ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 3 DEKABR 1988

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 3 DEKABR 1988

03 DEKABR 1988.

Sağalmasam da meydana qayıtdım.

16.58. Nemət xalqa müraciət oxudu. Sonra qətnamə oxudu (Az.KP-yə, Az. AS RH-ə):10 aydır ki, Azərbaycan xalqı məşəqqətli günlər keçirir. Dağlıq Qarabağ Muxtar Vilayətində yuvasalmış daşnaklar xalqımızın ləyaqətini ləkələyirlər.

Xocalı və Topxana hadisələri deməyə əsas verir ki, 18 iyul qərarı birtərəfli, ermənilərin xeyrinəhəyata keçirilməyə başladı. Mitinqə başladıq. And içdik ki, tələblərimiz yerinə yetirilməyincə buradan getməyəcəyik. Bumüddətdə Azərbaycan Kommunist Partiyası tələblərlə bağlı iş görməmişdir. Tələblərimiz:Azərbaycan CCR-in konstitusiya hüquqları müdafiə olunsun. DQMV partiya orqanları buraxılsın,DQMV ləğv edilsin.

Ermənistandan gələnlər Dağlıq Qarabağda və aran Qarabağda yerləşdirilsin.Azərbaycan SSR-də vicdan azadlığı bərpa edilsin. Etibardan düşənlər buraxılsın. Mitinq, nümayişazadlığı olsun.

Xalq Cəbhəsi üçün şərait yaradılsın. 

Tətil edənlərə, nümayişçilərə divan tutulmaması haqqında zəmanət verilsin. Onların əmək haqqıdövlət hesabına ödənilsin. Televiziya və mətbuatda hərəkat obyektiv işıqlandırılsın.

 Tələblərimiz ödənilsə hərəkatı ayın 4-ündə dayandırmağa söz veri-rik.Xalqın hərəkatına böhtan atmaq ən azı bişərəflikdir. Kimsə artıq hərəkətə yol verə bilər, ancaqbunun üçün xalq cavabdeh deyil. 16 (əslində 17 – Ə.T.) gündür ki, mitinq davam edir, ancaq bugünlərdə bir oğurluq da olmayıb. Ancaq ofiser itləri (ziyalılar) yenə xalqa xəyanətlə məşğuldur.Məhz o cürə hərəkət edənləri (Namiq Zeynalov nəzərdə tutulur — Ə.T.) nəzərdə tuturam.Ağdam uşaqları, Tibb İnstitutunun uşaqları yanıma gəlib ağladılar ki, o bizə ləkədir. Fikirverilməməlidir. 2 noyabrda məni tutanda üzümə duran naxçıvanlı idi. Bişərəf elə hər yerdəbişərəfdir.Bu üç gün mənim ömrümdə ən xoşbəxt gün idi. Atam gəldi, dedi ki, təki Nemət kimi yüz oğlumolaydı, yüzü də xalqa qurban olaydı. Mən xalqımın və atamın qarşısında baş əyirəm.Qalaq burada. Erməninin evində kvartirant qalmaqdansa bu çadırlarda yaşamaq yaxşıdır.Burada durub gözləyək. Görək nə cavab verərlər. Versələr gedərik, verməsələr buradayıq. Yaonlara verən Allah, ya da bizə. (Gülüş, alqışlar).Neçə ki bizim şairlər Azərbaycanın azadlıq himnini yazmayıblar, bizim himnimiz Tofiq Fikrətin“Millət şərqisi” olacaq.Əgər mətbuatımız belə getsə, qəzet olmayacaq. Sarayla xalqı birləşdirməliyik.Biz buradan dağılmayınca Azərbaycan rayonları bizimlə həmrəydir. Ancaq biz kölə kimidağılmamalıyıq. Kölə kimi dağılsaq yaşamağımızdan ölməyimiz yaxşıdır.Dövlətsiz xalq heç nə edə bilməyəcək, xalqsız da dövlət heç nə edə bilməyəcək. Yoxsa hər ikitərəf arasında ziddiyyət yaranacaq və hər ikisi üçün mənfi nəticələr verəcək.Min dənə sifətləri var. Zapas sifətləri var, hansı lazım olsa taxırlar. Lazım olan kimiyenidənqurmadan danışırlar.Niyə bu gün partiya, komsomol işçiləri xalqla bir yerdə deyil?Əgər bundan sonra da Stalin, Bağırov, Brejnev rejimi ilə getsək bu ölkə dağılacaq, ona görəxalqla dövlət birləşməlidir.(Sonra T.Fikrətin “Millət şərqisi”ni söylədi). (Alqışlar).Qətnamələr oxunub qəbul edilməyincə tətil və nümayişlər davam edir.Nemətin danışığçox həvəssiz, daha doğrusu, ruhsuz idi.17.58. S.Rüstəmxalı: General camaatımız haqqında yaxşı rəydədir.Bir məktubda deyilir ki, biz bu meydana şəkili, şirvanlı, lənkəran-lı, naxçıvanlı kimi gəlmişdik,ancaq azərbaycanlı kimi gedirik.Onaltıncı (əslində 17-ci — Ə.T.) gündür ki, buradayıq. Gərək gələcək mübarizəmizin yollarınıdüşünək.Bu, dünya tarixində elə bir xalq hərəkatı idi ki, heç bir fitnəyə baxmayaraq öz nüfuzunu qoruyabildi. Fəhlələr tələbələrə yaxınlaşdı, dövlətlə xalq yaxınlaşdı.Xalq hərəkatı Azərbaycan xalqının bütün yaxşı cəhətlərini üzə çıxardı. Bakıda ilk dəfə bu qədərsilahlı qüvvə gördük. Əfqanıstanda xidmət etmiş əsgərlər vəziyyəti əllərinə aldılar. Xarkovlukursantlar öz cüzi maaşlarından pul yığıb “Yardım” fonduna köçürüblər. (Alqışlar).Bizim hərəkatımız ermənilərə qarşı deyil, burada gürcü, rus, qazax və b. danışıb.Bütün xarici radiostansiyalar məlumat verib, BMT-yə xəbər çatıb. Heç bir pozuntu baş verməyibşəhərdə; hamı bizimlə həmrəy olub. Topxanada iş dayandırıldı. Bu bizim ilk qələbəmizdir. Ancaq Topxana bəhanədir. Başqa işlər dəola bilər.Manuçarovu və dəstəsini tutdular. Bu, ikinci qələbəmizdir. Poğos-yanı da məhkəməyəverəcəklər.Qorbaçovla görüşdə ermənilər deyiblər ki, xalqın üzünə necə çıxaca-ğıq, o da deyib ki, qazanınecə qaynatmısınızsa xalqın üzünə də o cür çıxın.Xalq hərəkatının nəticələrindən biri respublikada özünümaliyyə-ləşdirməyə keçilməsidir. Bu,dördüncü qələbədir.Beşinci qələbə isə birliyimizdir. Bu meydana kömək əli uzadanlara “sağ ol”, “var ol” deyirəm.

 

 

 

Xalqın irəli sürdüyü dil və s. ilə bağlı çoxlu tədbirlər yuxarılarda müzakirə olunur.Səhvlərdən də danışmalıyıq ki, gələcəkdə nəzərə alaq. Hazırlıqlı deyildik. Nümayiş komitəsiniyalnız ayın 25-ində (8 gün sonra) yaratdıq.Ziyalı-fəhlə söhbəti də düz olmadı. Mən xəcalət çəkdim ki, tribunada belə ayrı-seçkilik getdi.Qüvvələr parçalananda gördüm ki, bəzi adamlar bundan istifadə etdilər. Hansı qruplarınsahegemonluğundan danışıldı. Şəxsən belə fikirdə olmuşamsa mənə də ar olsun!Bu, demokratiyanın bizə verdiyi şəraitdir. Müxtəlif portretlər, bayraqlar oldu, onların bizə heç birdəxli yoxdur. Əsas məqsədimiz Qarabağdır, Qarabağdır. Başqa heç bir şüarla əlaqəmiz yoxdur.Xalq hərəkatının əvvəlində hərə öz istədiyini deyir. Düzü yalandan seçmək çətin olur. Mənə eləgəlir ki, biz bu imtahandan “əla” qiymətlə, açıq alınla ayrılacağıq.Ermənistandan 75 mindən çox adam gəlib. Onlara kömək etməliyik.Dördüncü gündür ki, bizi yalançı vəziyyətində qoyurlar. Öz sözümüzü deməli, buradangetməliyik. Çadırları Ermənistandan gələnlərə bağışla-malıyıq.Nemət deyib ki, sabah da yığışacağıq. Ancaq sabah yollar bağlanacaq. Ona görə də mənəinananlar bu gün dağılışsın. (Fit, hay-küy).Mən sözümü dedim; kim istəyir getsin, kim istəyir qalsın. Mənim borcum idi bu sözləri demək.Sözü Vəli Məmmədova verirəm. (Fit).18.28. Vəli Məmmədov. (Nə danışdısa eşidilmədi).18.29. Nemət:- Onu bilin ki, burada kim fitə basılırsa mənim ayağıma yazılır. Sabirin xatirini qardaş qədəristəyirəm. O, çox iş görüb, ancaq birinci gündən eşitmişəm ki, buranı dağıdaq. Sabir qardaşımızürəyiyumşaq adamdır, ona nə deyirlərsə gəlib deyir. Ancaq mən dedim ki, buranı tərk etməkxalqa xəyanətdir. Ancaq onu deyim ki, xalqın inandığı adamlarla xalqı qırğına vermək istəyirlər.Bizim zavod tətilə çıxanda qabağımıza Bəxtiyar Vahabzadəni göndərdilər.Sabir qardaşıma sual verirəm: əgər bir mikrofonu ala bilmirsənsə sabah tutulanları necəqurtaracaqsan? Əgər bu gün arxasında xalq dura-dura onu saymırlarsa sabah sayacaqlar?Bütün rayonların gözü bizdədir. Sonra bizə deməzlərmi ki, a bişərəflər, bəs niyə yığılmışdınızoraya?Əgər qorxa-qorxa döyüşə girirsə o ordu məhv olmalıdır. Əgər kölə kimi danışsaq deyəcəklər ki,16 gün bağırdılar, axırı nə oldu? Nümayiş-lər gözümüzün qabağında deyil? “Vaxt” bunadeyirdilər?Ermənistanda xalqımızı təhqir etdilər.Leninizmdən danışdım. Deyirəm: Lenin özü həbsdədir. Onun heykəli altında 4 tərəfdənhəbsdəyik.Məgər leninizmdən danışmaq antisovetlikdir?Ziyalı söhbəti gedir. Mən xalq unimversiteti keçmişəm. Ziyalı 100 min verib universitetdəndiplom alandır? Nəsiminin diplomu vardı? Nədən istəyirsiniz danışaq.Vəzirovla 8 dəfə görüşmüşəm. Hamısında da demişəm ki, Əliyevə çəpik çalıb onu məhv edənlərsabah da səni məhv edəcəklər.Biz 15 bayraq alanda ermənilər öz işlərini görürdülər.Vəzirovun yanındakılar onun düşmənləridir. Yaltaqlardır. Deyiblər ki, guya bura yığışanlar onunüfuzdan salmaq istəyirlər.Vəzirova demişəm ki, siz Azərbaycan xalqının tarixində əvəzsiz bir şəxsiyyətə də çevriləbilərsiniz, Bağırovlara da.Necə olur ki, katib vəzifədən çıxarılan kimi cəmiyyət ona düşmən olur? Əliyevə qarşı kim çıxışedib? Heç kəs. Bəs kim deyə bilər ki, sabah Vəzirova qarşı da bu sözlər deyilməyəcək?Bu gün biz fədaiyik. Kərbəla müsibəti islam aləmini 1400yaşadır. Nəsimi ölümü xalqı 400 il yaşatdı.Eybi yoxdur, əlisilahsız xalqıq; qoy tankı versinlər, uzanacağıq meydana, qırılacağıq. Onu dadeyim ki, bu elə ilk gündən belədir. Deyirlər ki, bu gün qıracaqlar, sabah qıracaqlar.Bu boyda xalqı görmürsən, gözlərin kordur, bircə dənə narkomanı, pozğunu görürsün?Bizə cavab verməsələr bilərik ki, dövlət yoxdur, partiya yoxdur, biz də öz başımıza çarə qılarıq.18.50. Sabir: Nemətlə dialoqu davam etdirək. Mənim kitabımda bircə kəlmə də öyrətmə sözləryoxdur. Nemət Vəzirovla 8 dəfə görüşüb, mən heç onun yarısı qədər də yox. Böyüklərləgörüşməyə aram yoxdur.Söhbət xalqın taleyindən gedir. Hər şeydən xəbərimiz var. Biz milyon girmişik meydana, yüznəfər kimi tərk edə bilmərik.

 

Söhbət ondan gedir ki, Bakının ixtiyarını niyə başqalarına verək? Biz bura gələndə yalnızQarabağla bağlı gəlmişdik. Söhbət ondan gedir ki, niyə aramızda intriqa salıb dağıtsınlar?Millətin gücü adamın çoxluğu ilə yox, başla ölçülər.Niyə belə olmalı idi ki, gəlsinlər bura, yüzlərcə oğullarımızı tutsunlar? Cabah xalqa başçılıqedənlər qalmayacaq.Xalqın dərdlərini həll etmək üçün Nemətləri, Vəli Məmmədovları (fit) qorumalıyıq.Gücümüzü qoruyaq. Vaxt verək. Burada elə oğullar var ki, kəndlərinə hücum var. Başları açılsın.18.58. Aydın Məmmədov: Mərkəzi Komitənin qapılarını yalnız bu hadisələr gərginləşəndən sonraüzümüzə açıblar.Heç kəs məni qorxuda bilməz, heç nədən qorxmuram. Bir canım var, tanklar gəlsə də. Nemətintaleyi taleyimdir. Biz deyirik ki, Azərbaycanın suverenliyi uğrunda mübarizə aparırıq. Ancaqhansı yollarla?(19.01-də cənub tərəfdə mikrofon quraşdırıldı, camaatı Nemətçilər arxaya çağırdılar.Gəlin vaxt verək, tələblərimiz ödənilməsə yenidən toplaşarıq.19.05. Nemət: Mən Sabirin, Aydın müəllimin bu 15 günlük hərəkəti-ni xəyanət hesab edirəm.(Uğultu).19.06. Vəli Məmmədov camaatı dağılışmağa çağırdı.***Camaat arasında, bir növ, çaşqınlıq yaranıb: kimə inanmalı? Meydandakı 100 mindən çox adamdüşüncəcə müxtəlif bölümlərə ayrılıb. Ancaq daha çox (həlledici hissə) Nemətpərəstdir.Cəbrayıldan İsa adlı birisi (lallar, korlar kombinatında işləyir): Mənim qardaşım elmlərnamizədidir. Moskvada müdafiə edib. 250 manat alır. Ancaq 6-cı sinfi qurtaran, 18 il yatanerməni ayda bizim sexdən 30 min manat aparır. 4-üncü gün dedim ki, əgər işə çıxsa onudoğrayacağam.Dünənki məlumat (“içəri silah keçirməyə çalışırlar”) o fakta əsaslanır ki, dünən gündüz birerməni qadını əlində kiçik çamadan dolusu tapança keçirmək istəyəndə tutulub.***21.40. Əslən Ağdamdan olub Pirəköşküldə yaşayan 68 yaşlı Adilə Muxtarova ilə söhbət etdim. 4gecə-gündüz bu meydandadır. Deyir ki, nə ərim var, nə də oğullarım. Onları əvəz etmək üçüngəlmişəm bura.Adyallara bürünüb tribunanın sement oturacağında əyləşmişdi. Dedim ki, çadırlara get, oradarahatlıqdır, razı olmadı. Dedi ki, bura yaxşıdır; 4 gündür öyrəşmişəm.Bu qadının qeyrətinə heyran oldum.22.06. Bu qeydləri edə-edə əsgərlərin cərgəsinin qarşısından keçirəm (“Azərbaycan”məhmanxanası tərəfdə). İki oğlan qaça-qaça özlərini qadağan saatı qurtarana kimi içəri saldı.Ancaq bir qız (onlarla bir yerdə gəlirmiş) gecikdi, nə qədər çalışdısa buraxmadılar. Mən başçılarıolan baş leytenanta yaxınlaşıb, redaktor vəsiqəmi göstərib xahiş etdim ki, onu içəri buraxın.Ancaq baş leytenant dedi ki, olmaz, vaxtdan 6 dəqiqə ötüb. Mən dedim ki, bizdə gecə yarısıqızın şəhərdə tək qalması adət-ənənəyə ziddir, ona köməklik göstərilməlidir. Ancaq başleytenant heç cür razılaşmadı. Dedi ki, komendant Tyaqunovun əmridir ki, saat 10-dan sonraiçəri heç kəsi buraxmayaq. Soruşdum ki, bəs burada qalıb nə olacaq? Dedi ki, bir azdanpatrullar gəlib aparacaq.Gördüm ki, 5-6 dəgigəni belə güzəştə gedib insancasına yanaşmaq istəmir məsələyə və onu heçbir insanlıq duyğusu yerindən tərpədə bilməyəcək, ondan aralandım. Ancaq həmişə əsgərlərləbir yerdə olub onların dilini yaxşı bilən, adamları girib-çıxan vaxt yoxlayan “əfqan” uşaqlardanbirini tapıb göndərdim ki, kömək etsin, yoxsa qızı komendatura-ya apararlar. Sağ olsun, getdi vəqızı gətirdi. Mənim də ürəyim rahat oldu. Ancaq qızlarla gələn oğlanları danladım ki, özünüzgirib qızı bayırda qoyursunuz. Cavab verdilər ki, qız tələbədir, bizə bu yaxında qoşulub. Nə isə…22.25. Hava dumanlıdır. Çox seyrək çisəkləyir. Meydanda bu 17 gündə ən az adam var — vur-tut300 nəfər. Çadırlarda da uzaq başı 5 min nəfər olar. Dünən gecəki yoxlamadan sonra, deyəsən,camaatın ürəyinə qorxu düşüb. Bəlkə də tamam səhv edirəm. Ola bilər ki, Nemətlə Sabir vəAydının diskussiyası da dağılışmaq üçün əsas olub. Səbəb nədir — deyə bilmərəm, ancaq onudəqiq bilirəm ki, 17 günlük mübarizənin alovları sönməkdədir. Əgər sabah onu gur yandırıb bumeydanla qalib kimi vidalaşmağı bacarmasaq sabah gecədən başlayaraq bizi məğlubiyyət, özüdə acı məğlubiyyət gözləyir. Odunsuzluq üzündən meydanda uzaq başı 5-6 yerdə tonqal yanır.Hava da soyuqdur.Bəziləri bezikib, əsəb sistemləri pozulub. Bayaq Şərqşünaslıq İns-titutunun elmi işçisi Nüşabəxanımla söhbət edirdim. Deyirdi ki, işimiz uğursuzluğa gedir, çox uduzmuşuq. Ermənilər 100

 

minə yaxın adamımızı qovub, üç Qarabağ boyda yeri ələ keçiriblər. Rus da buna şərait yaradır.Başçılarımız isə tədbir görmür, xalqı saymır, əksinə, onu incidir. Həmin rəfiqəm deyir ki,umudsuzluqdan özümü öldürmək istəyirəm, son dərəcə bədbinləşmişəm. Bu aradaŞərqşünaslıq İnstitutunun başqa elmi işçisi Nəsib Nəsibzadə də gəlib çıxdı və onunla Nüşabəxanıma təskinlik verdik ki, heç də hər şeyi uduzmamışıq. Qələbələrimiz də az deyil. Nə isə,Nüşabə xanımda tam nikbinlik yarada bilməsək də onun bədbinliyini alt-üst etdik.22.41. Dünən Etibar uşaqlarla mübahisə edəndə bir oğlan da vardı — Yaşar Səfərov (zərgərlikzavodunun fəhləsi), gördüm ki, Etibarla dostlaşıb, bir yerdə gəzirlər söhbət edə-edə. Yaşar dediki, bu gün iki yerdə mikrofon qurulması qəsdən edilib və camaatı parçalamaq məqsədi güdür.23.12. Tank səsinin gəlməsi ilə “Meydana!” qışqırığı eyni vaxta düşdü. Bir dəqiqənin içindəmeydan adamla doldu. Çox qəribədir — camaat düz tankın üstünə yüyürüşür! Tank “Azərbaycan” mehmanxanası tərəfdə geri dönüb getdi.23.30. İki oğlan yanımızdan ötdü. Birinin çiynində oyuncaq qoşalülə tüfəng vardı. Əsgərlərinyanından gəlirdilər. Elə gəzirdi ki, həmin oğlan, elə bil, çiynində avtomat vardı. Əsgərə sankidemək istəyirdi ki, bu, yalançı tüfəng olsa da lazım gəlsə mənim nifrətim tüfəngdən dəgüclüdür.23.40. Deyəsən, soyuqlama ilə yanaşı, həm də bərk qrip tutmuşam. Burnumun və gözümünsuyunu yığışdıra bilmirəm. Hətta yazıları yazmağa çətinlik çəkirəm. Ancaq qeydləri yarımçıqqoymamağa son qüvvəmədək çalışa-cağam. Axı məhz bundan ötrü xəstə-xəstə meydanaqayıtmışam !..***Bu gün SSRİ Nazirlər Soveti Azərbaycan SSRin və Ermənistan SSR-in böyük həyati əhəmiyyətiolan sənaye və nəqliyyat obyektlərinin işini təmin etmək tədbirləri haqqında qərar qəbuletmişdir.“Kommunist” qəzetində SSRİ Konstitusiyasında dəyişikliklər və ona əlavələr haqqında SSRİqanunu dərc edilib. Bu yeniliklər SSRİ-də Xalq Deputatları Sovetlərinin sistemi haqqındadır.

 

Обсуждение закрыто.