
14 DEKABR 1988. Səhər-səhər poçta gedib Şəhla Mümtazzadənin adından Elmira Qafarovanın (Nazirlər Sovetisədrinin müavini) və Anarın adına yazdığım ərizələri və anama yazdığım məktubu poçta salıbqayıdanda şair Məmməd Aslanla görüşdüm. Zəlzələ ilə bağlı şerini oxudu. Sonu təxminən beləidi ki, adam Allahın varlığına inanmalıdır.Sonra dedi ki, Kirovakanda çox yer dağılıb, ortada ada kimi yerdə bir məscid sağ-salamatqalıb, onu da paxıllıqdan dağıdıblar.Sonra dedi ki, Ermənistandakı bütün məscidlərin qapısını açıb ora donuzları buraxıblar,qəsdən murdarlayıblar. (Başqa birisindən isə eşitdim ki, itin boynuna Quranı bağlayıb şəhərəburaxıblar).Sonra dedi ki, Leninakan və Kirovakanda dağılmış binaların zirzəmilərindən çoxlu xaricisilahlar tapılır və bu şəhərlərə adam buraxılmaması (axşam Rıjkov dedi ki, bu, şəhərlərdəadamın çoxluğu, iş görməyə mane olması ilə bağlıdır) həm də buna görədir.Sonra dedi ki, zəlzələ yanvar ayınadək Allahın ermənilərə göndərəcə-yi üç bəlanın birincisidir.İkisi hansıdırsa demədi.Səhər-səhər qəzetlərə baxdım. “İzvestiya” yazır ki, dekabrın 10-unda Yerevanda 100-dən 300-ədək adam (bu vaxt Qorbaçov burada idi) küçəyə çıxıb Azərbaycandan gələn köməyi qəbuletməməyə çağırıb. Həmin 15 nəfər, o sıradan “Qarabağ” komitəsinin 6 üzvü “tutulub saxlanılıb”
Для отправки комментария необходимо войти на сайт.