7 NOYABR — TİBB PROFESSORU VƏ BƏSTƏKAR İBRAHİM TOPÇUBAŞOVUN DOĞUM GÜNÜ

Стандартный

İbrahim Topçubaşov (ing. Topçubaşov İbrahim Mustafa oğlu; d. 7 noyabr1924Bakı – ö. 1970Bakı) — Azərbaycan görkəmli alimi, tibb elmləri doktoru, professor

İbrahim Topçubaşov 7 noyabr 1924-cü ildə  Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Quba rayonunda və Maştağa rayon xəstəxanasında cərrah işləyib. 1958-ci ildən Azərbaycan Tibb İnstitutunda cərrahiyyə kafedrasında fəaliyyətə başlayıb. 1961-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

Professor Topçubaşov təbabətin ən mühüm məsələlərinə həsr edilmiş yüzdən cox elmi əsərin müəllifidir. Onun əsərləri ÇexoslovakiyadaPolşadaBolqarıstandaTürkiyədə, Yaponiyada çap edilib. Həssas qəlbli insan və qayğıkeş alim həm də bəstəkar kimi tanınıb. O, bir cox lirik mahnının müəllifidir.

İbrahim Topçubaşovun atası görkəmli akademik Mustafa Topçubaşov, anası isə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, rəssam Reyhan Topçubaşova olub.

Flora Kərimova ilə ailəli olub.

Реклама

Обсуждение закрыто.