Ə.TAHİRZADƏ «MEYDAN GÜNDƏLİYİ». 3 YANVAR 1991

Стандартный
Ə.TAHİRZADƏ «MEYDAN GÜNDƏLİYİ». 3 YANVAR 1991

3 yanvar 1991.

Bugünkü “Azadlıq”da üç “köklü” dəyişiklik oldu:1) 20 Yanvardan üzübəri “Redaksiya heyəti” altında çıxan qəzetin əsl redaktoru Nəcəf bəyin ad ıqeyd olundu; 2) 20 Yanvardan sonrakı nömrələrdən dəyişdirilmiş başlığın ilkin yazılış biçimi qaytarıldı (Xaliq köhnə başlığı nəzərdə tutub həmişə deyirdi ki, bu “Sazadlığ”ı haçan dəyişdirəcəyik? Doğrudan da, o başlığın önündəki aypara “S” hərfinə bənzədiyindən, adamda “Sazadlıq” təəssüratı yaradırdı);3) ünvanımızın adı “akademik Şamil Əzizbəyov küçəsi” göstərilib (hələ küçədəki lövhələrdəyişdirilməyib — “Ketsxoveli” yaşamaqdadır; biz bunun-la o lövhələri də dəyişdirmək istəyirik).“Azadlığ”ın bu nömrəsi Əbülfəz bəyin “Ən kəsə yol” yazısı və AXC Ni-zamnaməsinin layihəsi ilədəyərlidir. 

Обсуждение закрыто.