26 OKTYABR 1917 — «MÜSAVAT»IN BİRİNCİ QURULTAYI BAŞLANIB

Стандартный

MÜSAVAT QURULTAY.jpg

M.Ə.Rəsulzadə qurultay nümayəndələri arasında – I sırada soldan birinci, 2-ci Nəsib bəy Yusifbəyli, 3-cü Abbasqulu Kazımzadə, II sıradasoldan 1-ci Tağı Nağıoğlu, 2-ci Məhəmmədəli Rəsuloğlu, 3-cü Mirzə Məhəmməd Axundzadə, Kərbəlayı Mikayıl oğlu, 1917-ci il, oktyabr

Bu qurultay 1917-ci ilin oktyabrın 26-dan 31-dək Bakıda “İsmailiyyə“ binasında keçirildi. Qurultayda 500-dən çox nümayəndə iştirak edirdi. Qurultayın açılış mərasimində M.Ə.Rəsulzadə çıxış etdi:

“Bütün Şərqi-İslam və Türklük aləmi neçə əsrdən bəri ətalət zamanı keçiriyordu. Həm də ətalət o dərəcəyə gəlmişdi ki, Şərq millətlərinin tərəqqi və mədəni olmasına ümid kəsilmişdi. Bunun da səbəbi məzkur millətlər arasında amal, ideal, məqsəd yoxluğu idi. Əlbəttə, millətin həyatına işıqlı yol göstərən yıldız olan milli amal və məqsəd yoxalınca cəmaət də halətdən qaldı və siyasətcə öldü… Milli amalımıza doğru yürüyoruz. Lakin bizim amalımız başqaları- na hakim olmaq, başqalarını əzmək deyil, özümüzün rifah və səadətlə ya- şamamız və sair millətlərlə bərabər bəşəriyyətə bir üzv, hamı ilə bərabər mədəni və mütərəqqi bir millət olmaqdır… …Türk millətinin məqsədi tərəqqi etmək, bəşəriyyət gülüstanında yaxşı qoxulu bir türk gülü yetişdirməkdir (sürəkli alqışlar). Bu gül isə İslama mənsub olan islam beynəlmiləliyyəti təşkil edən heyətlə bir yerdə bir güldəstə təşkil edəcəkdir (alqışlar)”. Qurultayın ikinci iclasında M.Ə.Rəsulzadə “Şəkli-idarə” haqqında məruzə oxuyur. Bu məruzəsində o, “Mərkəziyyət idarənin mənfi cəhətlərini müfəssəl surətdə bəyan edir, Rusiya üçün qoşma xalq cümhuriyyəti istəyir”. Üçüncü iclas. Bu iclas açılmamışdan əvvəl M.Ə.Rəsulzadə növbə- dənkənar səs alaraq seçkilər münasibəti ilə siyasi partiyalar arasında icra olunan mübarizələrdən bəhs edir: “Əlbəttə, siyasi firqələr arasında mübarizə məqbul bir şeydir. Fəqət firqə qaydası və siyasi qanunu daxilində olması şərtdir. Dün Molla sinfindən olan Şeyx Qəni seçki təbliğatı olmaq üzrə “Müsavat” firqəsini təkbirlə məzkur firqəyə mənsub olanların həpsinin qanını hədər, malını halal və əyallarını özlərinə məhrəm elan etmiş- dir. Əvvəla, bu hərəkət siyasi mübarizə qaidəsindən xaricdir… Buna görədir ki, Türk Ədəmi-Mərkəziyyət firqəsi “Müsavat” molla sinfinə daxil olaraq adını din alimi qoyan bir şəxsin bu tövr hərəkətinə qarşı tamam vücudiyyətimizlə protesto ediyoruz”. Qurultayda torpaq məsələsinə baxan şöbənin qəbul etdiyi qərarları M.Ə.Rəsulzadə oxuyur. Qurultayda “tərzi-hökumət və şəkli-idarə məsələsinə” baxan komissiya tərəfindən yenə M.Ə.Rəsulzadə məruzə edir. Beşinci iclas. Oktyabrın 30-da M.Ə.Rəsulzadə Məramnamənin mü- zakirə edilməmiş qalan maddələrini oxuyur. Azərbaycan muxtariyyəti hüduduna gəldikdə Cənubi Dağıstanın da Azərbaycana daxil edilməsi qə- rara alınır. İdil boyu və Krım tatarları üçün milli-məhəlli mümkün olmasa, milli-mədəni muxtariyyət tələb edilir. 4-cü maddədə isə “vətəndaşların millət və məzhəb, erkək və qadın seçki haqqının” olduğu bildirilir. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası 125 “İsmailiyyə” binası (İndiki Elmlər Akademiyası Rəyasət Heyətinin binası). “Müsavat” Partiyasının I Qurultayı burada keçirilib. “Müsavat” Partiyasının I qurultayında 33 yaşlı M.Ə.Rəsulzadənin ümumi rəhbərliyi ilə 1911-ci ilin oktyabrında Bakıda yaradılan ilk Ümummilli Azərbaycan partiyasının Birinci Proqramı qəbul olundu: Qurultay 76 maddədən ibarət partiyanın yeni proqramını qəbul etdi. Partiyanın proqramında bu məsələlərə üstünlük verilmişdi: 1. Dövlət və muxtariyyət. 2. Milli məsələlər. 3. Dini məsələlər. 4. Həqqi-əhliyyət. 5. İqtisad və maliyyə işləri. 6. Torpaq məsələsi. 7. İşçi məsələsi. 8. Ədliyyə məsələsi.

“Müsavat”ın proqramında dövlət və muxtariyyət təşkilatı məsələsi kəskin olaraq bu şəkildə qoyulmuşdu: “Rusiya dövlə- tinin şəkli-idarəsi milli-məhəlli muxtariyyət əsası üzərinə quruluşu xalq cümhuriyyətindən ibarət olmalıdır”. Bölmədə Rusiyada yaşayan bütün türk xalqlarına – Azərbaycan, Türküstan, Qırğı- zıstan və Başqırdıstan, İdil boyu ilə Krım tatarlarına məhəlli və milli muxtariyyətlər verilməsi göstərilirdi. Bu muxtariyyətlərdə mətbuat, vicdan azadlığı olmalıdır. İyirmi yaşına çatan hər bir kəsin (istər qadın, istərsə kişi) seçilmək hüququ var idi. Muxtariyyət qazanan hər bir xalqın rəsmi dili orda əhali çoxluğunun hansı dildə danışması ilə müəyyənləşməlidir. Bəs hansı sahələrdə Rusiya ilə ümumi işlər görməli? Yalnız Vətənin müdafiəsi, gömrük, xarici siyasət, dəmir yol, poçta, teleqraf işləri ümumi olmalıdır. Ümumi işləri idarə etmək üçün isə bütün muxtariyyətin nümayəndələrindən ibarət konfrans təşkil olunmalıdır. “Milli məsələ”nin qoyuluşu da çox diqqətəlayiqdir: Rusiyada yaşayan türk qövmlərinə aid ümumi məsələləri həll etmək üçün milli və mədəni ittifaq təşkil olunmalıdır. “Dini məsələlər”. Müsavatçılar dini məsələnin aşağıdakı qoyuluşunu tələb edirdilər: “Rusiyada yaşayan bütün islamçıların millət və məzhəbə ayırmasızın, dini məsələlərin həll və tövsiyyəsi üçün seçilmiş müfti və Şeyxülislam təhti-sədarətində, cümlə islam əyalət və millətlərin nümayəndələrindən təşkil olunmuş bir heyəti-diniyyə qoyulmalı; bu heyətə türk muxtariyyətli əyalətlərindən başqa türk olmayan islamların (kürd, Nəsiman Yaqublu 126 Qurultayda qəbul edilmiş proqram, 1917-ci il acarlı, inquş, osetin, çərkəz və s. kimi) nümayəndələri dəxi iştirak etməlidirlər

 

 

http://shaki.cls.az/front/files/libraries/2472/books/254191449211396.pdf

Реклама

Обсуждение закрыто.