
16 dekabr 1989.Artıq bir neçə gündür ki, AXC-nin Xaqani 33-də yerləşən iqamətgahında ikinci qatda bizəayrılmış otaqda “Azadlıq” qəzetini hazırlamağa başlamışıq. Redaktor Nəcəf Nəcəfovla birgə Arif Əliyev, Vaqif Səmədoğlu və mən ilk növbədə material yığmaqla məşğuluq. Universitetintələbələri də bizə kömək edirlər. Nəcəf bəy qəzetin başlığını rəssam Rafiq Məmmədova yazdırdı.(Qəzetə “Azadlıq” adını Əbülfəz bəy qoyub).Mən Nəcəf bəylə ilk dəfədir ki, bir yerdə işləyirəm. Bu qısa vaxtda artıq bir şeyi müşahidəetmişəm — iş zamanı özünə və işçilərinə yazığı gəlməyən, üzülüb əldən düşüncəyədək çalışmağısevən adamdır.İş yerimiz hələ daimi və münasib olmadığına görə bəzi müzakirələr mənim Əlyazmalarİnstitutundakı otağımda keçirilir.