır. Ali Sovetdəki kimi olmasın.A.Abdulla: Gizli səsvermə üçün hesablama komissiyasına namizədlər seçmək gərəkdir.Birisi təklif etdi ki, A.Abdulla iclası apara bilmədiyi üçün sədrlikdən kənar edilsin. Səsə qoyulsun(qoyulmadı).Birisi təklif etdi ki, hesablayıcı komissiya üzvləri rayonlardan olsun. Read the rest of this entry