Zümrüd Qulam qızı Axundova — İlk azərbaycanlı qadın alim, pedoqoq, tanınmış ziyalı.
Zümrüd Axundova 1912-ci il martın 1-də Şəkidə anadan olub. Orta təhsilini Bakı Pedaqoji texnikumunda alıb (1927-ci ildə bitirib). Həmin ildən dərs deməyə başlayıb : 15(!) yaşından 5 saylı məktəbdə müəllimlik edib. 1929- cu ildə Xalq Maarif Komitəsi tərəfindən nümunəvi komsomol məktəbinə keçirilib. Eyni zamanda Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda oxuyub. 1931–ci ildə İnstitutu bitirib, aspiranturaya qəbul olunub. 1934-cü ildə aspirant kimi təhsilini Moskvada Ali Kommunist Maarifi İnstitutunda davam etdirib. Orada akademik Y.N. Medınskinin rəhbərliyi ilə 1 il çalışdıqdan sonra aspiranturanı bitirib. Bakının müxtəlif ali məktəbləri – Azərbaycan Pedaqoji İnstitutu, Xarici Dillər İnstitutu, Azərbaycan Dövlət Universitetində də pedoqoji fəaliyyətlə məşqul olub. Read the rest of this entry
Для отправки комментария необходимо войти на сайт.