Daily Archives: 30.12.2016

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 30 DEKABR 1989

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 30 DEKABR 1989

30 dekabr 1989.

Bu gün “Azadlığ”ın ikinci nömrəsi hazır oldu! MƏQALƏ  YUXUSUZ QARANQUŞUN CƏH-CƏHİ(İlk nömrəmizin nəşri) Bütün qəzetlərin ilk nömrəsi körpənin ilk addımına bənzər — hər ikisi çətin irəliləyir. Həmişəbelə olur. Bizə çatanda isə, deyəsən, baltanın ağzı lap daşa dəydi…Razılığa görə, qəzetimiz Əhmədlidəki 4 N:-li mətbəədə çıxmalıdır. Ayağımız ağır oldu — biz buragələn gündən maşınlar sıradan çıxdı. Məcburiyyət üzündən bir çox prosesləri “Kommunist”nəşriyyatında apardıq. Qaldıq iki mətbəə arasında. Sağ olsun universitetin jurnalistikafakültəsinin tələbələri Əlisəfa, Gündüz, Rövşən və başqaları, harayımıza yetdilər. Tələbə Zabiləxanımsa ilk oxucumuz oldu — bütün materiallarımızı makinada o, çap etdi.Şənbə günü tezdən evimizdən bu umudla çıxdıq ki, gündüz “Kommunist” nəşriyyatındaquraşdırmanı başa vurub axşama yaxın Əhmədli mətbəəsində çapa başlayarıq.Fotoyığımla qəzet hazırlamaq ilk dəfə bizim alnımıza yazılıbmış! Dilimizi bilməyən rus qızlarımaterialları min ənvayi-müsibətlə elektron maşınlarda yığdılar. Sima xanımın müdir olduğu sexyəqin ki, lap çoxdandı belə gərginliklə işləməmişdi.Hələ beşinci qatda fotoyığım gedə-gedə birinci mərtəbədə hazır materiallardan səhifələrinquraşdırılması başlanmışdı. Biz gözləyirdik ki, saat 6-ya hər şeyi başa vurarıq, ancaq 7-ninyarısında işə yenicə girişməli olduq…Quraşdırma sexinin ustası Elmira Fətullayevanın növbəsindəki quraşdırıcılar AybənizBayramova və Şamama Qurbanova sonuncu səhifədən əl götürəndə artıq bazar günü səhərsaat 7-nin yarısı idi! Aybəniz xanım bəlkə də tarixdə ən uzun — 12 saatlıq qəzet quraşdırmasınınmüəllifi olmuşdu. Yazılar köçürülmüş lentlər az qala sətir-sətir kəsilib ard-arda düzülür, başqasözlə, iynə ilə gor qazılırdı. Təkcə redaksiyanın öz işçiləri yox, 4 nömrəli mətbəənin rəhbərliyi də (direktor Hacı İsmayılov,onun müavini Müzahim Haqverdiyev, baş mühəndis Fərhad Məhəmmədi) qəzetin“doğulması”nın şahidi oldular. Gündüzü bizimlə birgə qarşılayanlardan biri isə… Qlavlitinəməkdaşı Allahverdi bəy idi. Tarixdə ikinci yeniliyi onda gördük ki, bu orqanın işçisi doğmasaydığı qəzetin ilk addımını görmək xatirinə yuxusuna haram qatıb gecəni səhərədək ayaq üstəkeçirdi.Saat 7-də Əhmədlidə idik. Çapa başlananadək bir-iki saatlıq hazırlıq işi görüldü. Hacı bəy ilknüsxənin müjdəsini verməyə gələndə… redaksiya işçilərinin üçü də oturduğu yerdəyuxulamışdı.56Çap sexinə düşəndə rəis Şuriyyə Şahsuvarov qalaq-qalaq yığılmış qəzetləri fərəhlə göstərdi.Çapçılar Rəhim Məhərovla Vadim İsmayılov da həvəslə işləyirdilər. Mətbuat tariximizə qaranquşcəh-cəhi ilə girən “Azadlığ”ın bu ilk nüsxələrindən birini götürüb vərəqləyirəm. İkinci səhifədəMəhəmmədəmin Rəsulzadə “Nahaq qan yerdə qalmaz” söyləyir, onunla yan-yanaşı səhifədəisə Əbülfəz Əliyev böyük Sabirin dili ilə “Hürriyyət olan yerdə də insanlıq olur” bəyan edirdi…Ədalət TAHİRZADƏ(“Azadlıq” qəzeti, 30 dekabr 1989, N:2).

 

Реклама

ƏBÜLFƏT ƏLİYEVİN 90 İLLİYİ

Стандартный

Əbülfət Əsəd oğlu Əliyev (25 dekabr 1926 – 27 dekabr 1990)

Azərbaycan Respublikasının xalq artisti (29 iyun 1964).

Şuşada doğulub.

Azərbaycan Respublikasının xalq artisti (29 iyun 1964) fəxri adını alıb.

Azərbaycan Dövlət Filarmoniyasının (1945-ci ildən) və ADOBT-nin (19561962) solisti olub.