ŞƏHİDLƏR: HİDAYƏT MƏCİD OĞLU ƏLİYEV

Стандартный

Hidayət_Əliyev.jpg

Əliyev Hidayət Məcid oğlu – taqım komandiri

17 noyabr 1957-ci ildə Ermənistanın Ardanış kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.

Ali məktəbi bitirib təyinatla Aşqabad şəhərində iki il işlədikdən sonra doğma kəndlərinə qayıtmışdır.

1991-ci ilin oktyabrından milli orduya könüllü getmişdir. Baş leytenant rütbəsində taqım komandiri kimi Xocavəndin Qaradağlı kəndində fəaliyyətə başlamışdır. O öz taqımı ilə 28 gün kəndi müdafiə etmişdir.

26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatında qəhrəmancasına həlak olmuşdur. Lakin onun meyidi 1 ay sonra Semaşko xəstəxanasının meyidxanasından tapılmış və Şəhidlər xiyabanında dəfn edilmişdir.

Реклама

Обсуждение закрыто.