Ülvin Camaləddin oğlu Məmmədov (d. 1 yanvar 1996, Laçın, Azərbaycan — ö. 5 aprel 2016, Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. 3-cü dərəcəli «Hərbi xidmətdə fərqlənməyə görə» medalı ilə təltif olunub.
Ülvin Məmmədov 1 yanvar 1996-cı ildə Laçın rayonunun Qarakeçdi kəndində dünyaya gəlib. Məmmədov 2013-cü ildə Qarakeçdi kənd 1 saylı tam orta məktəbini bitirib və həqiqi hərbi xidmətə çağırılıb. Ülvin Məmmədov dəfələrlə sərbəst güləş üzrə Azərbaycan çempionu olub.
Hərbi xidməti[redaktə | əsas redaktə]
Ülvin Məmmədov 2016-cı ildə Azərbaycan—Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
2016-cı ilin 7 aprel tarixində Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Ülvin Məmmədov Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində torpağa tapşırıldı.
Для отправки комментария необходимо войти на сайт.