29 OKTYABRDA HƏLAK OLANLAR: MİLLİ QƏHRƏMAN HİKMƏT MURADOV

Стандартный

Hikmət_Muradov_(milli_qəhrəman).jpg

Hikmət Muradov 23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulmuşdur. 19761986-cı illərdə 190 saylı orta məktəbdə təhsil almışdır. Həmin il Krasnokustk Mülki Aviasiya Məktəbinə daxil olur. 1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra Hikmət Yevlax hava yollarında ikinci pilot kimi fəaliyyətə başlayır.

Hikmət AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. O, döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü. Cəsur pilot əfsanəvi uçuşlarla hamını heyran qoyurdu… 1991-ci il 29 oktyabr Xocalı rayonunun Xanabad kəndi ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi ermənilər tərəfindən güclü raket atəşinə məruz qalır Hikmət heyətlə həlak olur.

Subay idi.

337 saylı fərmanı ilə Muradov Hikmət Oqtay oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

VİKİPEDİYA

Реклама

Обсуждение закрыто.