ŞƏHİDLƏR: KÜRDƏXANILI BAŞ LEYTENANT İLQAR QULİYEV

Стандартный

İLQAR QULİYEV.jpg

İlqar Quliyev — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhid olmuşdur.

İlqar Quliyev Əbdülhəmid oğlu 1960-cı il dekabrın 28-də Bakının Kürdəxanı qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 113 saylı orta məktəbi bitirmişdir.

İlqar Fizuli rayonun N saylı hərbi hissəsində təcrübəli mütəxəssis kimi xidmək edərək and içmişdir ki,doğma vətəni göz bəbəyi kimi qoruyacaq, yağı düşmənin torpaqlarımızdan qovulmasında fəal iştirak edəcək. Amma tale onun ömrünün 34-cü baharında boya-başa çatdığı doğma torpağa şəhid kimi əbədi qonaq gətirdi.

Quliyev İlqar 1978-ci ildə orta məktəbi bitirdikdən sonra, Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olmuşdur.1985-ci ildə ali təhsilini başa vurandan sonra, Bakı elektrik ştampları sınaq təcrübə zavodunda işləməyə başlamışdır. 1992-ci ildə Müdafiə Nazirliyi tərəfindən Bakı hərbi məktəbinə çağırılmışdır.Yüksək hərbi biliyə malik olduğuna görə Müdafiə Nazirliyi tərəfindən Füzuli bölgəsindəki N –hərbi hissəsinin rəisi təyin olunmuşdur. Füzuli rayonunun Alxanlı,Kürdmahmudlu, Qaraxanlıya qədər bütün ərazisini minadan təmizləmişdir.Son günlər İlqar öz həyatını təhlükə qarşısına ataraq gündə 100-120 mina zərərləşdirməklə yüzlərlə insan həyatını ölümdən xilas etdi, özü isə 1994-cü il yanvarın 25-də qəhrəmancasına həlak oldu.

O,Kürdəxanı qəsəbəsindəki qəbiristanlıqda dəfn edilmişdir.

VİKİPEDİYA

Обсуждение закрыто.