Daily Archives: 11.12.2016

ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 11 DEKABR 1988

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 11 DEKABR 1988

 Rayonlararası avtobus işləmədiyi üçün Bakıya getmək çox çətinləşib. Gecə QutqaşendəNəriman əmimgildə qalıb səhər Bakı tədarükü gördüm. Səhər-səhər televiziyada bir az“Dalğa”ya baxdım. SSRİ xalq artisti Arif Məlikov danışdı, Moskvada deputatlarımızın Qorbaçovlagörüşü üzərində dayandı. (Burada o, Qorbaçova deyib ki, bu hadisənin günahı səndədir). Təmkinli olmağa çağırdı. Çox ağıllı bir cümlə işlətdi ki, artıq qardaşlıqdan danışmağa dəyməz,dostluq yaratmağa çalışmalıyıq…Ağdaşa gəlib oradan bir “Jiquli”yə oturdum. 20 manata danışdıq. (Həmişə Ağdaşdan Bakıya 15manat alırdılar).Dörd yerdə qabağımızı kəsib pasportlarımıza baxdılar (birincisi Ağsu aşırımında, ikincisiŞamaxıda, üçüncüsü Müşfiq qəsəbəsində, dördüncüsü Xırdalanda). Bakı qeydiyyatında olmayanadamları və maşınları şəhərə buraxmırlar (şəhər “cinayətkar ünsürlər” çoxalmasın deyə!).Sürücümüz danışırdı ki, bir nəfər Qutqaşendən xəstə anasını müalicə üçün gətirib, onu dəburaxmayıb geri qaytarıblar.Hər postu keçdikdə doğma torpağımda, öz respublikamda özümü qonaq sayırdım. Mən qonaq,əliavtomatlı, yanıtanklı əsgər isə yurdumun ağası idi!.. (Hələ Allah betərindən saxlasın).Gecə “Zaman”da Qorbaçovun Ermənistandakı görüşlərini verdilər. Gündüz eşitmişdim ki, onuburada çox pis qarşılayıblar, “Qarabağ!”, “Qarabağ!” qışqırıblar, hətta üstünə daş da atıblar,ona görə dünən lent yox, fotolar göstərilib. İndi isə lentə baxdıq. Əhali ilə görüşdə bir erməniondan soruşurdu ki, alimlər niyə bizə zəlzələni qabaqcadan deməyiblər? Başqa birisişikayətlənirdi ki, köməyə gələnlər işləmirlər, danışırlar.Sonra Qorbaçov mərkəzi televiziya və Ermənistan televiziyası üçün müsahibə verdi. Arvadı iləyanaşı durmuşdu, hər ikisi, hətta onların arxasında dayanan N.Rıjkov da çox qanıqara idilər. Sonsual Qarabağa aid idi. Qorbaçov həddən artıq əsəbiləşdi, dedi ki, bunlar necə adamdır,bilmirəm. Xalqın bu vəziyyətində də “Qarabağ!” deyirlər. (Onun müsahibəsini “Pravda” çapedib).Bu gün Leninakanda qəzaya uğrayan təyyarə haqqında məlumat verildi. Bakıdan uçubmuş: 9nəfər ekipaj üzvü, 70 nəfər sərnişin həlak olublar. Deyilənə görə, Ermənistana kömək üçünBakıdan hərbi komissarlıqlar tərəfindən təcili “sbor”la yığılan adamlarmış.Onu da eşitdik ki, ermənilər Azərbaycandan gələn tibb işçilərini və dərmanları geri qaytarıblar,bizə qarşı nifrətlə çıxış ediblər.Onu da eşitdik ki, yataqxanamızda qalan, nümayişin təşəbbüsçüsü və 2 günün aparıcısı ƏnvərƏliyevi işdən (Coğrafiya İnstitutundan) çıxarıblar.

11 DEKABRDA HƏLAK OLANLAR: MASALLILI MİLLİ QƏHRƏMAN ELŞAD ƏHƏDOV

Стандартный

elsad-%c9%99h%c9%99dov

Elşad Əhədov — Azərbaycanın Milli QəhrəmanıQarabağ müharibəsi şəhidi.

4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. Orta məktəbi burada oxumuş, Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur. Sonra Ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olmuşdur. 1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilir. Read the rest of this entry

«YANERƏM, A DAĞLAR..» 11 DEKABR — BEYNƏLXALQ DAĞLAR GÜNÜ

Стандартный

DAĞLAR.jpg

Dağlar Günü — beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbir.

BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır.

BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq «Dağlar Günü» kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır.

«Dağlar Günü» hər il bir başlıq altında qeyd olunur. 2007-2008-ci illərdə keçirilən dağlar günü dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyinə həsr olunmuşdur.

2009-cu il dekabrın 11-i «Dağlar fəlakət təhlükəsinin idarəedilməsi» adlandırılmışdır. Dağlarda kənd təsərrüfatı üçün yararlı otlaqların mövcudluğu və təbii fəlakət təhlükələrinin olması burada insan fəaliyyətinin tənzimlənməsini tələb edir. Təbii ki, bunu həyata keçirmək üçün milli səviyyədə müvafiq inkişaf strategiyası hazırlanmalıdır və ona əsasən mərhələlər üzrə tədbirlər planı tərtib olunmalıdır. Read the rest of this entry