Daily Archives: 20.12.2016

İTKİN MİLLİ QƏHRƏMAN RİAD ƏHMƏDOV

Стандартный

Riad_Əhmədov.jpg

Riad Əhmədov (d. 1956 – ö. 1992) — Azərbaycanın Milli QəhrəmanıQarabağ müharibəsi şəhidi.

Əhmədov Riad Fikrət oğlu 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub. R.Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Read the rest of this entry

ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 20 DEKABR 1990

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 20 DEKABR 1990

20 dekabr 1990. Bu həftədən həm AXC qərargahı, həm də “Azadlıq” qəzeti redaksiyası öz“mənzil”lərini dəyişiblər. İndiyədək Zivər bəy Əhmədbəyov küçəsindəki binada bir yerdə olsaq daindi Cəbhə Sovet küçəsindəki Məktəbəqədər Pedaqoji Məktəbin köhnə binasına (N.Nərimanovunheykəlinin yanındadır), redaksiya isə Ketsxoveli48 küçəsindəki yenə həmin məktəbin birmərtəbəliköhnə binasına köçüb. (Bu məktəbə isə Cəbhənin Z.B.Əhmədbəyov küçəsindəki qərargahı verilib).Redaksiyanın otaqları geniş olsa da çox bərbaddır. Döşəmənin taxtaları arasına ayaq girir.

ŞƏHİDLƏR: NAXÇIVANLI MİLLİ QƏHRƏMAN İBRAHİM MƏMMƏDOV

Стандартный

ibrahim-m%c9%99mm%c9%99dov

İbrahim Məmmədov — Azərbaycanın Milli QəhrəmanıQarabağ müharibəsi şəhidi.

Məmmədov İbrahim İsmayıl oğlu 20 dekabr 1958-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə Naxçıvan şəhər 3 saylı məktəbi bitirmişdir. 19771979-cu illərdə hərbi xidmətdə olur. İbrahim xidmət edərkən PDM-də tuşlayıcı-operator ixtisasına yiyələnir. 1988-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, 1993-cü ildə təhsilini başa vurur. 1990-cı il 20 Yanvar hadisəsinin dünyaya çatdırılmasında çox böyük işlər görmüşdür. Read the rest of this entry

ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 19-29 DEKABR 1988

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 19-29 DEKABR 1988

19-29 dekabr 1988. Ermənistandan didərgin salınmış yurddaşlarımızın vəziyyətini öyrənmək, onların qovulmasısəbəblərini öyrənmək üçün Elmlər Akademiyasında mənim təşəbbüsümlə bir qrup yaradıldı,oraya müxtəlif institutlardan alimlər cəlb edildi və didərginlərin səpələndiyi, demək olar ki,bütün rayonlara Azərbaycan KP MK-nın razılığı ilə göndərildilər. Mənim özüm 10 gün (ayın 19-29-u) Vartaşen və Qutqaşen rayonlarında oldum. Didərginlər bir qayda olaraq Azərbaycandakıerməni kəndlərinə köçüblər. Beləliklə, Qutqaşendə az olduğumdan (onlar əsasən “Qafqaz” turistbazasında yerləşdiriliblər) burada vur-tut son 2 günü qaldım. Vartaşendə isə keçmişdəermənilər, indi türklər yaşayan bütün kəndlərdə oldum, iri bir dəftərdə onların söylədiklərini özdillərindən yazıb imza etdirdim. Vəziyyətləri haqqında rayon təşkilatlarına məlumat verdim. Təəssüf ki, bizi göndərən partiya komitəsi işin nəticəsi ilə, demək olar ki, maraqlanmadı.6***Azərbaycanın bəzi rayonlarında (Lənkəran, Sabirabad, Yevlax və b.) baş vermiş xalqiğtişaşlarını yatırmaq üçün SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1988 tarixli qərarı ilə 24dekabrdan başlayaraq Bakı şəhərində və 17 rayonda xüsusi vəziyyət və komendant saatı tətbiqolundu. Axşam saat 10-dan səhər saat 6-yadək həmin yerlərdə icazəsiz hərəkət qadağandır.

ƏZİZ NESİN. «SİZİN ÖLKƏDƏ EŞŞƏK YOXDURMU?»

Стандартный
ƏZİZ NESİN. «SİZİN ÖLKƏDƏ EŞŞƏK YOXDURMU?»

 

Dişi ağrıyır kimi, bir əli üzündə başını sağa-sola yellədə-yellədə içəri girdi. Bir yandan əlini yanağına vurur, bir yandan da:

— Tüff, rüsvayı-cahan olduq…- deyə deyinirdi.

O, əslində çox nəcib bir adamdır. Qapıdan girər-girməz, salam vermədən belə deyinməsinə çox təəccüb etdim.
Read the rest of this entry