ƏBƏDİ ON SƏKKİZ YAŞLILAR: MİLLİ QƏHRƏMAN SƏXAVƏT MƏHƏRRƏMOV

Стандартный

s%c9%99xav%c9%99t_m%c9%99h%c9%99rr%c9%99mov

Səxavət Məhərrəmov 5 dekabr 1973-cü ildə Ermənistanın  Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri Azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Gürcüstana köçmüş daha sonra isə Lökbatan qəsəbəsində məskunlaşmışlar. Səxavət 1990-cı ildə burada 106 saylı məktəbi bitirir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olur. O, şer yazardı, musiqiyə, şerə həvəsi sonsuz idi.

1992-ci il 27 iyun Ağdərənin Kiçik Qarabəy (keçmiş Möhrətağ) kəndi uğrunda qanlı döyüşlər gedirdi onlarla erməni yarqlısı məhv edildikdən sonra bölmə geri dönərkən meşədə mühasirəyə düşür, Səxavət 19 yaşında canından əziz tutduğu vətən uğrunda qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Lökbatan qəsəbəsindəki 106 saylı məktəbə qəhrəmanımızın adı verilib, burada büstü qoyulub.

VİKİPEDİYA

Обсуждение закрыто.