ƏBƏDİ ON DOQQUZ YAŞLILAR: MASALLILI HAKİM HƏSƏNOV

Стандартный

hakim_h%c9%99s%c9%99nov

Hakim Cəmiyağa oğlu Həsənov (1973-1993) 1973-cü ilin oktyabrın 25-də Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1990-cı ildə Yeddioymaq kənd orta məktəbinin, 1991-ci ilin oktyabrında isə Bakı Dənizcilik Məktəbini bitirmişdir. Hakim 1992-ci il iyulun 5-də Azərbaycan Milli Ordusun Qusar batolyonunda hərbi xidmətə başlamışdır. Füzuli bölgəsində ermənilərə qarşı vuruşmuş, sentyabr ayında QubadlıLaçın bölgəsində gedən qızğın döyüşlərdə fəal iştirak etmiş, Muradxanlı, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Mavutulu, Səfiyan, Türklər kəndlərinin erməni quldurlarından təmizlənməsində böyük şücaət göstərmişdir. Hakim FüzuliLaçınQubadlı və Zəngilan bölgələrində onlarla yaralı və meydin döyüş zonasından çıxarılmasına nail olmuşdur. Ona Komandirlər tərəfindən qoçaqlığına və cəsurluğuna görə təşəkkür edilmiş, iki dəfə məzuniyyət verilmişdir. Lakin o döyüş yoldaşlarından ayrılmamış, məzuniyyətə getməkdən imtina etmişdir. Hakim 1993-cü il aprelin 3-də Laçın bölgəsinin Qızartı kəndini erməni qəsbkarlarından azad edərək qəhrəmancasına həlak olmuş, Qasımlı kənd qəbristanlığında dəfn edilmişdir. Qasımlı kənd orta məktəbinə Hakim Həsənovun adı verilmişdir. Subay idi.

vikipediya

Реклама

Обсуждение закрыто.