BU GÜN HİLLARİ KLİNTONUN 69 YAŞI TAMAM OLUR

Стандартный

Hillary_Rodham_Clinton.jpg

Hillari Dayan Rodham Klinton (ing. Hillary Diane Rodham Clinton, d. 26 oktyabr 1947ÇikaqoİllinoysABŞ) — ABŞ siyasətçisi, 44-cü ABŞ Prezidenti Barak Obamaadministrasiyasında Dövlət katibi.

ABŞ Demokrat Partiyasının üzvü. 20012009-cu illərdə Nyu-York ştatından senator19932001-ci illərdə 42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı olaraq, ABŞ-ın birinci xanımı olmuşdur. ABŞ-da 2008-ci il prezident seçkilərində Demokrat Partiyasından prezidentliyə namizədlik kompaniyasında ( «praymariz» ) iştirak edir və Barak Obamadansonra ikinci nəticə əldə edir.

Hillari Klinton 1947-ci ildə İllinoys ştatında, Çikaqoda doğulub. Yel Universitetinin Hüquq fakültəsini 1969-cu ildə bakalavr, 1973-cü ildə isə hüquq doktoru dərəcəsi ilə bitirib. Hillari öz gələcək həyat yoldaşı Bill Klintonla da universitetdə tanış olur və onlar 1975-ci ildə evlənirlər. Bu evlilikdən Çelsi adlı qızları var.

1976-cı ildən Rose Law Firm şirkətində hüquqşünas kimi işə başlayır. 1978-ci ildə isə ABŞ Prezidenti Cimmi Karter onu Hüquqi Xidmətlər Korporasiyasının İdarə Heyətinin üzvü təyin edir. Həmin il Bill Klinton Arkanzas ştatının qubernatoru seçilir. Onun qubernator olduğu dövrdə Hillari Arkanzas Təhsil Standartları Komitəsinə sədrlik edir, Arkanzas Uşaq və Ailə Vəkilliyinin əsasını qoyur, Uşaq Müdafiə Fondunu yaradır.

1992-ci ildə Bill Klinton ABŞ-ın prezidenti seçilir. Ölkənin birinci xanımı ictimai fəaliyyətini davam etdirir və ailə, uşaq problemlərinin aradan qaldırılmasına yardım edir. Övladlığa götürülmə, yeniyetmə hamiləliyi hallarının azaldılması ilə bağlı islahatların aparılmasına nail olur.

Hillari Klinton insan haqları və demokratiya haqda çıxışları ilə də yadda qalır. O, həmin illərdə Dövlət katibi işləyən xanım Madlen Olbraytla birlikdə hökumətin «Vital Voices Democracy Initiative» təşəbbüsünü irəli sürür. Bu təşəbbüs dünyada qadın liderlərin yetişdirilməsini nəzərdə tuturdu.

2000-ci ildə Hillari Klinton ABŞ Senatına seçilir. ABŞ tarixində ilk dəfə 1-ci xanım Senata üzv olurdu. Senator kimi o, daha çox iqtisadi imkanların artırılması, keyfiyyətli tibbi yardım kimi məsələləri dəstəkləməsi ilə yadda qalıb.

1998-ci ildə baş verən Monika Levinski qalmaqalına baxmayaraq, Hillari bəyan edir ki, o, ərini dəstəkləyir və bu hadisənin Billi gözdən salmaq üçün qurulduğuna inanır.

2006-cı ildə Hillari Klinton yenidən Senata seçilir və 2007-ci ildə prezidentlik uğrunda mübarizəyə başlayır. O, Demokratlar partiyasının digər namizədi Barak Obama ilə birlikdə praymerizə qalır. Barak Obama prezident seçkilərində qalib gəldikdən sonra Hillari Klintona öz administrasiyasında Dövlət katibi postunu təklif edir.

6 iyun 2012-ci ildə ABŞ Dövlət katibi kimi Azərbaycana rəsmi səfər edib

 

Реклама

Обсуждение закрыто.