ŞƏHİDLƏR: MİLLİ QƏHRƏMAN ƏLƏKBƏR ƏLİYEV

Стандартный

Ələkbər_Əliyev.jpg

Ələkbər Əliyev — Azərbaycanın Milli QəhrəmanıQarabağ müharibəsi şəhidi.

Ələkbər Əliyev 22 dekabr 1955-ci ildə Qubadlının İşıqlı kəndində anadan olub. Sumqayıt Politexnik Texnikumunu bitirib. Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib.

Əfsanəvi qəhrəman Əliyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarası kəndində olub. 1992-ci il 7 avqust tarixli gedən bu döyüşdə təkbaşına 20-ə qədər erməni quldurunu məhv edib və qəhrəmancasına həlak olub.

Evli idi, 4 övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib.

Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır.

Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir.

 

Реклама

Обсуждение закрыто.