ŞƏHİDLƏR: NAZİM İSMAYILOV

Стандартный

Nazim_İsmayılov.jpg

Nazim İsmayılov 30 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Sabunçu rayon 80 nömrəli orta məktəbi bitirmiş, Azərbaycan Neft_Kimya İnstitutunun Neft qaz-mədən fakültəsinə qəbul olunmuşdur. 1978-1980-ci illərdə Vladimirov vilayətinin Kovrov şəhərindəki tank hissəsində hərbi xidmət keçmişdir. Nümunəvi xidmətinə görə valideynlərinin ünvanına dəfələrlə təşəkkür məktubları gəlmişdir. Hərbi xidmətini başa vurduqdan sonra ali təhsilini davam etdirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunu bitirərək Sabunçu rayonundakı «Balaxanıneft»(o zaman «Leninneft») Neft-Qaz Çıxarma İdarəsində mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 8 il idarənin 6-cı mədənində sahə rəisi işləmişdir. İşlədiyi kollektivdə böyük hörmət sahibi idi. Neft sənayesi sahəsində peşəkar mütəxəssis kimi yetişmiş gənc Nazimə üç xarici ölkədən iş təklifi gəlmişdi. Hətta fəaliyyətini xaricdə davam etdirmək üçün lazımi sənədlərini də hazırlamışdı.

 Nazim 28 oktyabr 1993-cü ildə Sabunçu rayonunda yaradılmış könüllü dəstəyə qoşularaq alay komandiri kimi cəbhəyə yola düşdü. İlk döyüşünə doğma Ağdam rayonundan başladı. Nazimlə birgə onun komandiri olduğu alayın hər bir əsgəri bütün döyüşlərdə əsl cəsurluq, rəşadət nümunəsi idilər. 27 dekabr 1993-cü ildə onun rəhbərliyi ilə bir neçə uğurlu əməliyyat aparıldı. Ağdamın SofuluMəhəmmədəliBoyəhmədli kəndləri və bir neçə strateji yüksəklik heç bir itki vermədən erməni təcavüzkarlarından təmizləndi. 3 iriçaplı pulemyot qənimət götürüldü. Qərargah Boyəhmədli kəndinə köçürüldü. Ermənilər yüksəklikləri geri qaytarmaq üçün dekabrın 28-də əks-hücuma keçdilər. Nazimin komandirlik etdiyi alay son ana qədər müdafiə olunandan sonra düşməndən təmizlənmiş kəndə çəkildi. Onlar axşam saat 4-də mühasirəyə düşdülər. 7 saatlıq döyüşdən sonra mühasirəni yara bildilər. Mühasirədə qalanları xilas etmək üçün növbəti dəfə hücuma keçdilər. Nazimin iş yoldaşı, döyüş dostu və qərargah rəisi Adil Mürsəlov o anları illər sonra belə xatırlayacaqdı: «Beş gün idi ki, şiddətli döyüşlər gedirdi. Nazim xəstələnmişdi, qızdırma içində yanırdı. Qərargaha qayıtması üçün nə qədər dilə tutsam da, sözümə qulaq asmadı. O, heç vaxt kimsəni darda qoymazdı. Son nəfəsinə qədər Azərbaycan uğrunda vuruşdu. Dekabrın 31-də, günorta saat 3-ün yarısında Nazimi vurdular…» Beləliklə, Güllücə kəndi uğrunda bu döyüş onun son döyüşü oldu. O, Bakı şəhəri Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Ailəli idi, Sevinc, Səbinə və Zeynəb adında üç qızı var

Vaxtilə təhsil aldığı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli orta məktəb və Bakı şəhəri Bakıxanov qəsəbəsinin mərkəzi prospektlərindən biri indi Nazim İsmayılovun adını daşıyır. Yaşadığı binada Şərəf lövhəsi vurulmuşdur.

vikipediya

Реклама

Обсуждение закрыто.