ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 14 DEKABR 1988

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 14 DEKABR 1988

14 DEKABR 1988. Səhər-səhər poçta gedib Şəhla Mümtazzadənin adından Elmira Qafarovanın (Nazirlər Sovetisədrinin müavini) və Anarın adına yazdığım ərizələri və anama yazdığım məktubu poçta salıbqayıdanda şair Məmməd Aslanla görüşdüm. Zəlzələ ilə bağlı şerini oxudu. Sonu təxminən beləidi ki, adam Allahın varlığına inanmalıdır.Sonra dedi ki, Kirovakanda çox yer dağılıb, ortada ada kimi yerdə bir məscid sağ-salamatqalıb, onu da paxıllıqdan dağıdıblar.Sonra dedi ki, Ermənistandakı bütün məscidlərin qapısını açıb ora donuzları buraxıblar,qəsdən murdarlayıblar. (Başqa birisindən isə eşitdim ki, itin boynuna Quranı bağlayıb şəhərəburaxıblar).Sonra dedi ki, Leninakan və Kirovakanda dağılmış binaların zirzəmilərindən çoxlu xaricisilahlar tapılır və bu şəhərlərə adam buraxılmaması (axşam Rıjkov dedi ki, bu, şəhərlərdəadamın çoxluğu, iş görməyə mane olması ilə bağlıdır) həm də buna görədir.Sonra dedi ki, zəlzələ yanvar ayınadək Allahın ermənilərə göndərəcə-yi üç bəlanın birincisidir.İkisi hansıdırsa demədi.Səhər-səhər qəzetlərə baxdım. “İzvestiya” yazır ki, dekabrın 10-unda Yerevanda 100-dən 300-ədək adam (bu vaxt Qorbaçov burada idi) küçəyə çıxıb Azərbaycandan gələn köməyi qəbuletməməyə çağırıb. Həmin 15 nəfər, o sıradan “Qarabağ” komitəsinin 6 üzvü “tutulub saxlanılıb”

 
  
(“zaderjano”). Ayın 11-ində bir dəstə tutulanları azad etməyə çalışıb, əsgərlərlə toqquşma olub,12 əsgər yaralanıb. (Deməli, Qorbaçov gələn gün nümayiş olması, ona hörmətsizlik göstərilməsiyalan söz deyilmiş).“İzvestiya” eləcə də I səhifədə Vazgenin Leninakandakı böyük portre-tini də dərc edib.“Krasnaya zvezda”da “Araqarışdıranlar” adlı çox yaxşı yazı verilib. “Qarabağ”ın başçılarınıxalqı Azərbaycana qarşı qaldırmalarından, “İzvestiya” yazan nümayişlərdən çox geniş söz açıb.Bu qəzet Leninakanda ölüləri soyanları əsgərlərin tutmasını göstərən fotonu (beş nəfərölüsoyan üzü divara söykənib, əllərini qaldı-rıb) da dərc edib, həm də Bakıdan gedib qəzayauğrayan İl-76 təyyarəsinin ekipajı haqqında yazı verib.Ölənlərdən belə yazıb: “69 voennoslujahix odnoy iz mestnıx çastey qrajdanskoy oboronı”3.Deyəsən, onların “sbor”a gedənlər olması həqiqətdir. (Yoldaşlar xəbər verdilər ki, ölənləriniçində 4 nəfər azərbaycanlı, yerdə qalanları isə ermənidir).4“Pravda”da “Humanite” qəzetindən götürülmüş belə bir sitat var ki, ermənilərin bu millətçiçıxışları Sov. İKP rəhbərliyinə və şəxsən M.S.Qorbaçova qarşı yönəldilib. Qorbaçovun, dünən isəRıjkovun qəzəbli çıxışları və bu gündən mətbuatın erməni millətçilərini kəskin tənqid etməyəbaşlaması da bunu göstərir.Axşam Qorxmaz Məmmədov dedi ki, nümayiş dağıdılandan iki gün sonra l.Şmidt adınazavodun yataqxanasını gecə saat 3-də əsgərlər mühasirəyə alıb, eyni vaxtda 8 qapını açıbNeməti və 8 yoldaşını tutublar.Gecə “Zaman”da N.Rıjkovun Vazgenin iqamətgahına gedib onunla söhbət etməsi göstərildi.Rıjkov şikayətləndi ki, bəzi adamlar vəziyyəti gərginləşdirməyə çalışır, şayiələr yayır, millətləribir-birinin üstünə qızışdırırlar. Sözsüz ki, Vazgenin özünə qarşı yönəlmiş bu sözlərə onun verdiyicavab kəsilmişdi. Ancaq o qabaqcadan ermənicə danışır, tərcüməçi isə ruscaya çevirirdi.(Əslində Vazgen rusca yaxşı bilir).Sonra Yerevanın komendantı general-leytenant A.Makaşov danışdı. Onu təzə qoyublar.Deyilənə görə, Samsonov (köhnə komendant) yəhudi, arvadı erməni imiş; o, azərbaycanlılaraqarşı ermənilərin törətdiyi cinayətlərə rəvac verdiyi üçün Bakının komendantı Tyaqunovun əli ilə(?) işdən götürülüb və ola bilsin ki, işi tribunala da veriləcək (?!). Belə ki, Ermənistanın Quqarkrayonunda 29 ¹-li tankdan azərbaycanlılara atəş açılıb və bir neçə adam öldürülüb. Qubadlınınkəndlərinə hücum edib evləri yandıran ermənilərin də qarşısında tank gəlirmiş (azərbaycanlılarhücum etsə onlara “cavab vermək” üçün), ancaq ona ehtiyac olmadığı üçün heç bir “işgörməyib” geri dönüb, bununla ermənilərə quldurluq üçün şərait yaradıb.Həm də Tyaqunovun Ermənistana göndərdiyi əsgərlər və yurdundan xəbər bilmək istəyənazərbaycanlılar Ermənistanda təyyarədən yerə düşən kimi onları 500-ə yaxın əsgər qarşılayıbvə geri qayıtmaq üçün on dəqiqə vaxt veriblər, əks təqdirdə təyyarəni partladacaqlarınıdeyiblər, buna hazırlaşmağa da başlayıblar. Kor-peşman qayıdanlar Tyaqunova vəziyyətideyiblər, o da Samsonovla əlaqə saxlayıb, ancaq o deyib ki, bizdə belə fakt qeydə alınmayıb.Görünür, sonrakı vəziyyət Tyaqunova bəlli olub.Təəssüf ki, deyilənlərdən nəyin doğru, nəyin yalan olduğunu dəqiqləş-dirməyim imkansızdır.

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.