ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 10 DEKABR 1988

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 10 DEKABR 1988

10 DEKABR 1988

 Bu gecə televiziyada “Aktual müsahibə” verildi. Ələkbər Abbasovun apardığı verilişdə Bakınınkomendantı M.A.Tyaqunov, BK-nın katibi Svetlana Qasımova, NS sədrinin müavini A.T.Rasizadə,respublika daxili işlər nazirinin müavini, Bakı şəhər DİŞ rəisi Fətulla Hüseynov, xalq maarif naziriMüslüm Məmmədov, Moskvadan gələn bir hüquq işçisi iştirak edirdilər.Tyaqunovun sifəti məndə ikrah hissi oyatdı. Sanki cəllada bənzəyirdi. Özünü məclisin əsl ağasıkimi aparır, gözlərini süzdürə-süzdürə danışırdı. Dedi ki, bizim qoşunlar Bakıya zərurət üzündəngəlib, sovet adamlarının hüququnu, ləyaqətini qorumaq məqsədi güdür. (Aydındır ki, onuMoskvadan ermənilər göndərib və “sovet adamları” dedikdə yalnız ermənilər nəzərdə tutulur).S.Qasımova dedi ki, biz qoşunların Bakıya gəlməsinə çox şadıq.Sonra dedi ki, Bakıda nümayiş günləri heç bir hadisə baş verməyib, çünki partiya və sovetişçiləri həmişə xalqın içində olub (maşallah!).Tyaqunova nümayişlə bağlı tələblərin ali məktəblərdən, fəhlələrin işdən qovulması faktı iləbağlı sual veriləndə dedi ki, bizdə heç bir hakimiyyət yoxdur (?!), biz hadisəni aşkar edirik,cəzanı isə sizin nazirlər (DİN, XMN) verirlər. Bəli, burada ilanın Seyid Əhməd əli ilə tutulmasınınmexanizmi üzə çıxır! Deməli, Tyaqunov yaxşı adammış; o, nümayişçiləri döydürməkdən başqaheç nə etməyib, ancaq tələbələri, alimləri, fəhlələri işdən, məktəbdən qovan isə “əclaf”“Mamed”in özüdür! Rusun illər boyu yeritdiyi siyasət!

 

(Öz aramızdır, əslində Ermənistandan azərbaycanlıların təmizlənməsi elə rusun işidir — Türkiyəilə qonşuluqda, lap sərhədin üstündə bu qədər azərbaycanlının olması onu da xeyli narahatedirdi. Yoxsa rus kor idimi ki, 10 ay boyunca bizimkilərin köçürülməsini, onların başına açılanmüsibətləri görmürdü?!).Bəli, Tyaqunov bakıdakı erməniləri çox yaxşı qorudu. O, zəlzələdən sonra Bakıda yaşayanermənilərə müraciət edib xahiş etdi ki, Ermənistan-da baş qarışıqdır, buradan getməyin. Bumüraciət öz təsirini göstərdi — erməni axını az qala dayandı.Ona bu televiziya verilişində sual oldu ki, qadağan saatı nə vaxt götürüləcək? Dedi ki, bizəehtiyac qalmayanda -əgər sabah sakitlik olsa, sabah gedəcəyik. Bu sözdən başa düşmək olardıki, əgər ermənilərin tam sakitliyi, təhlükəsizliyi təmin edilsə bizə ehtiyac qalmayacaq. (Ancaqağlım kəsmir ki, SSRİ Dövlət Təhlükəsizliyi Komitəs vəziyyəti bu tezliklə təhlükəsiz saysın).Ayın 10-u bütün SSRİ-də matəm günü elan edilib. Matəmi mən Qutqaşendə dostlarımla -muzeyin direktoru Xalis Məmmədov və qabaqcıl müəllim Həmzət Həmzəyevlə birgə qeyd etdim.Onlar Qutqaşenə 12 avqustda gətirilən ermənistanlı azərbaycanlıların faciəli vəziyyətlərindən dədanışdılar.“Zaman”da Qorbaçovun Yerevandakı görüşlərindən söz açıldı. Ancaq kinolentləri yox, fotolarıgöstərdilər. Çox təəccüblü iş idi!Söz var ki, Ermənistanda Azərbaycandan gələn həkimləri, qanı və ərzağı qaytarıb, yalnıztikinti materiallarını, maşınları və nefti götürüblər, xəstələrini də bizim respublikaya buraxmırlar.Qorxurlar ki, onları zəhərləyərik, xəstələrini öldürərik. Adamın ürəyində nə qədər çirkabolarmış!!

 

Обсуждение закрыто.