«DÖRDGÜNLÜK MÜHARİBƏ» ŞƏHİDİ POLKOVNİK VÜQAR YUSİFOVUN BU GÜN QIRX YAŞI TAMAM OLARDI…

Стандартный

VAQİF YUSİFOV.jpg

Vüqar Yusifov (Vüqar Nurəddin oğlu Yusifov; d. 1976 – 2016) — PolkovnikXüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi. Dördgünlük müharibənin şəhidi.

Vüqar Yusifov 2 noyabr 1976-cı ildə Şəmkir Rayonunun Şiştəpə kəndində dünyaya gəlmişdir. 1992-ci ildə Şiştəpə kənd orta məktəbindən məzun olaraq, Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 1998-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Azərbaycana qayıtmışdır. Həmin ildən Müdafiə Nazirliyinin  N saylı  Xüsusi Təyinatlı hərbi hissəsində taqım komandiri kimi fəaliyyətə başlamışdır. Daha sonralar Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri, 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olunmuşdur. Müdafiə naziri tərəfindən qüsursuz xidmətlərinə görə dəfələrlə medallarla təltif olunan Vüqar Yusifov, daha sonra isə Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər yüksəlmişdir. Hərbi fəaliyyəti dövründə Amerika Birləşmiş Ştatlarında, Pakistanda, Polşadakı tərəfdaşlıq kurslarında, təlimlərdə iştirak etmişdir. 38 yaşında polkovnik-leytenant rütbəsinə yüksəlmiş, 19 Mart 2016-cı ildə, 40 yaşında isə polkovnik rütbəsi almışdır.

Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi idi.

Aprelin 4-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.

6 aprel 2016-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində dəfn olunub.

Vüqarın üç övladı qaldı .

Vüqar Yusifov ölümündən sonra «Üçüncü dərəcəli Vətənə xidmətə görə» ordeni ilə təltif edilib

Реклама

Обсуждение закрыто.