ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 19-29 DEKABR 1988

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 19-29 DEKABR 1988

19-29 dekabr 1988. Ermənistandan didərgin salınmış yurddaşlarımızın vəziyyətini öyrənmək, onların qovulmasısəbəblərini öyrənmək üçün Elmlər Akademiyasında mənim təşəbbüsümlə bir qrup yaradıldı,oraya müxtəlif institutlardan alimlər cəlb edildi və didərginlərin səpələndiyi, demək olar ki,bütün rayonlara Azərbaycan KP MK-nın razılığı ilə göndərildilər. Mənim özüm 10 gün (ayın 19-29-u) Vartaşen və Qutqaşen rayonlarında oldum. Didərginlər bir qayda olaraq Azərbaycandakıerməni kəndlərinə köçüblər. Beləliklə, Qutqaşendə az olduğumdan (onlar əsasən “Qafqaz” turistbazasında yerləşdiriliblər) burada vur-tut son 2 günü qaldım. Vartaşendə isə keçmişdəermənilər, indi türklər yaşayan bütün kəndlərdə oldum, iri bir dəftərdə onların söylədiklərini özdillərindən yazıb imza etdirdim. Vəziyyətləri haqqında rayon təşkilatlarına məlumat verdim. Təəssüf ki, bizi göndərən partiya komitəsi işin nəticəsi ilə, demək olar ki, maraqlanmadı.6***Azərbaycanın bəzi rayonlarında (Lənkəran, Sabirabad, Yevlax və b.) baş vermiş xalqiğtişaşlarını yatırmaq üçün SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1988 tarixli qərarı ilə 24dekabrdan başlayaraq Bakı şəhərində və 17 rayonda xüsusi vəziyyət və komendant saatı tətbiqolundu. Axşam saat 10-dan səhər saat 6-yadək həmin yerlərdə icazəsiz hərəkət qadağandır.

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.