
03 DEKABR 1988.
Sağalmasam da meydana qayıtdım.
16.58. Nemət xalqa müraciət oxudu. Sonra qətnamə oxudu (Az.KP-yə, Az. AS RH-ə):10 aydır ki, Azərbaycan xalqı məşəqqətli günlər keçirir. Dağlıq Qarabağ Muxtar Vilayətində yuvasalmış daşnaklar xalqımızın ləyaqətini ləkələyirlər.
Xocalı və Topxana hadisələri deməyə əsas verir ki, 18 iyul qərarı birtərəfli, ermənilərin xeyrinəhəyata keçirilməyə başladı. Mitinqə başladıq. And içdik ki, tələblərimiz yerinə yetirilməyincə buradan getməyəcəyik. Bumüddətdə Azərbaycan Kommunist Partiyası tələblərlə bağlı iş görməmişdir. Tələblərimiz:Azərbaycan CCR-in konstitusiya hüquqları müdafiə olunsun. DQMV partiya orqanları buraxılsın,DQMV ləğv edilsin.