Daily Archives: 05.12.2016

ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 5 DEKABR 1988

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 5 DEKABR 1988

05 DEKABR 1988

Səhər, çoxlu yaralanan. Sonrasından xəbərimiz yoxdur. Qaçanları da əsgərlər döyürdülər.Hamını mühasirəyə salıb, ad-familiyasını yazıb avtobuslara doldururdular və qabaqda avtomobilmüfəttişliyi işçiləri, arxasınca biz getdik. Bizim avtobusun camaatı 26-lar bağının yanına çatandadayanmağı tələb etdi. Bizə baxıb başqaları da dayandı. Nemət də sonadək qaldı, onu aradançıxardılar. (16əsgər basıblarmış meydana).Üç tank gəldi (Şərifzadə küçəsində), yolu açdı, tələbələrə dağılma-ğı əmr etdi. Ancaq bizimyataqxananın uşaqları bu tərəfdə, tələbələr isə qarşımızdakı bağçada dayanıb gələn maşınlarıgeri qaytarırdılar.Mən vəziyyəti öyrənmək üçün ADU yataqxanalarının arası ilə — pilləkənlərlə üzüaşağı düşdüm.Universitetin qabağında tələbələr toplaşmışdılar, içəri girmirdilər. Akademiyanın yanındanötəndə gördüm ki, İnşaat İnstitutunun tələbələri Akademiyanın yanına gəlirlər. Politexnikİnstitutun tələbələri də dərsə girmirdilər.“Elmlər Akademiyası” metrosunun qarşısında da çoxlu adam toplaş-mışdı. İctimai nəqliyyatişləmir.Şəhərdə vəziyyəti daha yaxşı bilmək üçün metroya minib “Bakı soveti” stansiyasına çıxdım.Metronun qabağında böyük bir dəstə adam durmuşdu. Gənclər çox həyəcanlı idi. İnstitutumuzagedərkən gördüm EA-nın qabağından “tətil!” səsi gəldi. Yeyinlədim, gördüm ki, Xalq Təsərrüfatı İnstitutunun tələbələri Kommunist küçəsi ilə üzü Baksovetə gəlirlər.Saat 10-un yarısında onlar Mərkəzi Komitəyə doğru gəldilər. Filarmoniyanın tinində tanklar və 8sıra əsgər yolu kəsmişdi. Camaat da tələbələrə qoşuldu. 2-3 min adam olardı. 132 No-liməktəbin şagirdləri pəmcərələrdən qaçıb gəlirdilər.Saat 10-da Kommunist (İstiqal) küçasi ilə geri qayıtmağa başladılar. Başçı yox idi. DüzdürHatəminin silahdaşlarından həmişə döşündə yaşıl parça, üstündə aypara emblemi gəzdirən şair(Eldar İbrəhim) gedirdi, ancaq “Baksovet”in qarşısına çatanda nizamsızlıq yarandı.10.15. Düz “Baksovet” metrosunun qarşısındakı küçadən təxminən 10 min nəfərlik izdihamgəldi. (XTİ-nun tələbələrinə demişdilər ki, dayanıb onları gözləyin; uzaqdan gələndəgörmüşdülər). “Matəm” qışqırırdılar.10.20. Hər iki dəstə Kommunist küçəsində qovuşdu.10.25. Kommunist küçəsindən Hüsü Hacıyevə dönəndə gördüm ki, camaatın bir ucu Füzulimeydanındadır. Mərkəzi univermağın yanından ötəndə gördük ki, sağda, Nizami meydanında daadam toplaşıb. Daxili İşlər Nazirliyinin qabağından keçəndə içəri hücum etmək istədilər,cavanlar özləri qabaqlarını kəsdi.Artıq satqınlıq və xəyanətlərdən cana doymuş xalqın gözü qızmışdı. Başçı da yox. İntizamsızkütlənin əsgər əlində, tanklar altında məhv ola biləcəyini düşünəndə adamın qanı donur.Halım yenə pisdir. Allahdan onu arzulayıram ki, vəziyyətim camaatla sonadək gedə bilməyəimkan versin.Camaat küçələrlə getdikcə mağazaların bağlanmasını tələb edir, qıraqdan baxanların xalqaqoşulmasını tələb edir.Söhbətdən: Lenin meydanında əsgərlər camaatı döyə-döyə deyirmiş-lər: “Beyte sobak!” (yəni“itləri döyün!”).10.35. Füzuli heykəlinin qarşısına çatanda gördük ki, camaat Ş.Qurbanov küçəsi boyunca azadqadın heykəlinə doğru axışır. Haraya gedir, bilən çox azdır (ümumiyyətlə, bilən varmı?!). Biradam da yoxdur ki, söz soruşasan… Yol qırağında yaşlı qadınları neçə yerdə ağlaşan gördüm.10.40. “Nizami” metrosu tərəfdən tankları qabağa verdilər. Bir rus zabiti tankın üstünə çıxıbtapançadan atəş açdı göyə. Camaat ora axışdı! Heykəlin çevrəsi büsbütün dolmuşdu. H.Hacıyevvə Ş.Qurbanov küçəsindən gələn izdihamın sonu görünmür. Tikinti Sənayesi Nazirliyi binasınınhər iki tərəfindəki küçə ilə yuxarı axışma başladı, çünki tanklar qorxudan çəkilib getdi. Böyükməktəbin (¹-sini bilmirəm) boyaboy şüşəbəndi şagird-lərlə dolu idi.Qubanov küçəsindəyik. İzdihamın qabaqdan da, arxadan da ucu görün-mür.Qapılar ağzında duranların çoxu qadındır və çoxu da ağlayır. Bir izdiham isə bizimlə paralel -C.Cabbarlı küçəsi ilə gedir.Bir oğlanın hər iki əlində daş vardı. 35-40 yaşlı bu adama dedim ki, daşları at. Mənə hirsləndi ki,gecə qardaşım ölüb. Mənim yerimə sən olsan tüfəng götürərsən. Sonra məni “satqın”adlandırdı. Read the rest of this entry

ƏBƏDİ ON SƏKKİZ YAŞLILAR: MİLLİ QƏHRƏMAN SƏXAVƏT MƏHƏRRƏMOV

Стандартный

s%c9%99xav%c9%99t_m%c9%99h%c9%99rr%c9%99mov

Səxavət Məhərrəmov 5 dekabr 1973-cü ildə Ermənistanın  Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri Azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Gürcüstana köçmüş daha sonra isə Lökbatan qəsəbəsində məskunlaşmışlar. Səxavət 1990-cı ildə burada 106 saylı məktəbi bitirir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olur. O, şer yazardı, musiqiyə, şerə həvəsi sonsuz idi.

1992-ci il 27 iyun Ağdərənin Kiçik Qarabəy (keçmiş Möhrətağ) kəndi uğrunda qanlı döyüşlər gedirdi onlarla erməni yarqlısı məhv edildikdən sonra bölmə geri dönərkən meşədə mühasirəyə düşür, Səxavət 19 yaşında canından əziz tutduğu vətən uğrunda qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Lökbatan qəsəbəsindəki 106 saylı məktəbə qəhrəmanımızın adı verilib, burada büstü qoyulub.

VİKİPEDİYA