ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 12 DEKABR 1988

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 12 DEKABR 1988

12 DEKABR 1988

Səhər işə gələndə DTK-nın köhnə işçisi, istefada olan polkovnik Mustafa Mustafayev dedi ki,köhnə yoldaşlarımdan eşitmişəm ki, Leninakanda mövcud olan hərbi silahların 40 %-i zəlzələvaxtı yoxa çıxıb. (Burada Türkiyəyə qarşı güclü qüvvə yığılıbmış). Ancaq Mustafa müəllim “yoxaçıxmağı”n nədən ibarət olduğunu açıq demədi.Dünən və bu gün “Zaman” az qala başdan-başa Ermənistandakı zəlzələ-dən, ora gələn köməkhaqqında məlumatlardan ibarət oldu. Eşitdik ki, yataqxanamızdakı Aləmi işə bərpa ediblər (o danümayişlərdə çox iştirak edib)

Обсуждение закрыто.