ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 4 DEKABR 1988

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 4 DEKABR 1988

04 DEKABR 1988

01.00.Çadırda oturmuşduq. Birisi gəldi ki, ay camaat, meydana! Nemət deyir ki, qələbəçalmışıq.Hamı çıxdı, aclıq çəkənlərin çadırı başına toplaşdılar.***Bir çox adamdan eşitdiyimə görə, televiziyada Namiq Zeynalovun müsahibəsi Mərkəzi Komitəkatibi Rafiq Zeynalovun təkidi ilə onun kabinetində çəkilib. Bir milis ağzından qaçırıb. Dünən Yazıçılar İttifaqında R.Zeynalovu bu işə görə qəbul etməyiblər.01.07. Əbülfəz: Bir neçə saat əvvəl KQB sədrinin özü və müavini ilə söhbət etdik.Azərbaycana 150 milyon ziyan dəyib. Nemət deyib ki, tələblərimiz ödənsin.Dedilər ki, üç siyasi səhv olub: ruslara qarşı çıxılıb, axırda “ermənilərə ölüm!” deyilib, ordu faşistordusu adlandırılıb.Nemət sübut etdi ki, təkcə Daxili İşlər Nazirliyində 400-dən çox erməni var, oxuduğusiyahıdakılar həmçinin. Azərbaycan erməni mafiyası-nın əlindədir. Milli məsələ qoymuruq, xalqıəzən Azərbaycan rəhbərlərinə qarşı da çıxırıq.Nemət dedi ki, Z.Balayan yazdı, dəymədiniz. Başqası yazdı, dəymədiniz. Ağanbeqyan yazdı,dəymədiniz.Nemət ordu məsələsinə gələndə dedi ki, ordunu gül-çiçəklə qarşıla-dıq. Əliyalınıq, ancaqtələblərimiz ödənilməyincə meydanda qalacağıq.Bizə dedilər ki, tələblərinizi Vəzirova çatdırarıq, sabah bilərsi-niz.Nemətə deyiblər ki, səni 67-ci maddə ilə millətçilikdə ittiham edə bilərlər, çünki “ermənilərəölüm” demisən. Tamamilə tərksilah oldular. Verdikləri kağıza qol çəkilmədi. Yolu başlamaq asandır, sona çatdırmaq igidlikdir. Heç kəsi təhrik etmirik. Kim istəsə qala bilər.Srağagün gecə çox adam çadırlarda oturmuşdu. Ancaq tələbələr əsgərlərə göstərmək üçün osoyuqda köynəkcək qaçışmağa başladılar. Gəlin möhkəmliyimizi işdə göstərək, yoxsa elə-belə“öldü var, döndü yox” qışqırmaq gərək deyil.Dağlıq Qarabağın muxtariyyəti elə-belə ləğv olunmayacaq. Ancaq tələbimiz qüvvədə qalır.Orada iki erməni, bir azərbaycanlı, bir rus katib qoymaq haqqında fikirləşirlər.Mafiyalar gördü ki, hərəkat onların mənafeyinə toxunur, onda hərəkata antisovet qiymətverməyə çalışdılar ki, qoy hökumət özü bizim cəzamızı versin.

Neçə günlər tələblərimizi eşitməyənlər, aclarımızı görməyənlər bir satqını tez tapıb ortayaçıxardılar.1.25. Nemət KQB-də ona qarşı sürülən ittihamlara verdiyi cavablar-dan danışdı və Əbülfəz kimio da söylədi ki, əməkdaşlar onun cavabları qarşısında tərksilah oldular.Sonra Nemət dedi ki, mübarizəmiz sonadək davam edəcək. Hərə özünə cavabdehdir, mən heçkəsi qalmağa dəvət etmirəm. Zorla saxlamaq istəmirəm.6.15. Şəkidən erməniləri də onlara qoşulub). Ölənləri məsciddən götürüb abidə yanındabasdırıblar — qəhrəman kimi.Avtomobil hissələri mağazasının müdiri, milyoner Karonun evini dağıdıblar. İki pulomyot yeşiyi(boş) tapıblar. Deməli, ermənilərə silah paylayıb. Tasalov (Tasalyan) soyadlı erməninin evindən bir dənə minomyot tapılıb. Yeşiyin üstündə“Stavropol” yazılıb.Karo öz anasının heykəlini Şəkidə ana abidəsi yerinə ucaldıb. Heykəli də uçurub stadiondadağıdıblar.(Zaqatalada milis idarəsini dağıdıblar).Demiçev gəlib Moskvadan. General maraqlanıb, görüb ki, banka, əmanət kassasına dəyilməyib. Təəccüb qalıb.Ermənilər evlərinin qazını açıq qoyublar ki, bir şey yandırsalar partlasın.Azərbaycanlılarda ərdə olan erməni arvadlarını da boşatdırdılar. (Çox təəssüf ki, bu deyilənlərdənəyin gerçək, nəyin yalan olduğunu aydın-laşdırmaq imkanım yoxdur).7.15. Camaat yenə həyəcan siqnalı ilə meydana çağırdılar. “Abşeron” mehmanxanası tərəfdənaramsız gurultu gəlir. Camaat qaçıb bu tərəfi tutdu. Əslində onlar “Azərbaycan” mehmanxanasıtərəfdən gəlib burada dayanmışlar və 10 dəqiqədən sonra yenidən geri qayıdırlar. Geriqayıdanda camaat tez “Azərbaycan” mehmanxanası tərəfə qaçıb burada girəcək yolunu kəsdi.Üç oğlan əllərində Leninin portretlərini tutub. Qabaqda “əfqan”lar sıra isə dayanıb. 21 tank,sonlarında isə bir hərbi yük maşını yanımızdan ötüb “Azərbaycan” mehmanxanasının üstü iləkeçən küçəyə girib gözdən itdi. Çox güman ki, meydan boş olsaydı onlar buranı tutmaqistəyəcəkdi. Ancaq cavanların (onların içində xeyli qız, qadın da var) tank qabağı kəsməyə necəcəsarətlə getdiyini görəndə adamın ürəyi açılır. Nemət də (əynində palto) camaatın içindədir.***Ermənistandan bir nəfər də azərbaycanlının maşınını, əmlakını sağ-salamat buraxmayıblar.Bütün maşınları yandırıb, əziblər.***Vidadi Həsənov (Lökbatan) qolu qırmızılı, vətənpərvər oğlanlardan biridir. Tankın qabağınayüyürənlərin önündə gedir.Çadırda bizim yataqxanada qalan Bəxtiyar Məmmədov, qohumu Əsgərova Nəzakət (o da tankınqabağına çıxırdı) sabahadək qaldılar. Sahib Məmmədov, Əfzələddin Əsgərov və Vəli NəbiyevləLökbatanın Dmitrov adına zavoduna (fəalı Məskən adlı oğlandır) məxsus çadırda oturmuşduq.Başqa yoldaşlar da vardı. Şəkili Qəzənfər xalqı mehribanlığa, inciklikləri unutmağa, xalqdayalnız müsbət keyfiyyətlər görməyə çağırır-dı.8.30. Çadırda qızğın mübahisə gedir. Millətin birliyi problemləri müzakirə olunur. Ortaya qarışıqnikahlar məsələsi çıxır. Bu problemin mühümlüyündən danışılır.Məskənin söhbətindən: Dekabrın 1-ində APİ-nin akt zalına Ermənistandan gəlmiş adamlarıgətirdilər. Tyaqunov və onun müavinini də çağırdılar. İki qadının başını qırxmışdılar, birininüzünə xaç çəkmişdilər. Təxminən 11-12 yaşlı oğlan uşağının barmaqlarını qapı arasındaqırmışdılar. Şəkil çəkmək istədilər, Tyaqunov qoymadı. Dedi ki, ermənilərin vəhşiliyinə məninanmırdım, indi inandım. Elə həmin gün o, Samsonova (Yerevanın komendantı) göstəriş veribki, azərbaycanlıları Ermənistandan təhlükəsiz köçürsünlər.8.45. “Həyacan siqnalı” verildi. Bəlli oldu ki, əsgərlər növbəni dəyişiblər. (Bu vaxt onlar çoxgöründü).124 nömrəki BRDM (tankabənzər) “Azərbaycan” mehmanxanası tərəfdə girəcəkdə hazırdayanmışdır. Üstündə ucadandanışanlar da qurulmuşdur. Bir az aralıda — Üzeyir Hacıbəyovküçəsində isə bir dəstə əsgər toplaşıb. Şayiə gəzdi ki, saat 3-də Vəzirov çıxış edəcək (harada -dəqiqləşdirilmə-di).9.20. Qrip məni birtəhər edib, gözlərimi aça bilmirəm. Yaş hey süzülür.9.45. Şəhədən bir oğlan gəldi. Pasportunu keçiddə girov qoyub gəlib ki, yarım saata qayıdıram.Dedi ki, heç kəsi buraxmırlar. Bizim uşaqlar dedilər ki, gedin, camaata deyin axışıb gəlsinlər.

 

Gecə qalanların çoxusu çıxıb gedib. Bu saat meydanda çox az adam qalıb (təxminən 220-250nəfər. Çadırlardan xəbərim yoxdur).10.00. Nemət camaatın içində gəzir, adamları ruhlandırır. Qızlar onu görmək, onunla söhbətetmək istəyirlər. Fotoaparatla şəklini çəkənlər də var.10.03. Tyaqunov camaata müraciət etdi: Sov.İKP MK adından deyirəm ki, mitinqlər keçirilməsiqadağan edilib. Sizi meydanı tərk etməyə, qərara əməl etməyə çağırıram. Əks halda güc tətbiqolunacaq.Camaat meydanın mərkəzinə doğru axışdı.Müraciət yenə təkrar edildi. (Səs lentə yazılıb).(Fitə basdılar).11.25. İndiyadək Tyaqunovun müraciəti 5-6 dəfə təkrar edilib (hər 15 dəqiqədən bir). Meydanınətrafı milis dəstələri ilə gücləndirilir. Hökumət evinin yuxarı (şimal) hissəsində 5 “İkarus”avtobusu (içi dolu əsgər) durub. Azərbaycan xalq hərəkatı 18-inci gündə möhkəm məngənəyəsalınıb. Meydanda təxminən 5000qalıb. Tələbələr (əllərində Azərbaycanın bayraqları, Lenin və Qorbaçovun portretləri) “Azərbaycan”mehmanxanası tərəfdə Lenin prospektinin girişini kəsiblər və meydanda əsgərlərlə üzbəüz qalıncərgə düzəldiblər.Bəli, camaatın meydandan zorla çıxarılacağı göz qabağındadır. İçəri adam buraxılmır. Heç nətapmasalar adamları kənardan tam təcrid edib ac-susuz saxlayacaq və bu cür “sülh” yolu ilədağılmasına nail olacaqlar. Döyülmə ehtimalı daha çoxdur. Hər iki halda xalq mənəviyyatcaəzilmiş, məğlub edilmiş halda tərk etməli olacaq meydanı. Bu isə, sözsüz ki, xalq hərəkatınınson nəfəsi deməkdir. İndi aydın olur ki, axşam S.Rüstəmxanlının şuxluqla dağılmaq təklifidüzgün qərar imiş. Hər halda, indinin özündə də ən doğru yol əzilməmiş (ruhən və cismən)halda kütləvi şəkildə meydandan çıxmaqdır. Ancaq camaat hələ yerində möhkəm durub. Nemətdediyindən dönmür.Mən nümayiş komitəsi üzvləri ilə məsləhətləşmək, bu işə əncam çəkmək üçün komitəninqərargahına gəldim. Səfər Alışarlı, İsa Qəmbərov, Aydın Məmmədov və başqaları burada idilər.Onlar da vəziyyət qarşısında aciz idilər və öz fikirlərini Sabir vasitəsilə xalqa yetirmişdilər.11.55. Qərargahdan qayıdarkən əsgərlər meydana dönməyə icazə vermədilər. İçəri keçməkistəyən beş-on nəfər də gözləyirdi. Pənahi Makulunun oğlu da onların arasında.12.20. İki əsgər gəlib sənədlərimi yoxladı və nə yazdığımla maraq-landı.12.25. Mikayıl Mirzəyev (artist): Azərbaycana 110 min əsgər yeridilib. Əfqanıstana isə 100 minaparılmışdı. (Nümayiş komitəsinin qapısı ağzında söhbət edirik).***Saat təxminən 13.30-da gördüm ki, ayaq üstə dura bilmirəm: gözlərimin yaşı və burnumun suyudayanmır. Ağzımı isti şərflə bağlasam da xeyri olmadı. Artıq gözlərimi aça bilmirəm. Yazıyazmağım isə daha mümkün deyil. Onsuz da, meydana buraxmırlar. Lenin prospektində dahaiki tank səddini aşıb (Xaqani və 28 aprel küçələrinin tinində) 28 aprelə çıxdım və özümü taksiyəsaldım. Evə çatıb yatağa düşdüm. Halım çox pis idi.Axşamüstü Ənvər Əliyev və Qorxmaz Məmmədov mənə baş çəkməyə gəldilər. Onlardanöyrəndim ki, mən gələndən sonra — saat 15-də camaat Ü.Hacıbəyov küçəsində əsgər səddiniyarıb və meydana girib. Basabasda əsgərlərin dəyənəklərini əllərindən alıblar. Dəyənəklərionlara qaytarmağı xahiş ediblər. 20-30 nəfar qaytarıb verib.Beləliklə, camaat bu gecə də orada qalıb. Təəssüf ki, xəstəlik yenidən meydana qayıtmağamənə imkan vermədi.***Srağagün (ayın 2-si) Asif Əsgərov dedi ki, Baksovetdə İran konsulluğunun qarşısında xeyli adamyığışıb, milis Kommunist küçəsi ilə Axundov bağı tərəfdən yolları kəsib. Adamlar azərbaycancavə farsca şüarlar söyləyib, İranda edam edilən 5000məhbusun ölümünə etiraz olaraq Xomeyniyə lənət yağdırırdılar. (Sonra mitinqdə MəmmədəliMüsəddiqdən öyrəndim ki, ölənlər müxtəlif millətlərdəndir və sayı da azdır; bu edamların bizimhərəkatla bağlılığı yoxdur).***Bu gün qəzetlərdə SSRİ xalq deputatları seçkiləri haqqında SSRİ qanunu və seçkilər haqqındaSSRİ AS RH-nin qərarı dərc edilib. Seçkilər 26 mart 1989-ildə olacaq.

 

Обсуждение закрыто.