ŞƏHİDLƏR: MÜŞFİQ MİRZƏYEV

Стандартный

 

musfiq_mirz%c9%99yev

Müşfiq Mustafa oğlu Mirzəyev — «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunmuş şəhid (9 oktyabr 1994)

Müşfiq Mirzəyev 3 yanvar 1970-ci də ildə Ermənistanin Cermuk şəhərində anadan olub, orada orta məktəbi bitirmisdir. 1988-ci ildən Mingəçevirdə yaşayırdılar. 1988-1990-ci illərdə kecmiş Sovet ordusu sıralarında hərbi xidmətini Monqolustanda yerinə yetirmişdir.

1992-ci dildə mart ayından Qarabağ muharibəsində dəfələrlə iştirak etmişdir. Qarabağda «Yeraz Mişa» kimi ad alib san qazanmiş, ermənilərin ürəyinə türk xofu salan Müşfiq Mirzəyev haqqında çox deyilib çox yazılıb. Çavuş rütbəsində bölmə komandiri idi.

1993-cü ilin fevralında «Səda»nın müxbiri Vaquazaya getmisdiler.Xankəndinə lap azca qalırdı. «M-2» burada döyüşürdü. Müşfiq batalyonun ürəyi idi. O,gülləden, düşməndən qorxmurdu. Erməni dilini mükəmməl bilirdi ve buna gore də dəfələrlə «dil» gətirmişdi.  1993-cü ildə fevralın 5-də rota muhasirəyə düşdü, beş gün qeyri-bərabər döyüş gedirdi və ordan sağ-salamat cıxırlar. Fevralın 13-də Müşfiq agır yaralanır, üc gün sonra gözlərini əbədi həyata yumur. 

Mingəçevirin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Yaşadığı Mingeçevir şəhərinin keçmiş Puşkin kuçəsində yerleşən parka qəhrəmanın adı verilmişdir.

Ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif olunmuşdur.

vikipediya

Реклама

Обсуждение закрыто.