Daily Archives: 04.12.2016

ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 4 DEKABR 1988

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 4 DEKABR 1988

04 DEKABR 1988

01.00.Çadırda oturmuşduq. Birisi gəldi ki, ay camaat, meydana! Nemət deyir ki, qələbəçalmışıq.Hamı çıxdı, aclıq çəkənlərin çadırı başına toplaşdılar.***Bir çox adamdan eşitdiyimə görə, televiziyada Namiq Zeynalovun müsahibəsi Mərkəzi Komitəkatibi Rafiq Zeynalovun təkidi ilə onun kabinetində çəkilib. Bir milis ağzından qaçırıb. Dünən Yazıçılar İttifaqında R.Zeynalovu bu işə görə qəbul etməyiblər.01.07. Əbülfəz: Bir neçə saat əvvəl KQB sədrinin özü və müavini ilə söhbət etdik.Azərbaycana 150 milyon ziyan dəyib. Nemət deyib ki, tələblərimiz ödənsin.Dedilər ki, üç siyasi səhv olub: ruslara qarşı çıxılıb, axırda “ermənilərə ölüm!” deyilib, ordu faşistordusu adlandırılıb.Nemət sübut etdi ki, təkcə Daxili İşlər Nazirliyində 400-dən çox erməni var, oxuduğusiyahıdakılar həmçinin. Azərbaycan erməni mafiyası-nın əlindədir. Milli məsələ qoymuruq, xalqıəzən Azərbaycan rəhbərlərinə qarşı da çıxırıq.Nemət dedi ki, Z.Balayan yazdı, dəymədiniz. Başqası yazdı, dəymədiniz. Ağanbeqyan yazdı,dəymədiniz.Nemət ordu məsələsinə gələndə dedi ki, ordunu gül-çiçəklə qarşıla-dıq. Əliyalınıq, ancaqtələblərimiz ödənilməyincə meydanda qalacağıq.Bizə dedilər ki, tələblərinizi Vəzirova çatdırarıq, sabah bilərsi-niz.Nemətə deyiblər ki, səni 67-ci maddə ilə millətçilikdə ittiham edə bilərlər, çünki “ermənilərəölüm” demisən. Tamamilə tərksilah oldular. Verdikləri kağıza qol çəkilmədi. Yolu başlamaq asandır, sona çatdırmaq igidlikdir. Heç kəsi təhrik etmirik. Kim istəsə qala bilər.Srağagün gecə çox adam çadırlarda oturmuşdu. Ancaq tələbələr əsgərlərə göstərmək üçün osoyuqda köynəkcək qaçışmağa başladılar. Gəlin möhkəmliyimizi işdə göstərək, yoxsa elə-belə“öldü var, döndü yox” qışqırmaq gərək deyil.Dağlıq Qarabağın muxtariyyəti elə-belə ləğv olunmayacaq. Ancaq tələbimiz qüvvədə qalır.Orada iki erməni, bir azərbaycanlı, bir rus katib qoymaq haqqında fikirləşirlər.Mafiyalar gördü ki, hərəkat onların mənafeyinə toxunur, onda hərəkata antisovet qiymətverməyə çalışdılar ki, qoy hökumət özü bizim cəzamızı versin.

Read the rest of this entry