ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 5 DEKABR 1988

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 5 DEKABR 1988

05 DEKABR 1988

Səhər, çoxlu yaralanan. Sonrasından xəbərimiz yoxdur. Qaçanları da əsgərlər döyürdülər.Hamını mühasirəyə salıb, ad-familiyasını yazıb avtobuslara doldururdular və qabaqda avtomobilmüfəttişliyi işçiləri, arxasınca biz getdik. Bizim avtobusun camaatı 26-lar bağının yanına çatandadayanmağı tələb etdi. Bizə baxıb başqaları da dayandı. Nemət də sonadək qaldı, onu aradançıxardılar. (16əsgər basıblarmış meydana).Üç tank gəldi (Şərifzadə küçəsində), yolu açdı, tələbələrə dağılma-ğı əmr etdi. Ancaq bizimyataqxananın uşaqları bu tərəfdə, tələbələr isə qarşımızdakı bağçada dayanıb gələn maşınlarıgeri qaytarırdılar.Mən vəziyyəti öyrənmək üçün ADU yataqxanalarının arası ilə — pilləkənlərlə üzüaşağı düşdüm.Universitetin qabağında tələbələr toplaşmışdılar, içəri girmirdilər. Akademiyanın yanındanötəndə gördüm ki, İnşaat İnstitutunun tələbələri Akademiyanın yanına gəlirlər. Politexnikİnstitutun tələbələri də dərsə girmirdilər.“Elmlər Akademiyası” metrosunun qarşısında da çoxlu adam toplaş-mışdı. İctimai nəqliyyatişləmir.Şəhərdə vəziyyəti daha yaxşı bilmək üçün metroya minib “Bakı soveti” stansiyasına çıxdım.Metronun qabağında böyük bir dəstə adam durmuşdu. Gənclər çox həyəcanlı idi. İnstitutumuzagedərkən gördüm EA-nın qabağından “tətil!” səsi gəldi. Yeyinlədim, gördüm ki, Xalq Təsərrüfatı İnstitutunun tələbələri Kommunist küçəsi ilə üzü Baksovetə gəlirlər.Saat 10-un yarısında onlar Mərkəzi Komitəyə doğru gəldilər. Filarmoniyanın tinində tanklar və 8sıra əsgər yolu kəsmişdi. Camaat da tələbələrə qoşuldu. 2-3 min adam olardı. 132 No-liməktəbin şagirdləri pəmcərələrdən qaçıb gəlirdilər.Saat 10-da Kommunist (İstiqal) küçasi ilə geri qayıtmağa başladılar. Başçı yox idi. DüzdürHatəminin silahdaşlarından həmişə döşündə yaşıl parça, üstündə aypara emblemi gəzdirən şair(Eldar İbrəhim) gedirdi, ancaq “Baksovet”in qarşısına çatanda nizamsızlıq yarandı.10.15. Düz “Baksovet” metrosunun qarşısındakı küçadən təxminən 10 min nəfərlik izdihamgəldi. (XTİ-nun tələbələrinə demişdilər ki, dayanıb onları gözləyin; uzaqdan gələndəgörmüşdülər). “Matəm” qışqırırdılar.10.20. Hər iki dəstə Kommunist küçəsində qovuşdu.10.25. Kommunist küçəsindən Hüsü Hacıyevə dönəndə gördüm ki, camaatın bir ucu Füzulimeydanındadır. Mərkəzi univermağın yanından ötəndə gördük ki, sağda, Nizami meydanında daadam toplaşıb. Daxili İşlər Nazirliyinin qabağından keçəndə içəri hücum etmək istədilər,cavanlar özləri qabaqlarını kəsdi.Artıq satqınlıq və xəyanətlərdən cana doymuş xalqın gözü qızmışdı. Başçı da yox. İntizamsızkütlənin əsgər əlində, tanklar altında məhv ola biləcəyini düşünəndə adamın qanı donur.Halım yenə pisdir. Allahdan onu arzulayıram ki, vəziyyətim camaatla sonadək gedə bilməyəimkan versin.Camaat küçələrlə getdikcə mağazaların bağlanmasını tələb edir, qıraqdan baxanların xalqaqoşulmasını tələb edir.Söhbətdən: Lenin meydanında əsgərlər camaatı döyə-döyə deyirmiş-lər: “Beyte sobak!” (yəni“itləri döyün!”).10.35. Füzuli heykəlinin qarşısına çatanda gördük ki, camaat Ş.Qurbanov küçəsi boyunca azadqadın heykəlinə doğru axışır. Haraya gedir, bilən çox azdır (ümumiyyətlə, bilən varmı?!). Biradam da yoxdur ki, söz soruşasan… Yol qırağında yaşlı qadınları neçə yerdə ağlaşan gördüm.10.40. “Nizami” metrosu tərəfdən tankları qabağa verdilər. Bir rus zabiti tankın üstünə çıxıbtapançadan atəş açdı göyə. Camaat ora axışdı! Heykəlin çevrəsi büsbütün dolmuşdu. H.Hacıyevvə Ş.Qurbanov küçəsindən gələn izdihamın sonu görünmür. Tikinti Sənayesi Nazirliyi binasınınhər iki tərəfindəki küçə ilə yuxarı axışma başladı, çünki tanklar qorxudan çəkilib getdi. Böyükməktəbin (¹-sini bilmirəm) boyaboy şüşəbəndi şagird-lərlə dolu idi.Qubanov küçəsindəyik. İzdihamın qabaqdan da, arxadan da ucu görün-mür.Qapılar ağzında duranların çoxu qadındır və çoxu da ağlayır. Bir izdiham isə bizimlə paralel -C.Cabbarlı küçəsi ilə gedir.Bir oğlanın hər iki əlində daş vardı. 35-40 yaşlı bu adama dedim ki, daşları at. Mənə hirsləndi ki,gecə qardaşım ölüb. Mənim yerimə sən olsan tüfəng götürərsən. Sonra məni “satqın”adlandırdı.

 

A.A.Bakıxanov küçəsində — körpünün yanında hər iki küçədən gələnlər birləşdi. Camaatınməqsədini anladım — dinc matəm yürüşü keçirmək. Ermənilərlə heç kəsin işi olmadan, zavodlaragedib işi dayandıraraq yürüş etməli, kütləvi tətil yaratmalı.Camaatın içində “Xutora!”, “Ermənikəndə!” kimi çağırışlar da eşidilir. Ancaq gənclər özlərionların cavabını verir.Söhbətdən: Nemətlə Hatəmini “təcili yardım” maşınında aradan çıxarıblar. Başqa birisi: Nemətisəhər tutublar.11.10. Volodarski adına tikiş fabrikinin qarşısına yığışb fəhlələri tətilə çağırırlar. Fəhlələrcamaata qoşuldu.APİ-nin korpusundan tələbələri çıxardılar.Qadın şahid: 5-ə 15-dəqəgə işləmiş meydanda camaatın üzünə qaz buraxdılar və dəyənəklədöydülər. Bir qadının qucağındakı uşağın başına dəyənək vurub öldürdülər. Kimin adamı evəgəlməyibsə ya meyitxanadadır, ya da Bayılda dustaqdır.11.20. L.Şmidt küçəsindən üzüaşağı düşərkən 15 dildə yazılmış “Yaşasın SSRİ xalqlarınınqardaşlıq dostluğu!” lövhələri və bayraqları içərisindən ermənicə yazını və Ermənistan bayrağınıqoparıb atdılar.11.30. L.Şmidt küçəsində (Kamonun tini) atışma başlandı. Deyəsən, boş patron atırdılar. Operastudiyasının yanında bir qadının həyəcandan ürəyi keçdi. Qızlar ağlaşmağa başladılarqorxularından. Camaatın qabağını tanklarla kəsmişdilər. Rus əsgərləri göyə minlərcə güllə atdı.Sanki müharibə gedirdi.11.35. Bir ağaca qara ləçək bağlayıb baş üstə qaldırdılar. Camaat küçəni kəsmiş tank cərgəsininüstündən adlayıb keçdi! Küçə tüstü və barıt iyi ilə dolub. Tanklar ortadan çəkilməyə məcburoldular! “Tətil!” səsləri göyə ucaldı. Xalq tanklardan güclü çıxdı!11.40. L.Şmidt küçəsində Konservatoriyanın yanından keçəndə üstümüzdən vertolyot uçdu. Yəqin ki, izdiham haqqında məlumat toplayır. Bir dövrə vurandan sonra camaatın axınınınistiqaməti ilə üzüaşağı, dənizə tərəf uçdu.11.45. 28 aprel tinində tanklar yenə yolu kəsmişlər. Camaat 28 aprellə “Bakı” mehmanxanasınadoğru axışdı.15-61 AQS nömrəli “QAZ-51” yolu kəsmişdi. Çevrilib düzünə dayandı.Qoca kişi: Sürünməkdən ölmək yaxşıdır. 500 nəfərdən artıq adam tutulub. İşə çıxmayaq.Otumuz boldur. Ot otlayacağıq!Lenin prospektinin tinində dünəndən qalma tankların yanından keçib Lenin meydanına getməkistəyən bəzi gənclərə qışqırıb dedilər ki, tüpürək onun meydanına! Bizə daha belə qanlı meydanlazım deyil!Camaat əsl matəm içində gedir. İzdihamın nə dalını, nə qabağını görə bilirəm. Şüar qışqıranlarda yoxdur.Maşınlar yol boyu səkinin qırağında dayanıb. Heç birinin içində sürücü yoxdur, onları da düşürübcamaata qoşurlar.11.58. Aerokassanın qarşısından keçəndə gördük ki, Yerevana getmək istəyənlərin qarşısındaəsgərlər bir cərgə düzülüb onları qoruyurlar.84-86 DE nömrəli maşın (üstü brezentli) içəri girmək istədi, qoymadılar.Aerokassanın qabağında duran ermənilərə xorla “oğraş”, “Vazgen”, “Armyane uyezjayte” və s.deyirdilər. Əsgərlərin avtomatlarına süngülər də keçirilmişdi. Binanın 2-ci mərtəbəsində(boyaboy balkonda) 2 əliavtomatlı əsgər durub hər hansı hücuma qarşı hazır dayanmışdı.12.08. 28 aprel küçəsində körpünün altından keçib vaqon təmiri zavodunun yanından ötəndəfəhlələri tətilə çağırmaq istədilər. Dəmir darvazaları bərk bağlanmışdı. İçəridə əsgərlər vardı.Heç kəsi bayıra çıxarmaq olmadı. Uşaqlar zavodun pəncərələrinin şüşələrini qırmağa başladılar.12.17. Gəldiyimiz Barinov küçəsində Lenin adına maşınqayırma zavodunun fəhlələrini işəçıxmağa çağırdılar. Darvazaları bağlamış-dılar.12.20. Şaumyanın heykəlinin yanından keçəndə gördük ki, heykəli uçurmaq istəyirlər, ancaqqoymurlar. Heykəlin yan-yörəsindəki bütün mərməri dağıtmışlar.12.25. Şaumyan xəstəxanasının (indi M.Əfəndiyev) qarşısından üzüaşağı çoxlu (20-dən artıq)tank və hərbi yük maşını keçdi.

 

Bir “Zaporojets” maşınının sürücüsü (azərbaycanlı) yerə düşüb bir oğlanın üstünə cumdu ki,niyə məni getməyə qoymursunuz? Tökülüşüb özünü döydülər, maşınını da əzib xəmirədöndərdilər.Bu küçədə zavod və fabriklər çoxdur. Mən onların hamısının adını yazmayacağam. Hamısınınqapısı bağlı idi. Hamısına da gənclər gedib fəhlələri camaata qoşulmağa çağırırdılar. Ancaqcamaata qoşulanları az gördüm, daha doğrusu, görmədim.12.35. Bariniv küçəsinin Qara şəhərə — sağa tərəf dönən dirsəyi yanında nümayişçi sıralarıseyrəlib. Mən özüm yorulmuşam. Deməli, başqa-ları da, qızlar, qadınlar və uşaqlar da yorulub.Ancaq heç kəs dayanmır. Mənimlə yanaşı təxminən 60 yaşlı bir qadın addımlayır, dünyanın buvaxtında gənclərimizi, qadınlarımızı qırdıranları lənətləyir. Buna baxmayaraq izdiham yenəucsuz-bucaqsızdır.Bəziləri deyir ki, Qorbaçov Nyu-Yorka gedib BMT-də insan hüquqları haqqında məruzə edəcək.Ora xəbər vermək, bu biabırçılığı ABŞ-a çatdır-maq gərəkdir.12.50. VNİİOLİFİN İns-tun qarşısından keçəndə gördüm ki, bu küçənin o biri başında, lap uzaqda(Komsomol küçəsi) camaatın qarşısını kəsiblər.13.02. Komsomol küçəsi ilə irəliləyir izdiham. Yenə camaatın qabaqdan və arxadan sonugörünmür. Qadın və qızların çoxu yorğunluğa dözə bilməyib səkilərin üstündə oturub.Camaatın əsas məqsədi neftayırma zavodlarını dayandırmaqdır. Bərk yorulmuşam. Hiss edirəmki, yarım saat da gəzsəm ayaq üstə dura bilməyəcəyəm.13.10. Başımızın üstündən yenə hərbi vertolyot (helikopter) uçdu. Dövrə vurub şəhərə tərəf qayıtdı.Əldən düşüb səkilərin üstündə düzülən camaat ayağa qalxdı, hamı fit çalıb yumruq göstərdi.Vertolyot yenə qayıtdı.Ə.Qarayev adına zavoda məxsus yaraşıqlı 2 mərtəbəli binanın damında əliavtomatlı 3 əsgərgörünür. Xeyli adam içəri girib fəhlələri tətilə çağırmaq istədi, ancaq darvazalar bağlı idi.13.15. Yenə vertolyot.13.30. Bir ekskovator fit çala-çala, üstü adamlarla dolu, nümayişçi-lərin arası ilə sürdü. Hələçalovunda 3 oğlan oturmuşdu.Deyilənə görə, zavodların hamısını silahlı əsgərlər qoruyur. Ona görə də onları dayandırmağınmümkünlüyü aydın deyil.13.36. Gördüm daha gedə bilmirəm. Səkidə oturdum (XXII qurultay adına zavodun yanında).Zavod fit çalmağa başladı.Söhrabın söhbətindən: Meydanda qabaqca qadınlar düzülüb, sonra kişilər. Ancaq heç nəyəbaxmayıb qadınları döyüblər, hətta ayağa qalxmağa qoymayıb tapdalayıblar. Meydana heç bir“təcili yardım” maşını buraxıl-mayıb.Başqa söhbətdən: Meydanda qarışıqlıq düşəndə balaca uşaqları bizim milislərə veriblər ki,aradan çıxarsınlar; onlar isə götürməyiblər.***Bir nəfər oğlanın ürəyi getdi Maşın yox idi ki, onu aparsın. Cavanlar özləri ovxalamağabaşladılar.13.42. Ayağa durub camaata qoşuldum.13.45. Zavodun yanından keçəndə uşaqlar məcbur etdilər ki, teplovoz fit verib fəhlələri çağırsın.(Ayın 3-ündə “Vremya” deyib ki, işə çıxmayanlar cinayət məsuliyyətinə cəlb ediləcək).13.52. XXII qurultay adına neftayırma zavodunun giriş qapısı yanında xeyli adam toplaşıb.Fəhlələri işə çağırırlar. Lap içəridə əsgərlər durub.Zavodun yanında Nelson Stepanyanın xatirə lövhəsini böyük bir dəmirlə vurub dağıtmağabaşlayırlar. O lövhəni o qədər bərk hazırlamış-lar ki, heç cür qopara bilmirlər. (14.12-dəqopardılar).Zavodun qarşısında buranın bir işçisi ilə nümayişçi fəhlələrin davası düşdü — o, Neməti “fanatik”adlandırmışdı, buna görə.14.07. “Jiquli” iki oğlan gəlib dedi ki, ay camaat, şəhəri əsgərlər tutub, sonra qayıtmağaqoymayacaqlar, geri qayıdın. Camaat razı olmadı, dedi ki, bizə zavodlar gərəkdir. Sizi də öyrədibgöndəriblər.14.15. N.Stepanyanın qırılmış barelyefini küçənin ortasına qoyub üzünə tüpürməyə başladılar.Bir ermənini tutub doyunca döydülər. Zavodun şüşələrini daşla qırmağa başladılar.

 

 

Küçə ilə üstü əsgərlə dolu tank gəldi. Tez camaat irəli qaçıb qabağını kəsdi, tank dayandı.Camaatın qabağı haradadırsa bilmirəm, arxadan gələnlərin də ucu görünmür. Şübhəsiz ki, buanda Fəhlə prospektində bir milyondan çox adam var. Zavodların fəhlələri də camaata qoşulur.Qadınların bəzisi çəkmələrini çıxarıb şəpşəplə gedir.15.04. Fəhlə prospektindəki “Nargilə” çayxanasının yanından sola — Yeni Əhmədli tərəfədönürük. Camaat xeyli seyrəlib, çünki yorulanların çoxu yarımçıq dayanıb. Popov küçəsindəadamlar lap səpələnib. Artıq maşınlar da asanlıqla hərəkət edir.15.16. Radio zavodunun fəhlələri çıxıb camaata qoşuldu.15.23. Əhmədli qəsəbəsində R.Rza küçəsinin tinindən Rahib Məmmədov küçəsi ilə üzüyuxarı -Ukrayna dairəsinə tərəf qalxmağa başladıq. Adam çox az qalıb. Qabaqda bir maşın gedir, üzümsalxımına bənzəyir (adamdan). Birisi əlində qara qadın ləçəyindən bayraq düzəldib. Ardıncatəxminən 15 min adam gedir. (Yığcam halda, “quyruqsuz”).(“Tə-til!”, “Tə-til!”).26No-li binada 4-üncü mərtəbədə bir qadın yuxarı mərtəbəni göstərir, orada erməni yaşadığınıdeyirdi. Camaat qızışdı. Canlı-başlı, qırmızıyanaq bir oğlan “getdik bu oğraşları qırmağa!” deyibirəli cumanda onun qarşısını kəsdim. Camaat da məni müdafiə etdi. Oğlan qayıtdı. Bu binanınqarşısında adını bilmədiyim zavoda girib fəhlələrini çağırdı-lar.Bütün binalarda balkonlara çıxmışlar. Yerdən erməniləri hədələ-yirlər.15.45. Ukraina dairəsinin yanındayıq. Yeni 4 ¹-li mətbəəyə tərəf çoxlu adam qaçdı. Qapıları,şüşələri sındırdılar, işləyənləri bayıra çıxarmaq istədilər.14-08 AQA nömrəli çörək maşınını saxladılar. Çörək almağa başladılar. Sürücü heç nə demirdi.Bir qadın ağlaya-aylaya dedi ki, metronun “Neftçilər” stansiyasına çoxlu tank yeridiblər, oragetməyin, qırarlar. Ancaq camaat Ukrayna dairəsindən üzüyuxarı — “Neftçilər” stansiyasınadoğru irəliləməyə başladı. Yeni-yeni adamlar qoşulurdu dəstəyə, çoxları isə dözə bilməyibsıradan çıxırdı. Mən özüm də təsvirəgəlməz dərəcədə yorulmuşam, ayaq üstə güclə dururam,ancaq hadisələrin sonunu görmək istəyirəm.Ukrayna dairəsinin yanındakı ilk binanın qurtaracağında çaxnaşma başladı. Bir erməninidöydülər. Hamı ora qaçışdı.Camaata deyirdim ki, şüşələri sındırmayın, xuliqanlıq olmasın. Cavab verirdilər: “Sakit dursaq daadımız xuliqan olacaq. 19 gün sakit durub axırda yenə xuliqan olmadıq?”.Camaata deyirdim ki, erməniləri döyməyin. Deyirdilər: “Onsuz da onlara görə adımız pisçıxacaq. Həm də onlar Ermənistanda döyəndə, öldürəndə yaxşı olur, biz edəndə pis?”. Cavabverməyə çətinlik çəkirdim.16.00. Camaat içində 3 qadın ləzgicə danışırdı. Arxadan gələn bəzi cavanlar onlara şübhə iləbaxırdı. Tez onlara yanaşıb dedim ki, bizim dildə danışın, yoxsa sizi erməni bilib döyərlər. Tezdillərini dəyişdilər.16.07. Qabağında “Gənclər üçün mallar” mağazası olan binanın pəncərəsindən ay-ulduzluqırmızı bayraq yellənir.Camaat həddən artıq təmkinlilik göstərir, fitnəkar çağırışlara uymur. Tonqallar meydanının 19günlük dərsi onları ağıllandırıb.16.19. 74 No-li ATS-dən bir az yuxarıda üzərimizdən vertolyot uçdu. İşdən çıxıb küçənin hər ikitərəfindən əks istiqamətdə qayıdanlara deyirdilər: “Bizə qoşulmayanlara ar olsun!”, “işdəngələnlərə ar olsun!”.Söhbətdən: Səhər təxminən saat 10-da metronun “Gənclik” stansiyası yaxınlığında əsgərlərburada dayanıb avtobus gözləyən təxminən 200 nəfəri əhatəyə alıb dəyənəklə döyüblər.16.42. Şəhər bazarının yanında bir erməninin sarı “Jiquli”sini darmadağın edib çevirdilər.Camaatın gözü artıq qızışmağa başlayıb. Nəticəsi qorxulu ola bilər.Camaatın ucu artıq “Neftçilər” stansiyasını ötüb. İndi 100 mindən çox adam var.16.53. “Neftçilər stansiyasında izdiham dağılışan kimi oldu. Nizami raykomunun qarşısını bircərgə əlisilahlı əsgər kəsib. Dakar meydanı da əsgərlərlə doludur. Camaat hər tərəfdən -“amfiteatr”lardan baxır.17.05. “Neftçiləri” ötdük. 4 tank qabağa gəlirdi (Əhmədli tərəfə), camaat geri qaytardı. Bustansiyada adamlar xeyli parçalandı.Mən özüm artıq ayaq üstündə dura bilmirəm. Bəlkə də həyatımda ilk dəfə olaraq bu qədərpiyada yol gedirəm. Zarafat deyil — 10 saatdır ki, fasiləsiz olaraq Yasamaldan burayacan piyadagəlmişəm.

 

17.07. Gördüm ki, yıxılacağam, səkidə oturdum. Ayaqlarımın altı yanır. Ayaqqablarımı çıxardımki, ayaqlarım bir az nəfəs alsın. Cammat Neftayıranlar (indi Qara Qarayev) küçəsi ilə — mərkəziküçə ilə qabağa getdi.17.12. Yola düzəldim. Tətilçilər, nümayişçilər məndən xeyli aralı düşüb, onları “qovub” çatmağagücüm yetəcəkmi?17.25. Az qala qaça-qaça gəlib “Sevinc” kinoteatrının yanında nümayişçilərin “quyruğ”undanyapışdım. “Tətil!” qışqırırlar.17.30. Neftayıranlar küçəsindən “Özbəkistan” küçəsinə döndük. 50 min adam olar. Hamı “tətil!”qışqırır. Deyəsən, “Əzizbəyov” metrosuna gedirlər, oradan da şəhərə.17.35. Əsgərlər havaya xəbərdarlıq güllələri atdılar. Baxan olmadı.“Özbəkistan” küçəsindən sağa dönüb 15 addım gedəndə gördük ki, asfaltın üstündə tanktəkərlərinin dairəvi yeri qalıb. Deməli, tank burada geri dönüb — camaatın təzyiqi ilə.17.45. “Əzizbəyov” metrosunun yanındakı körpüyə çıxdıq.17.55. Camaat «Әzizbzyov» stansiyasının yanından Moskva prospekti ilә şәhәrә doqru yönәldi.Qabaqda «salxım» ekskavator. Mәn daha yeriyә bilmirәm. Ona körә dә metroya düşmәyi qәraraaldım.Saat 18-dә metroda idim. Elmlar Akademiyası» stansiyasında -çıxdım. Kördüm ki, ayaqlarımıyerә basa bilmirәm. Yaxşı ki, tez taksi düşdü, minib evә gәldim. Ayaqlarımı isti suya qoydum,uzandım. Kördüm ki, hәr iki ayaqımın altı suluqlayıb. Xüsusәn saq ayağımda iki böyük suluqvardı. «Torba»ları iynә ilә yırtdım, su fәvvarә vurdu.Ançaq ayaq yorqunluqu öz yerindә, bir möçüzәyә mәәttәl qaldım -dünәnki müsibәt qripdәnmәndә әsәr-әlamәt qalmayıb. Әkәr bunu iәnә başqası desәydi inanmazdıi, axı qrip elә-belәxәstәlik deyil. Ola bilәr ki, aramsız tәrlәmәyim vә bәdәnimin fasilәsiz hәrәkәtdә olması xәstәliyiaradan çıxarıb.Bu keçә. «Aktual müsahibz» veriliiqondә İlqar Әlfioqlu Leyla Vәdirbәylini danışdırdı.L.Bödirbәyli dedi ki. aqıllı olun. xalqımızın adını batırmayın. «Künun ekrsşı «nda isә dedilәr ki,meydan antisanitariya vәziyyәtini aradan qaldırmaq üçün nümayişçilәrdәi tәmizlәnib. Өlәnyoxdur, 64 yaralanan var. Şayiә çıxıb ki, meydan qav lәkәlәri ilә doludur, ançaq gәlin, baxın,lәkәlәr hamısı oçaq yeridir. Sonra iki zabiti («tәmizlәmә»dә iştirak edәv) danışdırdılar. Ovlar heçkәsi öldürmәdiklәrini dedilәr. (Bu kadrı sonra ayrıça kvstәrdilәr).»Vremya” SSRİ ALI Soveti Rәyasәt heyәtinin (bukünkü tarixli) qәrarını oxudu ki, hәr ikirespublikada işdən kütləvi şәkildә çıxarılma hallarına qarşı an çiddi mübariza aparılsın.Müqәssirlәr inzibati, partiya çәzası alsınlar. hәtta çinayәt mәsuliyyötinә çәlb edilsinlәr, belәlәrihatda mәtbuatda yazsınlar.Ançat ortaya sual çıxır: körәsәn, Ermәvistavda hansı azәrbayçanlı hansı vәzifәlәrdәişlәyirmiş ki, onları kütlәvi şәkildә işdәv çıxaray-dılar da? Deiәli, bu tәrar Azәrbayçanın çanınazәli KYŞI darapşış ermәnilәri müdafiö etmәk üçundür. Yalnız vә yalnız bunun üçüv!“Vremya” hәmçinin Ermәnistanı vә Eçmiәdzindәki dünәvki mitinti ҝöstәrdi. Xanlardan gәlәnermәni qadınınh! köstәrdi. Azәrbayçavdav danışanda isә Şaumyan (kәnd) rayonundaermәvilәrlә azәrbaycavlıların mehriban yaşadıqını bir azərbaycanlıdan çıxardı. O dedi ki, raykomyaxşı işlәyib, ona görә buradan bir ermәni getmәyib. Sonra I katib Mirzәyev (ermәnidir) özüdanışdı.Hamını yalnız ermәni vә yenә ermәni maraqlandırır. Deyәsәn, heç Ermәnistandanazәrbayvanlı qovulmayıb! Nә isә, hәr şey çox gözәl aydındır -Moskvanın danışmalı yerlәrdәsusması, susmalı yerlәrdә isә dil boğaza qoymaması vә bunun sәbәblәri.»Vremya»daha sonra Vәzirovun bugünkü respublika fәallarının yıqıncağındakı çıxışınınvvideoyazısı göstәrildi.Datlıq Qarabaqda Azәrbaycan hakimiyyәtinin bәrpasının gәlәcәyi haqqında heç nә demәdi.Poqosyanın adını belә çәkmәdi. Mitinqi ümumәn yenidәnqurma әleyhdarlarının fitvası kimiqiymәtlәndirdi. Bugündәn sonra sәrt yol tutaçağını anlatdı, yumşaqlıqdan, sәbirlilikdən әlçәkәcәyini bildirdi, ermәnilәri incidәnlәrә qarşı amansızlığın vacibliyivdәn danışdı, iş buraxmaqaqoymayan müәssisә rәhbәrlərini «əsl kommunist» adlandırdı,gördüyü işlәrdәn danışdı (müxtәlif proqramlardan) vә giley etdi ki, mitinqdә bu işlәrdәv danışılmayıb.O, mitinqdә üzüyumşaqlıq edәn böyük bir dәstә sistem işçisinin vәzifәdәv azad olunduğunusöylәdi, araqızışdıran mәtbuat orqanlarını çәzalandırdıqlalarını dedi. (Bir neçә saat qabaqNizami gәlib dedi ki, «Molodyoj Azerbaydjana”nın redaktoru Nәcәf Nәcəfovu işdәn çıxarıblar.

 

Әgәr Vәzirov Nәcәfdәn başlayıbsa, demәli, o, Azәrbayçanın bütün aqıllı ziyalılarını mәhvedәçәk, әv yaxşı halda lәkәlәyәçәk!).Vәzirov, ümumiyyətlә, çox isterika ilә davışdı vә qışqırıqla sanki respublika әhalisiniqorxutmaqa çalışdı ki, bir az oyay-buyay elәsәniz baş-közüvüzü vurub daqıdaçaqam. Hәr halda,çıxış mәndә yalnız xalqın taleyinә bәdbinliklә yanaşmaq duyğusu yaratdı vә belә başa düşdümki, ermәnilәr, ruslar bu iradәsiz adamın, marionetkanin әli ilә Azәrbayçanın bütöv yaxşıoqullarını aradan götürmәyә çalışaçaqlar.Nәcәf Nәcafovu işdәn çıxaran, Vaqif Hüseyvovu işә gәtirәn, onu büro üzvü edәn bir adamhaqqında başqa söz demәk çәtindir!Tanrı özü bu uca xalqa — böyük vә amansız düşmәnlәrinpәncәsindә çırpınan, daim «ağsaqqal!» deyib ağlayan vә aqladıqca da ona rәsmi başçı tәyinedilmiş heysiyyatsız robotların, milli mәnlikdәn mәhrum marionetkaların aramsız qapazdarını,tәpiklәrini, “satqın”, «xuliqan», «alçaq», «yaramaz», «kütbeyin» söyüşlәrini yeyәn bu böyük xalqakömәk olsun !Amin! Amin! Amin!

 

Обсуждение закрыто.