Daily Archives: 25.12.2016

TANIMADIĞIMIZ MÜŞFİQ: «QURULUŞ ŞAİRİ OLMAQ LAZIM…»

Стандартный
TANIMADIĞIMIZ MÜŞFİQ: «QURULUŞ ŞAİRİ OLMAQ LAZIM…»

RÜSTƏMƏ

Dinlə, qəlbimdə, Sülеyman Rüstəm,

Sənə dair кiçiciк bir nəğməm,

Кiçiciк – dağ кimi bir dalğam var,

Bir dənizdir кi, o dalğam çağlar…

Haydı, Rüstəm, çıхalım gəl yarışa,

 Çıхalım mövzu üçün aхtarışa!

Aləmə vəlvələ salmaq lazım,

Quruluş şairi olmaq lazım!

Çapar atlar кimi çapmaqda həyat,

Bizə кеçməкdə bu dövran, hеyhat…

Yataraq uyquya dalsan bir də,

Bizi varlıq qoyacaqdır gеridə.

ŞƏHİDLƏR: TƏRTƏRLİ MİLLİ QƏHRƏMAN FÜZULİ RÜSTƏMOV

Стандартный

RÜSTƏMOV FÜZULİ.jpg

Füzuli Salah oğlu Rüstəmov 25 dekabr 1965-ci il Tərtər rayonunda anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür. Burada səkkizillik məktəbi bitirən Füzuli ağır şəraitdə yaşadığından məktəbi bitirən kimi işləməyə başlayır. Read the rest of this entry

ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 24 DEKABR 1989

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 24 DEKABR 1989

24 dekabr 1989. Mən “Elm” qəzetində işləyəndə çox əziyyətli nömrələrimiz çıxıb, gecə sabahadək işlədiyimizçox olub, ancaq “Azadlığ”ın ilk nömrəsindəki zülmü heç vaxt görməmişdim!… Dünən səhərdən “Kommunist” nəşriyyatında yığıma, sonra quraşdırmaya başlayıb bu günsəhər 7-nin yarısında qurtardıq! İş düz gətirmirdi, nə qədər əsəbilik vardı! “Yuxarılar”“Azadlığ”ın çıxmasını hər vasitə ilə ləngitmək istəyirdilər, ona görə də ağzımızı saldılar dağa-daşa. Yalnız fotoyığımla çıxmağa icazə verdilər (nəşriyyatda). Bu nə zülm imiş! Heç kəsin hələbu sahədə ciddi təcrübəsi yoxdu.Sonra isə quraşdırma (montaj) sexindəki iş! Oradakı qızlar da birinci dəfə idi ki, belə zülmləqəzet hazırlayırdılar (onlar hər qəzetə adətən yarım saat — bir saat vaxt sərf edirlər).Nə isə, “Kommunist” nəşriyyatında montaj qurtaran kimi mən Nəcəf bəydən icazə alıb taksi iləevə yollandım, o və Arif Əliyev isə Əhmədlidəki mətbəəyə getdilər. Bir-iki saat “quşçimiri” edibmən də Əhmədliyə getmək üçün evdən çıxdım. “Gənclik” metrosunun yanında maşındandüşəndə gördüm ki, burada qaban kababı satırlar. Yoldaşlarımın dünəndən indiyədək acolduğunu nəzərə alıb üç-dörd nəfərlik kabab və bir şüşə araq götürüb metroya mindim.“Əhmədli” stansiyasında çıxıb mətbəəyə sarı, qalın qarın içi ilə piyada getməyə başladım. Bərkşaxta idi.4 nömrəli mətbəənin ikinci qatında çap sexinin yanında bizim üçün ayrılmış balaca otağagirəndə gördüm ki, üz-gözünü tük basmış Nəcəf bəylə Arif bəy hərəsi bir tərəfdə bərk yuxulayıb.

Read the rest of this entry

25 DEKABR 1991 — LATIN QRAFİKASINA KEÇİD

Стандартный

1991-ci il dekabrın 25-də prezident Ayaz Mütəllibov “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” 33 saylı fərman imzalayıb. Bu fərmanla Azərbaycanda kirill əlifbasına keçidlə bağlı 11 iyul 1939-cu il Qanunu qüvvədən düşmüş elan edilib və 40-ci ilə qədər istifadə olunan latın qrafikalı Azərbaycan əlifbasının bəzi dəyişikliklərlə bərpası təsdiqlənib.

az%c9%99rbaycan_%c9%99lifbasinin_layih%c9%99l%c9%99ri