ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 1990-1991. «AZADLIQ» VƏ NƏCƏF NƏCƏFOV

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 1990-1991. «AZADLIQ» VƏ NƏCƏF NƏCƏFOV

20 dekabr 1990. Bu həftədən həm AXC qərargahı, həm də “Azadlıq” qəzeti redaksiyası öz“mənzil”lərini dəyişiblər. İndiyədək Zivər bəy Əh-mədbəyov küçəsindəki binada bir yerdə olsaq daindi Cəbhə Sovet küçəsin-dəki Məktəbəqədər Pedaqoji Məktəbin köhnə binasına (N.Nərimanovunheykəlinin yanındadır), redaksiya isə Ketsxoveli48 küçəsindəki yenə həmin məktəbin birmərtəbəliköhnə binasına köçüb. (Bu məktəbə isə Cəbhənin Z.B.Əhmədbəyov küçəsindəki qərargahı verilib).Redaksiyanın otaqları geniş olsa da çox bərbaddır. Döşəmənin taxta-ları arasına ayaq girir. 

 

3 yanvar 1991. Bugünkü “Azadlıq”da üç “köklü” dəyişiklik oldu:1) 20 Yanvardan üzübəri “Redaksiya heyəti” altında çıxan qəzetin əsl re-daktoru Nəcəf bəyin adıqeyd olundu;2) 20 Yanvardan sonrakı nömrələrdən dəyişdirilmiş başlığın ilkin yazılış biçimi qaytarıldı (Xaliqköhnə başlığı nəzərdə tutub həmişə deyirdi ki, bu “Sazadlığ”ı haçan dəyişdirəcəyik? Doğrudan da, obaşlığın önündəki aypara “S” hərfinə bənzədiyindən, adamda “Sazadlıq” təəssüratı yaradırdı);3) ünvanımızın adı “akademik Şamil Əzizbəyov küçəsi” göstərilib (hələ küçədəki lövhələrdəyişdirilməyib — “Ketsxoveli” yaşamaqdadır; biz bunun-la o lövhələri də dəyişdirmək istəyirik).“Azadlığ”ın bu nömrəsi Əbülfəz bəyin “Ən kəsə yol” yazısı və AXC Ni-zamnaməsinin layihəsi ilədəyərlidir.

 

 

Обсуждение закрыто.