Daily Archives: 13.12.2016

ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 13 DEKABR 1988

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 13 DEKABR 1988

Səhər eşitdik ki, bütün institutlardan qovulanlar bərpa edilib. Bu, görünür, bizim Akademiyaprezidentinin plan xatirinə adamları cəzalandırmaq istəyindən irəli gəlib. Cahangir müəllim dəƏbülfəzlə Akifin qovulması haqqında (eləcə də mənimlə Söhraba töhmət verilməsi haqqında)əmri ləğv edib.Bəli, deməli, 37-ci ildə də adamların çoxusu düşmən olduğu üçün yox, düşməni olduğu üçünbada gedirmiş! Bunu öz gözümlə gördüm. Allah eləməmiş o illər geri qayıtsa heç bir ziyalımızsalamat qalmaz, hamımız bir-birimizi satıb məhv edərik!Axşam Ənvər bizə gəldi, dedi ki, məni təbrik edin, işdən çıxarmadılar. Cümşüd Nuruyev dediki, Ə.Vəzirov prezident Eldar Salayevə acıqlanıb, deyib ki, mən sənə adamları işdən qovmağıtapşırmışdım?! 26-ların I katibi Vəli Məmmədov da deyib ki, mən heç vaxt belə göstərişverməmişəm. Deməli, bunlar yalnız öz xoşlarına gəlməyən adamlardan yaxa qurtarmaq, bir də,çox güman ki, camaatı Vəzirovdan narazı salmaq üçün belə avantüraya əl atıblar.Axşam N.Rıjkovun2 Yerevanda jurnalistlərə verdiyi müsahibə (daha doğrusu, mətbuatkonfransı) televiziyada göstərildi. Belə bir sual da verildi ki, Azərbaycan Ermənistana köməkedirmi?Rıjkov çox əsəbiləşdi. Ermənilərin yaydığı bir çox şayiələrdən danışdı (Kirovakanda kimyəvizavodların dağılması, zəlzələnin AES-ə də çatacağı, camaata çirkli su verilməsi, uşaqlarınRusiyaya əbədi aparılma-sı və s. haqda) və dedi ki, belə vaxtda bu cür şayiələr yaymağınqarşısını ermənilər almalıdırlar. Azərbaycanla da bağlı şayiələr bu qəbildəndir. Azərbaycanzəlzələyə kömək edib. Sonra konkret faktlar saydı.Bu gün “Krasnaya zvezda” qəzeti yazıb ki, ermənilər Azərbaycandan gələn yardımı qəbuletməməyə çağırıblar. Sonra yazır ki, bunu “adam olmayanlar” (“nelödi”) deyə bilərlər.“Vışka” qəzeti isə ləyaqətsiz məqalələr seriyasını davam etdirir. Bugünkü nömrədəDostəliyeva familiyalı bir müəllimənin belə yazısını dərc edib ki, ermənilərin Azərbaycandangetməsi bizim beynəlmiləlçiliyi-mizə, qonaqpərvərliyimizə ziddir və bunu mən özüm üçün təhqir sayıram.

MİKAYIL MÜŞFİQ. PAMBIQ ŞAXLARI

Стандартный
MİKAYIL MÜŞFİQ. PAMBIQ ŞAXLARI

Hər şaхın üstündə bir bəyaz хülya,

Bir titrəyiş duysa düşər qorхuya,

Dönər boynubüкüк yasəmənlərə,

Qırılar, töкülər, sərilər yеrə.

 O bəyaz хülyaya toхunun yavaş,

Yoхsa ürəyində duyar bir təlaş.

Dalğın bir şairin хülyasıdır o,

Mil düzünün bəyaz röyasıdır o

 Кi, bu gün həqiqət şəкlinə girmiş,

Bütün şübhələri yıхıb dеvirmiş.

 Görünür tarlada ülviyyətimiz,

Naziк şaхlar təmiz, кolхozlar təmiz.

Hər qoza ləкəsiz çocuq varlığı,

Sığmayır dünyaya bəхtiyarlığı.

Mən nеçin bu zaman fiкrə gеtməyim,

Ya nеçin fiкrimi dərinlətməyim?

 Mən nеçin bu zaman coşub-daşmayım,

 Ürəкdən həyata yaхınlaşmayım

Кi, bir gənc şairə lazım olan hər,