14 DEKABR 1919 — BAKIDA AZƏRBAYCAN-ERMƏNİSTAN KONFRANSI

Стандартный

ADR_army_ossicers.jpg

офицеры армии АДР

23 ноября 1919 года в Тифлисе между Азербайджаном и Арменией было заключено соглашение, согласно которому стороны обязались прекратить все происходящие между ними вооруженные столкновения и решить все спорные вопросы, включая вопрос о границах, мирным путем. По соглашению Армения взяла на себя обязательства и вывела свои войска из Зангезура. Стороны также договорились в самое ближайшее время созвать совместную конференцию. Однако открывшаяся 14 декабря 1919 года в Баку Азербайджано-Армянская Конференция не привела к положительным результатам. Не прошло и нескольких недель, как армянские войска, нарушив условия соглашения от 23 ноября 1919 года, вновь напали на Зангезур.

1919-cu il 23 noyabr sazişindən sonrakı ilk günlərdən başlayaraq ermənilər Zəngəzurda hərbi əməliyyatları yenidən genişləndirdilər. Qərb dövlətlərinin Qafqazdakı nümayəndəliklərinin bu məsələlərlə bağlı tutduqları mövqelərə gəldikdə isə, onlar əvvəllərdə olduğu kimi, indi də əsasən diplomatik xəbərdarlıqlarla kifayətlənmiş, yenə də mümkün olmayan işin görülməsinə, yəni problemin hər iki tərəfi eyni zamanda qane edə biləcək qaydada və səviyyədə nizamlanmasına çalışmışdılar. 

Azərbaycan-Ermənistan konfransı 1919-cu il dekabrın 14-ü ilə 21-i arasında Bakıda keçirildi. AXC-nin F. Xoyski (sədr), M.N. Hacınski və R. Vəkilovla, erməni tərəfinin isə Arutunyants (sədr), Arqutinski, Dolorukov və Bekzadyanla təmsil olunduqları bu konfransda aparılan müzakirələrin başlıca cəhətləri aşağıdakı şəkildə ümumiləşdirilə bilər:

  1. Azərbaycan tərəfi (F.Xoyski və M.N.Hacınski) 23 noyabr sazişinə uyğun olaraq ərazi-sərhəd mübahisələrinin həllini konfransın əsas vəzifəsi kimi dəyərləndirdi. Buna görə də onlar öncə ərazi problemlərinin müzakirəsinə başlamağı təklif etdi. Erməni tərəfi (Arutunyants və Bekzadyan) isə ərazi məsələlərinin qəti həlli üçün lazımi şəraitin və vaxtın hələ yetişməməsini bəhanə gətirdi, qaçqınlar və müvəqqəti demarkasiya sərhədlərinin müəyyənləşdirilməsi məsələlərinin araşdırılmasında israr etdilər. Belə olduqda F. Xoyski müvəqqəti sərhədlər-demarkasiya xəttinin heç nə verməyəcəyi qənaətinə gəldi və 2 noyabr diplomatik aktını “Status quo” kimi götürərək ərazi-sərhəd məsələlərinin qəti həllini yubatmamağı lazım bildi.
  2. Ərazi məsələsi ilə bağlı aparılacaq müzakirələrdə bəzi məqamların bəri başdan açıqlanması və dəqiqləşdirilməsi zərurətinə dair mövqelər üzə çıxdı:
  • bu problemə dair bütün aspektlərin və hətta məruzəçilərin təyin edilməsi, sərhədlərin niyə məhz müvəqqəti olaraq müəyyənləşdirilməsinin səbəblərinin aşkarlanması (F. Xoyski);
  • tərəflərin hazırlıqsızlığına görə məsələnin müzakirəsinin ümumiyyətlə təxirə salınması (Arutunyants);
  • dərhal müzakirələrə başlanılması (Bekzadyan);
  • erməni tərəfinin bu məsələ ilə bağlı mövqeyi tamamilə aydın olmadığından ona aid baxışların açıqlanması (Vəkilov). 
  1. Sonrakı fikir mübadilələri nəticəsində Azərbaycan diplomatiyası ərazi məsələlərinin bütövlükdə müzakirəyə çıxarılması və indiki şəraitdə yalnız demarkasiya xəttinin müəyyənləşdirilməsi səviyyəsində həlli qənaətinə gəldi. Bu qənaət bir sıra amillərin diqtəsindən doğmuşdu: 
  • erməni təmsilçilərinin uzlaşmayan mövqeləri;
  • onların tam açıqlanmayan niyyətləri;
  • problemin ifrat mürəkkəbliyi;
  • hökumətlərin kəskin fərqli yanaşmaları;
  • hazırkı şəraitdə sərhədlərin qəti ayrılmasının verə biləcəyi mənfi nəticələr. 
  1. Müzakirələrin sonuna yaxın 23 noyabr sazişi ilə bağlı kəskin mübahisələr oldu. Arutunyants sazişin demarkasiya xətti və ya “modus vivende”ni müəyyənləşdirdiyini, bu aktın konfrans tərəfindən yenidən təsdiqlənə biləcəyini deyərək Tiflisdə davam etdirilməsini istədi. Azərbaycan diplomatları erməni tərəfinin 23 noyabr sazişini mürəkkəbi qurumamış pozduğunu xatırladaraq (M.N. Hacınski) konfransın onu yenidən təsdiqləmək səlahiyətində olmadığını bildirdilər (F. Xoyski). 
  2. Konfransın ikinci plenar iclasında:
  3. a) respublikalar arasındakı hərbi əməliyyatların dayandırılması;
  4. b) bütün mübahisəli problemlərin danışıqlar yolu ilə həllinə dair mövqelərin də tam açıqlanması təklifləri (Arqutinski və Dolqorukov) səsləndi. 

Ümumiyyətlə, konfrans iki dövlət arasındakı münasibətlərə heç bir aydınlıq gətirmədi və ərazi-sərhəd mübahisələrinin həllində əməli dəyişikliyə nail ola bilmədi.

http://anl.az/el/q/qarabag_1/q-24.htm

Обсуждение закрыто.