25 OKTYABRDA HƏLAK OLANLAR: ZƏNGİLANLI BALOĞLAN SÜLEYMANOV

Стандартный

baloglansuleymanovkarabaxinfo.jpg

Süleymanov Baloğlan Süleyman oğlu — ölümündən sonra 16.09.1994-cü ildə «Azərbaycan bayrağı» ordeni ilə təltif edilib.

Baloğlan Süleymanov Azərbaycanın Zəngilan rayonundakı Keçikli kəndində 1960-cı ildə anadan olub. 1975-ci ildə səkkizillik məktəbi bitirib, sənədlərini rayondakı 144 nömrəli texniki peşə məktəbinə verib. Traktorçu-maşinist diplomunu aldıqdan sonra «1 May» kolxozunda traktorçu-mühəndis, rayon rabitə qovşağında mexanik işləmişdir. 1992-ci ilin yanvar ayından könüllü olaraq milli orduya yazılır. Əvvəlcə tank komandiri, sonra isə kəşfiyyat qrupunun bölük komandiri vəzifəsini icra edir.

25 oktyabr 1993-cü ildə Cəbrayıl rayonunun Dərzili kəndində qəhrəmancasına həlak olur.

«Azərbaycan bayrağı» ordeni ilə təltif edilib.

Tərtər rayonunun Köçərli kəndində dəfn olunub.

Ailəli idi. Üç uşağı yadigar qalıb.

 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanla Azərbaycan Respublikasının torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə Starşina Süleymanov Baloğlan Süleyman oğlu (ölümündən sonra) «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmişdir.

Обсуждение закрыто.